Məhkəmə qərarları › İş №2(110)-710/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-710/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-710/2025 24.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X10 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçının nümayəndəsi-Vəkil məhkəməyə müraciət edərək, 4040 manat borcun, 410 manat dəbbə pulu və 64,50 manat dövlət rüsumu olmaqla, cəmi 4040+410+64,50=4514,50 manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əliyev X9 şəhərində "ALİ TELEKOM" telefon mağazası işlətmiş, Şərur rayon Oğuzkənd sakini X3 da mağazadan telefon alarkən tanımışdır. Onunla aralarında heç bir qohumluq əlaqəsi və əvvəllər aralarında hər hansı bir ədavətləri olmamışdır. Cavabdeh X6 xx.xx.2022-ci il tarixdə mağazaya gələrək kreditlə telefon almaq istədiyini bildirmiş və aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 335 saylı nisyə mal satılması müqaviləsinə əsasən bir ədəd GALAXY A23 markalı (İMEİ: **********40945; İMEİ2 **********0818) telefonu 770 (yeddi yüz yetmiş) manata, hər ay 77 (yetmiş yeddi) manat ödəmək şərti ilə 10 ay müddətinə kreditlə satın almış, ilkin ödəniş olaraq 60 manat ödəmiş, 710 (yeddi yüz on) manat borcu qalmış, xx.xx.2022-ci il tarixli 203 saylı nisyə mal satılması müqaviləsinə əsasən 2 ədəd GALAXY A52 markalı (İMEİ1: **********89742; İMEİ2 **********46973) telefonu 1900 (bir min doqquz yüz) manata, hər ay 158.33 (bir yüz əlli səkkiz manat otuz üç qəpik) manat ödəmək şərti ilə 12 ay müddətinə kreditlə satın almış, ilkin ödəniş olaraq 200 manat ödəmiş, 1700 (bir min yeddi yüz) manat borçu qalmış, xx.xx.2022-ci il tarixli, 296 saylı nisyə mal satılması müqaviləsinə əsasən 2 ədəd XİAOMİ Mİ 11 LİTE markalı (İMEİ1: **********40945; İMEİ2: **********40818) telefonu 1900 (bir min doqquz yüz) manata, hər ay 158.33 (bir yüz əlli səkkiz manat otuz üç qəpik) manat ödəmək şərti ilə 12 ay müddətinə kreditlə satın almış, 170 və 100 mant olmaqla 270 manat ödəniş etmiş, 1630 (bir min altı yüz otuz) manat borcu qalmışdır. Beləliklə İddiaçı Elxan Mirzəyəvlə aralarına bağlanmış 3 nisyə mal satılması müqaviləsinə əsasən ümumi dəyəri 4570 (dörd min beş yüz yetmiş) manat olmaqla 5 (beş) ədəd telefon kreditlə satdığını, bu müddət ərzində Elxan Mirzəyevin ona cəmi 530 (beş yüz otuz) manat ödəniş etdiyini, ona 4040 (dörd min qırx) manat borcu qalığını, 23.0302025-ci il tarixə rəsmi olaraq X4 xəbərnamə göndərərək “ALİ TELEKOM" mağazasına olan borcunu ödəməsini bildirsə də, Elxan Mizəyev ona olan borcunun ödənilmədiyini, bu səbədən də iddia ərizəsi ilə Sərur rayon Məhkəməsinə müraciət etdiyini, Şərur rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(110)-552/2025 saylı qərardadında "Elektron Məhkəmə informasiya sistemində X2 şəxsiyyət vəsiqə məlumatlarında xx.xx.2024-cü il tarixdə vəfat etdiyi məlum olduğundan iddia tələbinin sağ olmayan şəxsə qarşı yönəldiyi bildirilərək iddia tələbinin geri qaytarılmışdır. Şərur rayon Nikah Evindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-16- 219/2025 saylı məktubdan və ona əlavə olunmuş olüm haqqında akt qeydləri kitabından çıxarışda X5 xx.xx.2024-cü il tarixdə kəskin miokart infarkti xəstəliyindən vəfat etdiyi, Şərur rayon 2 saylı notariat ofisindən verillmiş xx.xx.2025-ci il tarixli, 79 №-li məktubda xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 ölümündən sonra arvadı Cavabdeh və X7 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi qeyd edilmişdir. X8 azyaşlı olduğundan hazırki iş üzrə cavabdeh qismində işə cəlb olunmamış, iş üzrə mərhun X2 vərəsəsi arvadı Cavabdeh qismində işə cəlb edimişdir. Ona görə də mərhum Elxan Mirzəyevin iddiaçıya olan borcu vərəsəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Əlavə olaraq nisyə mal satılması müqavilələrinin 3.3-cü bəndinə əsasən cavabdeh kredit ödənişinin geçikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməli olduğu qeyd edilmişdir. Bu səbəbdən də iddiaçı əlavə olaraq cavabdehin 410 (dörd yüz on) manat dəbbə pulu (gecikmə faizi) ödəməsini istəyir. Ona görə də müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mülki iş üzrə 24 sentyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, yalnız İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh xx.xx.2025-ci il tarixdə ödənişi tam şəkildə onun xeyrinə ödədiyini, Cavabdeh borcunun tam təmin olunduğundan iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəni nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 64,50 manat (altmış dörd manat əlli qəpik) məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 64,50 manat (altmış dörd manat əlli qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar