Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-70/2024 11.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi, Cavabdeh əldə ediləcək gəlir 6500 manat, çəkilmiş xərc 7500 manat, mənəvi ziyan 2000 manat və ödənilmiş 138 manat dövlət rüsumu olmaqla, ümumlikdə 16138 manat pulun alınaraq xeyrimə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi uzun müddət fərdi ticarətlə məşğul olduğunu, fəaliyyətinin isə topdan və ya pərakəndə qaydada Türkiyə Respublikasında kartofun alınıb gətirilməsi və onun burada satışının həyata keçirilməsindən ibarət olduğunu, əsasən də bu fəaliyyətin kartof əkini zamanı həyata keçirildiyini, 2011-2020-ci illərdə fərdi qaydada bu işlə məşğul olduğunu, 2021-ci ildə isə Şərur rayon Çərçiboğan kənd sakini, əvvəlcədən tanıdığı Cavabdeh ortaq işləməyi təklif etdiyini, onu Seyid olaraq əvvəlcədən tanıdığından, onun təklifini qəbul etdiyini, bundan sonra cavabdehin 128000 lirə pul verib işə başlamalı olduğunu bildirdiyini, həmin pulun müqabilində Türkiyə Respublikasının Bitlis şəhərinə gedib ilkin olaraq 56 ton kartof gətirib cavabdehə məxsus anbara yerləşdirdiyini, həmin maldan təqribən adama 6500-7000 manat gəlir əldə olunmalı olduğunu, bundan başqa malın gətirilməsi ilə bağlı 7500 manatdan artıq əlavə xərc çəkməli olduğunu, bu xərclə bağlı isə cavabdehə bildirdikdə isə cavabdeh hər hansı problemin olmadığını, çəkilmiş xərclərin onun tərəfindən qarşılanacağını bildirdiyini, mövsüm vaxtı isə bu kartofu satmağa başladıqlarını, cavabdehin eyni zamanda əczaçılıqla məşğul olduğundan işi oğlu Namiq ilə gördüyünü, ilk partiya malı satıb bitirdikdən sonra cavabdehin oğlunu hərbi xidmətə yola saldığını, haqq-hesab etməli olduqlarını, gəlir və çəkilmiş xərcin ona ödənməli olduğunu bildirdiyini, cavabdeh isə işlərlə oğlunun məşğul olmasından haqq-hesabı da onun bildiyini bəhanə edərək oğlunun hərbi xidmətdən qayıtmasını gözləməli olduqlarını dediyini, oğlunun hərbi xidmətdə olmasından əlavə sözsöhbətə lüzum olmadığını düşündüyünü, 2023-cü ildə isə şərik olaraq işlədikləri ikinci partiya 53 ton malı Türkiyədən alıb gətirdiyini, ikinci partiyanı münasibətə dayanaraq nisyə alıb gətirdiyini, pulun ödənilməsində sonradan yenə narahtçılıqların yaşandığını, bu səbəbdən şərik işinə son verdiyini, ikinci partya malın guya xarab olması səbəbindən malın pulunu ilkin satıcıya ödəməkdən imtina etdiyini, bu zaman mal sahibi olan Türkiyə Respublikası vətandaşı X6 gəldiyini, hüquq mühafizə orqanları vasitəsilə ödəniləcək pulu alaraq geri qaytıdığını, cavabdehlə işlədikləri birgə dövr ərzində birinci partiya mal üçün ona ödəyəcəyi gəlir və çəkilmiş xərclər üçün pulu tələb etdiyini, cavabdehin pulu ödəməkdən imtina etdiyni, pulun ödənilməsi məqsədilə polis oraqnlarına müraciət etdiyini, nəticədə Şərur Rayon Polis İdarəsi tərəfindən müraciətə baxaraq cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar verildiyini, məhkəməyə müracət etməli olduğumu bildirdiklərini, cavabdehin hüquqa zidd davranışları nəticəsində mənəvi ziyanın dəydiyini, narahatçılıq və stress nəticəsində səhhətinin ziyan gördüyünü, buna görə də əlavə olaraq 2000 manat məbləğində mənəvi ziyanında ödənilməli olduğunu, Cavabdeh əldə ediləcək gəlir 6500 manat, çəkilmiş xərc 7500 manat, mənəvi ziyan 2000 manat olmaqla, ümumlikdə 16000 pulun alınaraq xeyrinə ödənilməsini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, əlavə olaraq Cavabdeh ilə tanış olduqdan sonra bərabər iş görməyə qərar verdiklərini, Türkiyədən Vaqifin vəsaiti hesabına kartof gətirib burada satıb qazancını bölməyə razılaşdıqlarını, 2 tır kartof gətirdiyini, 1-ci maşını atasını, 2-ci maşını isə özünün gətirdiyini, 7500 manat xərc çəkdiyini, 2900 manat tır sürücüsünə, 500 manat isə çuval almaq üçün verdiyini, Kartofun burada satılması ilə bağlı icazə almaq üçün İqtisadiyyat Nazirliyində işləyən Xudakərim müəllimə 4000 manat verdiyini, suallara cavabında VÖEN-i olmadığını, vergi uçotuna durmadığını, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunun dərk etdiyini, tezliklə vergi uçotuna duracağını, ümumilikdə 56 ton kartof gətirdiklərini və burada kilosunu 85 qəpiyə satdıqlarını, kartofun kilosunu 52-53 qəpikdən aldığını, cavabdeh iki dəfə ona 256000 türk lirəsi ilə pul verdiyini, Azərbaycan manatı ilə o zamankı məzənnə üzrə təxminən 22867 manat etdiyini, bütün qeyd etdikləri ilə bağlı əlində yazılı sübutunun olmadığını, şəxsi etibar əsasında iş gördüklərini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, aralarındakı danışıqların 2022-ci ilin mart ayında olduğunu, Nurlan ilə tanış olduqdan sonra onun vəsaiti ilə Türkiyədən kartof gətirib burada satmaq və qazancını bölmək barədə razılaşdıqlarını, Nurlan kartofun burada satılması üçün icazəni özünün həll edəcəyini bildirdiyini, Nurlanın yalan danışdığını, Xudakərim müəllimə pul vermədiyini, sadəcə Nurlanın ona etdiyi köməkliyə görə yemək qonaqlığı verdiyini, 800 dollar olmaqla iki dəfə tır sürücüsünə pul verdiklərini, bir dəfəsini Nurlan, bir dəfəsinin isə özü tərəfindən verildiyini, Nurlanın qazancı kartof şəklində artıqlaması ilə götürdüyünü, əslində Nurlanın ona borclu olduğunu, məhkəmədə iddia qaldırmaq istədiyini, sonra özünə ayıb bildiyini, bütün haqq-hesabı dəqiq oğlunun bildiyini, şahid kimi ifadə verəcəyini suallara cavabında VÖENİ olduğunu, vergi ödəyicisi olduğunu, lakin soyuducu anbarında rəsmi mühasibatlıq və kassa sistemi olmadığını, hesablama işlərini oğluna həvalə etdiyini, qeyri rəsmi ona işlərində kömək etdiyini, Nurlanı isə bir yerli kimi tanıdığını, Nurlanın onun vəsaiti ilə Türkiyədən 50 ton kartof gətirdiyini, 2 maşında qazanclarının təqribən 7 min manat olduğunu, Nurlanın öz payını kartof şəklində götürdüyünü, Nurlanın bir dəfə tır sürücüsünə, pul verdiyini, çuvala görə isə özünün hələ də Türkiyəyə borclu olduğunu, iddiaçıya heç bir borcunun olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində və verilən suallara cavabında 2022-ci ilin mart ayı olduğunu, atasının Türkiyədə gətirilən kartofu burada satmağı ona tapşırdığını, bütün satdıqlarının hesabını dəftərində qeyd etdiyini, ifadəsində dəftərinə istinad edəcəyini, Türkiyədən Nurlanın 2 tıribarət 53700 kq kartof gətirdiyini, burada kartofu 85-90 qəpiyə satdıqlarını, toplamda 50653 kq kartof satdıqlarını, qalan hissəsinin xarab çıxdığını, satışdan 45518 manat əldə etdiklərini, 4837 manat işçiyə verdikdən sonra 40681 manat pulun qaldığını, Kartofa qoyulmuş 33075 manat xərc çıxıldıqdan sonra toplamdan 7606 manat qazanc əldə etdiklərini, həmin vəsaitdən digər xırda xərcləri, anbarda saxlanma xərclərini nəzərə alınarsa daha az qazanc qaldığını, Nurlanın atasının xx.xx.2023-cü il tarixdə 3178 kq kartof apardığını və onun pulunu verdiyini, sonra Hüseyn əminin pulsuz olaraq 3013 kq və 1594 kq olmaqla 4607 kq kartof apardığını və onun dəyəri 85 qəpikdən hesabladıqda 3915 manat etdiyini, əlavə olaraq da 284 manatlıq kartof götürdüyünü, toplamda 4199 manatlıq kartof verdiyini, Nurlanın 1 dəfə tır sürücüsünə 800 dollar verdiyini, 1 dəfəsinin isə atasının verdiyini, hərbi xidmətdə olduğu zaman Nurlanın 600-650 və 280 manat pulu atasına verdiyini, qalan pulları özünün götürdüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində və verilən suallara cavabında tır sürücüsü olduğunu, 2022-ci ilin mart ayında Türkiyədən 2 tır kartof gətirdiyini, Nurlanın ona kartofu gətirməyinə görə 800 dollar, daşımaya görə 700 dollar verdiyini, 1400 dolları Türkiyədə,100 dolları isə burada verdiyini, kartofun orada neçəyə alması barədə məlumatının olmadığını, Nurlanın ona əlavə pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində və verilən suallara cavabında kartofu 80-90 qəpiyə satdıqlarını, satdığı pulları dayısına verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində və verilən suallara cavabında Nurlanın ondan 1000 ədəd çuval aldığını, bir müddətdən sonra 1000 ədəd çuvalı qaytardığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid ifadəsində və verilən suallara cavabında 2022-ci ildə İqdisaddiyyat Nazirliyində “Toxumluq kartof” komissiyasının yaradıldığını, həmin komissiyanın sədri olduğunu, komissiyanın əlavə 7 üzvünün də olduğunu, rayon və şəhər icra hakimiyyətlərindən kartof əkmək istəyən şəxslərin siyahılarının daxil olduğunu, və onların həmin siyahıdakı şəxslərin gömrük rüsumundan azad nə qədər kartof gətirməyə haqları olmasını onların ərazilərinə baxış keçirdikdən sonra icazə verdiklərini, 1 hektar ərazi üçün 3 ton kartof gətirilməsinə icazə verildiyini, ondan sonra bu barədə gömrük orqanlarına məlumat verdiklərini, əkinçilər dövlət rüsumu ödəməkdən azad olduğunu, İddiaçıı 2022-ci ildə əkinçi, Cavabdeh isə anbar sahibi olaraq tanıdığını, İddiaçı 8 hektar torpaq sahəsinin olduğunu, 24 ton kartof gətirdiyini, iddiaçının rəsmi və qeyri-rəsmi olaraq ona heç bir ödəniş etmədiyini, çünki elə bir rüsum olmadığını, ondan qanunsuz tələb olmadığını, Nurlanın yalan danışdığını, imkan daxilində həmin ərazilərə kartofun əkilibəkilməməsi ilə bağlı nəzarət etdiklərini, indi həmin komissiyanın ləğv olunduğunu, gömrük komitəsi tərəfindən nəzarət edildiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, tərəflərin arasındakı mübahisə mülki məhkəmə icraatın predmeti olduğundan məhkəmə orqanına müraciət etmək hüququ izah olunmuşdur. Elektron Məhkəmə informasiya sistemindən tərəflərin şəxsi məlumatlarından görünür ki, iddiaçının vergi qeydiyyatı yoxdur, cavabdeh isə vergi uçotuna alınmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla cavabdehin vəsaiti hesabına Türkiyə Respublikasından “toxumluq kartof” adı altında gömrük rüsumlarından azad şəkildə gətirdiyi kartofu burada satıb qazancı cavabdehlə bölmək barədə razılığa gəlmişlər. Sonrada aralarında həmin kartofun satılmasından əldə olunan gəlirin bölünməsi ilə bağlı mübahisə yaranmışdır. İddiaçı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan məhkəməyə hər hansı yazılı sübut təqdim edə bilməmiş, iş üzrə şahid ifadələri ilə iddaçının tələbinin əsaslı olduğu öz təsdiqini tapmamışdır. Məhkəmə iddianın rədd olmaması ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilmədiyindən iddia rədd edilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi tələbinin də əsaslı olmadığı qənaətinə gəlir. Belə ki, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İş üzrə mənəvi zərərin tələb olunması maddi zərərin vurulması ilə bağlı olduğundan, ilkin tələb üzrə hissədə iddia tələbi iddiaçı tərəfindən sübut oluna bilmədiyindən, həmin tələbdən asılı olan mənəvi zərərin ödənilməsi tələbi də sübut olunmadığından məhkəmə iddianı həmin hissədə də əsassız hesab edir. Bundan başqa, iş üzrə iddiaçı ona mənəvi zərər vurulduğunu qeyd etsə də, onun nədə ifadə olunmasını da sübut edə bilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesa edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli qərarının 27-ci bəndinə görə qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-70/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-70/2024
11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver