Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-739/2021 03.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ona hesablanmış faiz və cərimənin qaytarılması" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 3109.96 manat məbləğində əsas borcun, 15.81 manat məbləğində faiz borcunun, cəmi 3125.77 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04.11.2019-cu il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən Bankın borcluya 60 ay müddətinə illik 1% olmaqla 3314,4 manat kredit verdiyini, hazırda cavabdehin "Ödəniş cədvəlinə” əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayındığını və beləliklə kredit müqaviləsinin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, kredit müqaviləsinə əsasən kredit alanın pul öhdəliklərinin icrasını gecikdirdikdə bankın pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə biləcəyini qeyd edərək Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 3109,96 manat məbləğində əsas borcun, 15,81 manat məbləğində faiz borcunun, cəmi 3125,77 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 03.11.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək ərizəsində məhkəmənin icraatında İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 04.11.2019-cu il tarixli, BF/17233/72 saylı kredit müqaviləsi üzrə “kreditin ona hesablanmış faiz və cərimənin qaytarılması" barədə mülki iş olduğunu, hal-hazırda Cavabdeh1 İddiaçı ASC-yə 3010.06 manat əsas borcu, 0.34 manat faiz borcu olduğunu, yuxarıda göstərilənlərə əsasən məhkəmədən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04.11.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 3010.06 manat əsas borcun, 0.34 manat faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-739/2021 nömrəli, 03.11.2021-ci il tarixli qərardadı ilə mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlinmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsinin 03.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəklərini nəzərə alaraq məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, оnlar, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş əsas kredit borcunun restrukturizasiyası üzrə "Güzəştli Kredit Müqaviləsi”ndən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının və həmin Fərmanın icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nticəsində manata artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restruktrizasiyasına dair müvafiq tələblərini müəyyən etmək məqsədi ilə 04.11.2019-cu il tarixli BF/17233/72 saylı “əsas kredit borcunun restrukturizasiyası üzrə” müqavilə bağlanmışdır. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən “Bank” “Kredit alan”a resturukturizasiya olunanan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə, 1 il güzəşt müddəti tətbiq edilməklə 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 3314,4 (üç min üç yüz on dörd manat qırx qəpik) manat məbləğində krediti “Kredit alan”nın mülkiyyətinə vermişdir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən “Kredit alan” bu müqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri Müqavilənin ayrılmaz hissəsi olan "Ödəniş cədvəli”nə (Əlavə nömrə 1) əsasən nağd və ya köçürmə yolu ilə Bankaödəməyi öhdəsinə götürür... Həmin müqavilənin 5.1.1-ci bəndinə əsasən “Kredit alan” aylıq ödənişləri "Ödəniş cədvəli”nə (Əlavə nömrə 1) uyğun olaraq vaxtında və lazımınca icra etmədikdə, müqavilə ilə müəyyən edilmiş vəzifələrdən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı “bankın” başqa ehtimalları yarandıqda, qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda “Bank” kreditin qalıq məbləğinin və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh2 arasında ”əsas kredit borcunun restrukturizasiyası üzrə” 04.11.2019-cu il tarixli Z-BF/17233/72 nömrəli Zaminlik Müqaviləsinə əsasən Zamin “Kredit alan”ın 18.06.2019-cu il tarixli BF/17233/72 nömrəli “əsas kredit borcunun restrukturizasiyası üzrə" "Güzəştli Kredit Müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və həmin öhdəliyin tamamilə icra edilməsinə görə “Kredit alan” ilə birlikdə “Bank” qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş 18.06.2019-cu il tarixli Kredit Müqaviləsinə 1 saylı Əlavənin ödəniş cədvəlinə əsasən Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə 04.12.2019 - 04.11.2020-ci tarixləri ərzində 1 il güzəşt müddəti tətbiq olunmaqla 04.12.2020 – 04.10.2024 tarixləri ərzində ayda 70.47 manat, 04.11.2024-cü il tarixdə isə 70.65 manat olmaqla cəmi 3415.94 manat məbləğində pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 04.11.2019-cu il tarixli MXD-BF17233A72C-1 nömrəli Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 tərəfindək kredit borcunun ödənilməsi üçün onun hesabına 3314.40 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 13.09.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04.11.2019-cu il tarixli müqaviləyə əsasən onun İddiaçı ASC-yə 3109.96 manat əsas borc, 15.81 manat faiz borcu olmuşdur. İş materiallarına Bank of Baku” ASC tərəfindən 03.11.2021-ci il tarixdə əlavə olumuş ərizəsindən görünür ki, Cavabdeh1 haliyədə İddiaçı ASC-yə 3010.06 manat əsas borcu, 0.34 manat faiz borcu mövcuddur. İş materiallarına Bank of Baku” ASC tərəfindən 03.11.2021-ci il tarixdə əlavə olumuş 04.11.2019 - 02.11.2021-ci il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 kreditin verilməsi təmin olunmuş və o, adına açılmış hesab üzrə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparmışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı təşkilat İddiaçı ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə 14.09.2021-ci il tarixdə ********* nömrəli qəbzlə məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövət büdcədinə 30.0 manat dövlət rüsumu ödəmişdir. İddiaçı ASC-nin nümayəndəsi tərəfindən Borc alan Cavabdeh1 ünvanlanmış 02.09.2021-ci il tarixli bildirişin məzmunundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunaraq Bankın tələbləri, habelə məhkəmə xərcləri və icra hərəkətlərinə çəkilən xərclərin tutulacağı, eyni zamanda onunla bağlanmış müqavilənin ləğv ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2019-cu il tarixli BF/17233/72 saylı əsas kredit borcunun restrukturizasiyası üzrə “Güzəştli Kredit müqaviləsi”nə əsasən bank tərəfindən Cavabdeh1 vaxtı keçmiş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti tətbiq edilməklə 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 3314.4 (üç min üç yüz on dörd manat qırx qəpik) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə 04.12.2019 - 04.11.2020-ci tarixləri ərzində 1 il güzəşt müddəti tətbiq olunmaqla 04.12.2020 - 04.10.2024 tarixləri ərzində ayda 70.47 manat, 04.11.2024-cü il tarixdə isə 70.65 manat olmaqla, cəmi 3415.94 manat məbləğində pulu İddiaçı ASC-nin ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Cavabdeh2 İddiaçı ASC ilə aralarında bağladıqları 04.11.2019-cu il tarixli Z-BF/17233/72 nömrəli Zaminlik müqaviləsi ilə “Kredit alan”ın Bank qarşısında üzərinə götürdüyü öhdəliyini tamamilə icra edilməsinə görə “Kredit alan” ilə birlikdə “Bank” qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin “Kredit alan” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə haliyədə Banka 04.11.2019-cu il tarixli BF/17233/72 saylı Güzəştli Kredit müqaviləsi” üzrə 3010.06 manat əsas borc, 0.34 manat faiz borcu olmaqla, cəmi 3010.40 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış “Güzəştli Kredit müqaviləsi”nin şərtlərinə əməl etməməklə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən bank borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Cavabdeh2 “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan” bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək 04.11.2019-cu il tarixli BF/17233/72 nömrəli "Güzəştli Kredit müqaviləsi" üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməklə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2019-cu il tarixli BF/17233/72 nömrəli "Güzəştli Kredit müqaviləsi” ləğv edilməli və həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3010.06 (üç min on manat altı qəpik) manat əsas borc, 0.34 (otuz dörd) manat faiz borcu olmaqla, cəmi 3010.40 (üç min on manat qırx qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən tələb edilmiş iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2019-cu il tarixli BF/17233/72 nömrəli "Güzəştli kredit Müqaviləsi” ləğv edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3010.06 (üç min on manat altı qəpik) manat əsas borc, 0.34 (otuz dörd) manat faiz borcu, cəmi 3010.40 (üç min on manat qırx qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3040.40 (üç min qırx manat qırx qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-739/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-739/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver