Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-7/2022 14.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X2 və X5 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə” mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X1 və X4 İddiaçı ASC-nin xeyrinə 6026,02 manat məbləğində əsas borcun və 25.7 manat məbləğində faiz borcunun, cəmi 6051,72 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 06.09.2018-ci il tarixdə məhkəməyə ünvanladığı teleqramın məzmunundan görünür ki, İddiaçı ASC ilə Nərimanov Rayon Məhkəməsində “kredit müqaviləsinin ləğvi” ilə bağlı mübahisələrinin getdiyini, buna görə də məhkəmə prosesinin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-465/2018 nömrəli, 06.09.2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı ASC-nin nümayəndəsi Samir Qasımov 28.01.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində cavabdehlər Cavabdeh, X2 və X5 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə” mülki işin icraatının dayandırıldığını, Cavabdeh banka olan borcunu ödədiyindən icraatın təzələnməsi və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-7/2022 nömrəli, 28.01.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnməşdir. Cavabdehlər Cavabdeh, X2 və X5 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxış iclasında iştrak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclası iş üzrə cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdeh də məhkəmə baxışında iştirak etməməklə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, İddiaçı ASC tərəfindən 07 mart 2018-ci il tarixdə “X3 AZ41NABZ******************** saylı hesabına ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X2 və X5 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə” mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən 07 mart 2018-ci il tarixdə X3 AZ41NABZ******************** saylı hesabına ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçı ASC-yə izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-7/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-7/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver