Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-730/2021 28.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 31.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5600,64 manat əsas borc, 1237,69 manat faiz borcu, 113,61 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6951,94 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 31.01.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh ilə aralarında bağlanmış 31.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcluya illik 25% dərəcəsi ilə 24 ay müddətinə 6000 manat məbləğində kredit verildiyini, 30.04.2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddətinin 30.07.2022-ci il tarixədək müəyyən edildiyini, lakin borclunun müqavilə şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, cavabdehə rəsmi qaydada xəbərdarlıq edildiyini, lakin cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçının nümayəndəsi 06.10.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan 31.01.2020-ci il tarixli 24-MY-1-0-47-20 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh biznes məqsədilə illik 25% dərəcəsi ilə 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 31.01.2020-ci il tarixli məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 5940 manat pul təhvil verilmişdir. İş materiallarında olan 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 5600,64 manat əsas borc, 1237,69 manat faiz borcu, 113,61 manat cərimə borcu olmaqla, cəmi 6951,94 manat borcu var. Ekspert rəyi: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07.12.2021-ci il tarixli 314 №-li ekspert rəyindən görünür ki, Cavabdeh 31.01.2020-ci il tarixli 24-MY-1-0-47-20 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 01.02.2021-ci il tarixə əsas borcu 5605,31 manat, faiz borcu 1243,54 manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün Cavabdeh cərimə hesablanmır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, məxaric orderi və.s) sübuta yetirmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin əsas borcu 5605,31 manat, faiz borcu 1243,54 manat təşkil edir, təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün Cavabdeh cərimə hesablanmır. Ekspert rəyində əsas və faiz borcu artıq hesablanmasına baxmayaraq işə iddia tələbi hüdudlarında baxıldığından kredit müqaviləsi üzrə əsas borc və faiz borcu iddia ərizəsində göstərilən məbləğlərdə hesablanmalıdır. Cərimə borcuna münasibətdə məhkəmə ekspert rəyini digər sübutlarla əlaqəli şəkildə tədqiq edərək əsassız hesab edir. Belə ki, kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,2% cərimə hesablanması nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi maliyyə arayışında 113,61 manat cərimə borcu hesablanmışdır ki, məhkəmə həmin məbləği əsas borca, yəni 5605,31 manat vəsaitə uyğun hesab edir. Beləliklə cavabdehin iddiaçıya müqavilə üzrə olan əsas borcu 5600,64 manat, faiz borcu 1237,69 manat, cərimə borcu 113,61 manat olmaqla, ümumilikdə cəmi 6951,94 manat təşkil edir. Cavabdeh hər hansı ödəniş etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Qarxun kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 31.01.2020-ci il tarixli 24-MY-1-0-47-20 nömrəli kredit müqaviləsi üzrə 5600,64 manat (beş min altı yüz manat altmış dörd qəpik) əsas borc, 1237,69 manat (bir min iki yüz otuz yeddi manat altmış doqquz qəpik) faiz borcu, 113,61 manat (bir yüz on üç manat altmış bir qəpik) cərimə borcu olmaqla, ümumilikdə 6951,94 manat (altı min doqquz yüz əlli bir manat doxsan dörd qəpik) borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASCyə ödənilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 31.01.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-730/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-730/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver