Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-737/2021 29.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.08.2020-ci il tarixli 300988-1-34306 saylı nağd pul krediti müqaviləsi üzrə 08.07.2021-ci il tarixinə banka 1747,07 AZN məbləğində əsas borc, 88.41 AZN məbləğində faiz borcu, 53.70 AZN məbləğində cərimə borcu, ümumilikdə 1889.18 (bir min səkkiz yüz səksən doqquz manat on səkkiz qəpik) AZN, 16.09.2020-ci il tarixli 300988-1-35819 saylı nağd pul krediti müqaviləsi üzrə 08.07.2021-ci il tarixinə 503.09 AZN məbləğində əsas borc, 43.66 AZN məbləğində faiz borcu, 24.60 AZN məbləğində cərimə borcu, ümumilikdə isə 571.35 (beş yüz yetmiş bir manat otuz beş qəpik) AZN məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.08.2020-ci il tarixli 300988-1-34306 saylı nağd kredit müqaviləsinə əsasən istehlak məqsədi ilə Cavabdeh illik 21 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verildiyini, eyni zamanda Cavabdeh ilə 16.09.2020-ci il tarixli 300988-1-35819 saylı nağd pul krediti müqaviləsinə əsasən istehlak məqsədi ilə illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 540 (beş yüz qırx) manat məbləğində kredit verildiyini, lakin borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini 10.08.2020-ci il tarixli 300988-1-34306 saylı nağd pul krediti müqaviləsi üzrə 10.03.2021-ci il tarixdən icra etmədiyini və nəticədə cavabdehin banka 1747,07 AZN məbləğində əsas borc, 88.41 AZN məbləğində faiz borcu, 53.70 AZN məbləğində cərimə borcu, ümumilikdə 1889.18 AZN məbləğində borcu qaldığını, 16.09.2020-ci il tarixli 300988-1- 35819 saylı nağd pul krediti müqaviləsi üzrə 08.07.2021-ci il tarixinə 503.09 AZN məbləğində əsas borc, 43.66 AZN məbləğində faiz borcu, 24.60 AZN məbləğində cərimə borcu, ümumilikdə isə 571.35 AZN məbləğində borcu qaldığını bildirərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.08.2020-ci il tarixli 300988-1-34306 saylı nağd pul krediti müqaviləsi üzrə 08.07.2021-ci il tarixinə banka 1747,07 AZN məbləğində əsas borc, 88.41 AZN məbləğində faiz borcu, 53.70 AZN məbləğində cərimə borcu, ümumilikdə 1889.18 AZN; 16.09.2020-ci il tarixli 300988-1-35819 saylı nağd pul krediti müqaviləsi üzrə 08.07.2021-ci il tarixinə 503.09 AZN məbləğində əsas borc, 43.66 AZN məbləğində faiz borcu, 24.60 AZN məbləğində cərimə borcu, ümumilikdə isə 571.35 AZN məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə 02.11.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, ərizəsində icraatınızda İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbinə dair 2(110)-737/2021 saylı mülki iş olduğunu, mülki iş üzrə məhkəmə iclası 01 noyabr 2021-ci il tarixə saat 15:00-a təyin edildiyini, Bakı şəhərində məhkəmə prosesləri təyin edildiyi üçün göstərilən tarixdə məhkəmə iclasında üzürlü səbəbdən iştiraklarının mümkün olmayacağını, bu sıbıbdın də hazırkı işə (eləcədə növbəti iclaslara) iştirakları olmadan baxaraq iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, İddiaçı ASC-nin 1 №-li “Əcəmi” filialı ilə Cavabdeh arasında 10.08.2020-ci il tarixli 300988-1-34306 saylı “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Kredit Müqaviləsinin 2.1, 2.2, 2.3, 2.4-cü bəndlərinə əsasən “Bank” tərəfindən “Kredit alana” daçınmaz əmlakın alınması üçün illik 21 % dərəcəsi ilə 36 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən “Bank” tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi üçün verilən məbləğin 1 %-i məbləğində komisyon haqqı tutur. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və “Kredit alan” tərəfindən ödənilir. İş materiallarına əlavə olunmuş 10.08.2020-ci il tarixli 300988-1-34306 saylı Kredit Müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 10.09.2020 -10.07.2023 tarixləri ərzində ayda 75.37 manat, 10.08.2023 tarixində isə 75.34 manat olmaqla, cəmi 2713.29 manat məbləğində pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 10.08.2020-ci il tarixli, ********* nömrəli kassa məxaric orderinin surətindən görünür ki, Bank tərəfindən Cavabdeh 1940 (bir min doqquz yüz qırx) manat məbləğində pulun verilməsi təmin edilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 08.07.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 10.08.2020-ci il tarixli 300988-1-34306 saylı “Nağd pul krediti müqaviləsi üzrə Cavabdeh Banka 08.07.2021-ci il tarixə 1747,07 manat məbləğində əsas borc, 88.41 manat məbləğində faiz borcu, 53.70 manat məbləğində cərimə borcu, ümumilikdə 1889.18 (bir min səkkiz yüz səksən doqquz manat on səkkiz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, İddiaçı ASC-nin 1 №-li “Əcəmi” filialı ilə Cavabdeh arasında 16.09.2020-ci il tarixli 300988-1-35819 saylı “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Kredit Müqaviləsinin 2.1,2.2, 2.3, 2.4-cü bəndlərinə əsasən “Bank” tərəfindən “Kredit alana” fərdi istehlak məqsədi ilə illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 540 (beş yüz qırx) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən “Bank” tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi üçün verilən məbləğin 1 %-i məbləğində komisyon haqqı tutur. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və “Kredit alan” tərəfindən ödənilir. İş materiallarına əlavə olunmuş 16.09.2020-ci il tarixli 300988-1-35819 saylı Kredit Müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 16.10.2020-16.09.2024 tarixləri ərzində ayda 17.02 manat, 16.09.2024 tarixində isə 16.82 manat olmaqla, cəmi 816.76 manat məbləğində pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 16 sentyabr 2020-ci il tarixli ********* nömrəli Ödəniş tapşırığının təsdiqlənmiş surətindən görünür ki, Bank tərəfindən Cavabdeh 523 manat məbləğində pulun verilməsi təmin edilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 08.07.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 16.09.2020-ci il tarixli 300988-1-35819 saylı “Nağd pul krediti müqaviləsi üzrə Cavabdeh Banka 08.07.2021-ci il tarixə 503.09 manat məbləğində əsas borc, 43.66 manat məbləğində faiz borcu, 24.60 manat məbləğində cərimə borcu, ümumilikdə isə 571.35 manat (beş yüz yetmiş bir manat otuz beş qəpik) məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 04.02.2021-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar İddiaçı ASC vasitəsilə dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30.0 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından görünür ki, Bank tərəfindən cavabdehə 19.05.2021-ci il tarixdə borcun könüllü şəkildə ödənilməsi barədə bildirişlər ünvanlanmış, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin cavabdehlər tərəfindən borcun ödənilməsi barədə heç bir addım atılmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC-nin 1 №-li “Əcəmi” filialı ilə Cavabdeh arasında bağlanmış 10.08.2020-ci il tarixli 300988-1- 34306 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh daşınmaz əmlakın alınması məqsədi ilə 36 ay müddətinə illik 21 faiz ödəmək şərtilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 10.09.2020 - 10.08.2023 tarixləri ərzində ayda 75.37 manat, 10.08.2023 tarixində isə 75.34 manat olmaqla, cəmi 2713.29 manat İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı ASC-nin 1 №-li “Əcəmi” filialı ilə Cavabdeh arasında bağlanmış 16.09.2020-ci il tarixli 300988-1- 35819 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh fərdi istehlak məqsədi ilə isə illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 540 (beş yüz qırx) manat məbləğində kredit verilmiş və müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 16.10.2020 - 16.09.2024 tarixləri ərzində ayda 17.02 manat, 16.09.2024 tarixində isə 16.82 manat olmaqla, cəmi 816.76 manat İddiaçı ASC-nin “Əcəmi” filialına ödəməyi öhdəsinə götürmüşdür. Lakin kredit alan kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqavilələrinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10.08.2020-ci il tarixli 300988-1-34306 saylı nağd pul krediti müqaviləsi üzrə 1747.07 manat məbləğində əsas borc, 88.41 manat məbləğində faiz borcu, 53.70 manat məbləğində cərimə borcu, cəmi 1889.18 (bir min səkkiz yüz səksən doqquz manat on səkkiz qəpik) manat və 16.09.2020-ci il tarixli 300988-1-35819 saylı nağd pul krediti müqaviləsi üzrə isə 08.07.2021-ci il tarixinə 503.09 manat məbləğində əsas borc, 43.66 manat məbləğində faiz borcu, 24.60 manat məbləğində cərimə borcu, cəmi 571.35 (beş yüz yetmiş bir manat otuz beş qəpik) manat olmaqla, ümumilikdə 2460.53 (iki min dörd yüz altmış manat əlli üç) manat məbləğində borc pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10.08.2020-ci il tarixli 300988-1-34306 saylı nağd pul krediti müqaviləsi üzrə 1747,07 manat (bir min yeddi yüz qırx yeddi manat yeddi qəpik) məbləğində əsas borc, 88.41 manat (səksən səkkiz manat qırx bir qəpik) məbləğində faiz borcu, 53.70 manat (əlli üç manat yetmiş qəpik) məbləğində cərimə borcu, cəmi 1889.18 (bir min səkkiz yüz səksən doqquz manat on səkkiz qəpik) manat, 16.09.2020-ci il tarixli 300988-1-35819 saylı nağd pul krediti müqaviləsi üzrə 503.09 manat (beş yüz üç manat doqquz qəpik) məbləğində əsas borc, 43.66 manat (qırx üç manat altmış altı qəpik) məbləğində faiz borcu, 24.60 manat (iyirmi dörd manat altmış qəpik) məbləğində cərimə borcu, cəmi 571.35 manat (beş yüz yetmiş bir manat otuz beş qəpik) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2.490.53 (iki min dörd yüz doxsan manat əlli üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-737/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-737/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver