Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-708/2025 04.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X2 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ondan aldığı əşyaların pulunun qalanını, 900 (doqquz yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat cəmi 930 manat pulun alınaraq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şərur şəhəri, 28 May küçəsində yerləşən Mərkəzi Univermağın binasında mebel mağazası işlətmişdir. 2024-cü ilin may ayında cavabdeh, Şərur rayon Ələkli kənd sakini Cavabdeh mağazaya gələrək soyuducu, paltar yuyan maşın və kondisioner almaq istədiyini bildirmiş, lakin nağd ödəniş edə bilmədiyini, kommunal müəssisələr kombinatında işlədiyini və borcunu hər ay maaşından hissə-hissə ödəyəcəyini demişdir. Razılaşmaya əsasən cavabdeh “Regal” markalı soyuducunu 1600 manata, “Altus” markalı paltar yuyan maşını 950 manata və 90 kvadratlıq “Şivake” markalı kondisioneri 950 manata götürmüş, malların ümumi dəyəri 3500 manat təşkil etmişdir. İlkin olaraq 150 manat ödəniş edən cavabdeh, sonrakı ödənişləri tam icra etməmişdir. İddiaçının müraciəti əsasında Şərur Rayon Polis Şöbəsinin köməkliyi ilə 2450 manat hissə-hissə ödənilmiş, lakin qalan 900 manat borc bu günədək ödənilməmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdeh hər ay müxtəlif bəhanələrlə ödənişdən yayınır, ona görə də həmin pulun geri qaytarılması üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə əməl edilmədən verildiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə nəzər salındıqdan görünür ki, iddiaçı ərizənin forma və məzmununa riayət etməmiş, tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsinin məzmununda göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə görə ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Plenum Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmçinin Mülki-Prosessual Məcəllənin 260.2-ci maddəsində qeyd olunmuşdur ki, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qanunvericiliyin bu tələbi ilə bağlı məhkəmə iddiaçının nəzərinə çatdırır ki, o, tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsinin məzmununa əlavə etməklə, təkrarən məhkəməyə iddia tələbi ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən, məhkəmə bununla bağlı belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur Filalı vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilən 30 manat miqdarında dövlət ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh Oktya oğluna qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilən 30 manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-708/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-708/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver