Məhkəmə qərarları › İş №2(110)-753/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-753/2023

11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-753/2023 11.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-127/2023 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş övladları xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılması və birgə nikadan doğulmuş ikinci övladları xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin müəyyən olunması, bir uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşağa görə hər ay 440 (dörd yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə Şahbuz rayon Qeydiyyat Şöbəsində 01 № ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, onların birgə nikahdan iki övladları – xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X8 doğulduğunu, ailə qurduqdan sonra Şahbuz rayon Ayrınc kəndində Cavabdeh valideynləri ilə birlikdə yaşadıqlarını, birgə yaşadıqları müddətdə ailə münasibətlərinin yaxşı olduğunu, ailə təsərrüfatını birgə idarə etdiklərini, bir müddət birgə yaşadıqdan sonra qaynanası X2 heç bir səbəb olmadan onu nalayiq ifadələrlə təhqir etməyə, hətta ona qarşı şiddət uyğulamağa başladığını, bununda cavabdehlə ailə münasibətlərində soyuqluq yaranmasına səbəb olduğunu, axırıncı dəfə 2022-ci ilin sentyabr ayında qayınanası Səadət Həsənovanın hərəkətlərinə artıq dözə bilməyib atası X9 olanları bildirdiyini və atası Knyaz Əmoyevin gəlib onu bir azyaşlı övladı ilə birlikdə Şərur rayon Dərəkənd kəndinə apardığını, ayrı yaşadıqları müddətdə birgə nikahdan ikinci övladları X4 doğulduğunu, ayrı qaldıqları müddət ərzində cavabdehin onlarla maraqlanmadığını, gündəlik zəruri tələbatlarının qarşılanması üçün hər hansı bir maddi dəstəkdə olmadığını, ona görə də onun aliment tələbi ilə Şərur rayon Məhkəməsinə Müraciət etdiyini və Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-127/2023 saylı qətnaməsi ilə hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq onun xeyrinə ödəniməsinin müəyyən edildiyini, ayrı qaldıqları müddətdə birgə nikahdan ikinci övladlarının doğulduğunu, buna baxmayaraq cavabdehin yenə də onlarla maraqlanmadığını, gündəlik zəruri tələbatlarının ödənilməsinə köməklik göstərmədiyini, hətta 5 aydır ki, Şərur rayon Məhkəməsi tərəfindən müəyyən olunmuş alimenti belə ödəmədiyini, övladları azyaşlı olduğundan, onun özünün heç bir yerdə işəyə bilmədiyini, iki azyaşlı uşağa baxmaq, onların qayğısına qalmaqla yanaşı maddi tələbatlarını qarşılama tək qadın olaraq onun üçün çox çətin olduğunu, cavabdehin ödədiyi alimentin miqdarı isə 2023-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimundan aşağıdır və ödədiyi aliment övladımızın gündəlik zəruri tələbatını ödəmir. Ona görə də Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-127/2023 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılmasını və birgə nikahdan doğulmuş ikinci övladımızın da yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməsini istədiyini, cavabdehlə aralarında olan ailə münasibətlərindən irəli gələn aliment tələbinə dair mübahisəni məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdiyini, ilkin mediasiya sessiyasının vaxtı və yeri Cavabdeh bildirilsə də onun ilkin mediasiya sessiyasında iştirak etmədiyini, bu səbəbdən də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Ə- 820/2023 saylı arayış verildiyini (arayışı ərizəmə əlavə edirəm), ona görə də Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, Cavabdeh heyvandarlıqla məşğul olduğunu və maddi imkanının yaxşı olduğunu, Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-127/2023 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanıması üçün müəyyən olunmuş alimentin miqdarının artırılması və birgə nikahdan doğulmuş ikinci övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin müəyyən edilməsi Cavabdeh maddi cəhətdən çətinliyə salmayacağını qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, hər iki tələb üzrə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli AZ-İİ № 511201 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 05 yanvar 2022-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Əmoyeva" soyadı verilmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 dekabr 2021-ci il tarixli AZ İV № 631866 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2021-ci il təvəllüdlü X3 valideynləridir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli AZ İV № 786964 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2023-cü il təvəllüdlü X4 valideynləridir; - Şərur rayon Dərəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli 128/07 saylı arayışdan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X1 rayon Dərəkəndində anası İddiaçı ilə birlikdə yaşayır; - Şahbuz rayon İcra və Probasiya bölməsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şahbuz rayon İcra və Probasiya bölməsinin icra məmuru tərəfindən icra sənədi üzrə borlcu Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməsi barədə icraat başlanılmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-127/2023 saylı qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, izahatında ayrı qaldıqları müddətdə birgə nikahdan ikinci övladlarının doğulduğunu, buna baxmayaraq cavabdehin yenə də onlarla maraqlanmadığını, gündəlik zəruri tələbatlarının ödənilməsinə köməklik göstərmədiyini, hətta 5 aydır ki, Şərur Rayon Məhkəməsi tərəfindən müəyyən olunmuş alimenti belə ödəmədiyini, övladları azyaşlı olduğundan, onun özünün heç bir yerdə işəyə bilmədiyini, iki azyaşlı uşağa baxmaq, onların qayğısına qalmaqla yanaşı maddi tələbatlarını qarşılama tək qadın olaraq onun üçün çox çətin olduğunu, cavabdehin ödədiyi alimentin miqdarı isə 2023-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimundan aşağı olduğunu və ödədiyi aliment övladının gündəlik zəruri tələbatını ödəmədiyini, ona görə də Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)- 127/2023 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş uşağı xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün, həmçinin birgə nikahdan yeni doğulmuş ikinci uşağı xx.xx.2023-cü il təvəllüdlü X4 da yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə təqdqiqatının nəticəsi o da müəyyən edilmişdir ki, müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş uçaqları iddiaçı ilə birlikdə yaşayırlar. Hazırda isə iddiaçı azyaşlı uşaqlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh uşaqlarının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblərlə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-127/2023 nömrəli qətnaməsindən keçən müddət ərzində cavabdehin uşağın saxlanaması üçün müəyyən edilmiş alimenti ödəmədiyindən, övladları azyaşlı olduğundan, iddiaçının heç bir yerdə işəyə bilmədiyini, iki azyaşlı uşağa baxmaq, onların qayğısına qalmaqla yanaşı maddi tələbatlarını qarşılama tək qadın olaraq onun üçün çox çətin olduğunu. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda ərzaq və qeyri-ərzaq mallarının, habelə digər xidmətlərin qiymətinin artması həmin aliment məbləği ilə uşaqların maddi təminatının əvvəlki səviyyədə saxlanılmasının mümkün olmaması qənaətinə gəlməyə əsas verir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2021-ci il təvəllüdlü X6 təyin olunmuş alimentin miqdarının artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin dəyişdirilməsi hissəsində qismən təmin olunaraq, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-127/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi alimentin dəyişdirilməsi tələbi üzrə digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmçinin məhkəmə iddiaçı üçün yuxarıda qeyd edilən diqqətəlayiq halları, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, cümlədən qanunvericilik aktlarının tələblərini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq alimenti sabit pul məbləğində tutulması tələbinin qismən təmin edilməsi qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi alimenti sabit pul məbləğində tutulması tələbinə dair digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar; - 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X7 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 30 manatdır ki, bu da il ərzində 360 manat (30x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Həmçinin Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun; - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 2160 manat (180x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 41.6 (qırx bir manat altmış qəpik) manat (30+1160x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-127/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Eyni zamanda xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbləri digər hissələrdə rədd edilsin. Qətnamə alimentin təyin edilməsi tələbinə dair hissədə dərhal icra edilsin. İddia tələbləri üzrə alimentin artırılmasına görə iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat və alimentin təyin edilməsinə görə iddianın təmin edilmiş hissəsinə münasib olaraq isə ödənilməsi müəyyən olunmuş 41.6 (qırx bir manat altmış qəpik) manat olmaqla, ümumilikdə 71.6 (yetmiş bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar