Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-739/2023 03.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona verdi 10300 manat borcun və dövlət rüsumu olaraq 117 manatın alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Dərəkənd kənd sakini Cavabdeh 10300 manat borc verdiyini, aradan xeyli vaxt keçməsinə baxmayaraq Məhəmmədin həmin borcu qaytarmadığını, hərdən bir bəhanə gətirərək imkanı olmadığını dediyini, 2023-cü ilin yanvar ayında Məhəmmədin 10300 manat borcun 5150 manatını xx.xx.2023-cü il tarixədək, qalan 5150 manatını isə xx.xx.2023-cü il tarixədək ödəyəcəyinə dair ona iltizam verdiyini, lakin müəyyən olunmuş müddətdən bir neçə ay keçməsinə baxmayaq Məhəmmədin həmin pulu ödəmədiyini, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayındığından buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq təsərrrüfatla məşğul olduğunu, 76 baş heyvanı 10300 manata cavabdehə satdığını, cavabdehi əvvəlcədən tanımadığını, onu birlikdə heyvan saxladığı Nihadın vasitəsilə tanıdığını, hər dəfə borcunu ödəyəcəyini bildirsə də 1 il keçməsinə baxmayaq hələ də ödəmədiyini, cavabdehin polis idarəsində ona borclu olduğunu etiraf etdiyini, bununla bağlı iltizam verdiyini, məhkəmədə iddia qaldırdıqdan sonra 850 manatını verdiyini, onun 9450 manat borcu qaldığını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid Quluzadə Nihad Hicran oğlu ifadəsində və verilən suallara cavabında iddiaçı ilə birlikdə heyvan saxladıqlarını, xx.xx.2022-ci il tarixdə 76 baş xırdabuynuzlu heyvanı iddiaçı onun vasitəsilə cavabdehdə satdığını, həmin pulun bir qismini oktyabr ayında, qalan qismini isə yanvar ayında verəcəyini bildirdiyini, bir neçə dəfə evlərinə getdiklərini, cavabdeh atasının ödəyəcəyini bildirsə də hələ də borcunu qaytarmadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 76 baş qoyunu 10640 manata aldığını, 2640 manatı 15 gün ərzində, 8000 manatı isə 2023-cü ilin yanvar ayında verəcəyini göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Əmoyev X1 Kamal Həsən oğluna olan borcunu 5150 manatını xx.xx.2023-cü il tarixə, qalan 5150 manatını isə xx.xx.2023-cü il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 76 baş qoyun satmışdır. Cavabdeh isə iddiaçıya olan 10300 manat borcu xx.xx.2023-cü il tarixədək qaytaracağına dair yazılı öhdəlik götürmüş, lakin həmin borcdan iddiaçının özününün bildirdiyinə görə yalnız 850 manat ödəmişdir. Cavabdehin iddiaçıya borclu olması iş üzrə şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən iddiaya hər hansı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 9450 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddianın təmin ounan hissəsinə nisbətdə 107,3 (bir yüz yeddi manat, otuz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Şərur rayon Dərəkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 9450 (doqquz min dörd yüz əlli) manat pul vəsaiti və 107,3 manat (bir yüz yeddi manat, otuz qəpik) dövlət rüsumu alınaraq Sədərək rayon Qaraağac kəndində yaşayan İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-739/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-739/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver