Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-749/2022 26.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 2420 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş rüsuma görə 44.20 manat olmaqla, cəmi 2464.2 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən iddia ərizəsini xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək mülki iş üzrə məhkəmə hazırlıq iclasını xx.xx.2022-ci il tarixə təyin etmişdir. Məhkəmə qeyd edilən tarixdə hazırlıq iclasını tərəflərin iştirakı olmadan keçirərək, məhkəmə baxış iclasını xx.xx.2022-ci il tarixə təyin etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında tərəflər iştirak etmədiyindən mülki iş təxirə salınaraq baxılması üçün xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Qeyd edilən tarixdə keçirilən məhkəmə iclasında tərəflər iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin: - 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda, bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir; - 259.0.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı tərəfindən X2 Mall filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 10024 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 44.2 (qırx dörd manat iyirmi qəpik) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən X2 Mall filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 10024 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 44.2 (qırx dörd manat iyirmi) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-749/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-749/2022
26.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver