Məhkəmə qərarları › İş №2(110)-756/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-756/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-756/2023 15.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Mahmudkənd sakini Cavabdeh 1145 (bir min bir yüz qırx beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində 21 yanvar 2022-ci il nömrəli KT2101/06 saylı kredit müqaviləsinə əsasən "Heyvandarlıq" krediti məqsədilə onun 2000 (iki min) manat məbləğində "xxxx" ASC Şərur rayon filialından kredit götürdüyünü, qaynı Şərur rayon Mahmudkənd kənd sakini Cavabdeh şəxsi adamlara va banka borcunun olduğunu və həmin borc sahiblərinin onu sıxışdırdıqlarını bildirərək ondan həmin pulu aldığını, Cavabdeh onun bankdan götürmüş olduğu kredit borcunu müqavilədə göstərilmiş aylar üzrə vaxtlı-vaxtında ödəyəcəyinə söz verdiyini, lakin onun bir neçə ay krediti ödəsə də sonreadan bir neçə ay ödəmədiyini, onun ödəmədiyi ayları ümumilikdə 250 manat olmaqla ödədiyini, cavabdehin həmin ödədiyi pulları ona geri qaytarmasını və əlavə olaraq kredit müqaviləsi üzrə qalmış 850 manat borcun banka ödənilməsini tələb etsə də onun buna məhəl qoymadığını və onun ödəməli olduğu pulları ödəmədiyini, Cavabdeh polis orqanında işlədiyini və hazırda təqaüddə olduğunu, onunla bu barədə dəfələrlə söhbət aparılsa da ona olan borcun geri qaytarılmasının mümkün omadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi tələbi barədə ərizə təqdim edərək ərizəsində Cavabdeh 1145 (bir min bir yüz qırx beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, iddia ərizəsində texniki səhvlik olaraq 850 manat borcdan əlavə 295 manatda səhvən əlavə olunduğunu, buna görə də iddia tələbinin dəqiqləşdirilməsi zərurətinin yarandığını, Cavabdeh 850 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı Naxçıvanbank ASC-nin Şərur filialından ona 2000 manat kredit götürüb verdiyini, 21 yanvar 2022-ci il tarixdən başlayaraq 2023-cü ilin may ayıda daxil olmaqla hər ay 97 manat krediti özünün ödədiyini, son 4 ayı ödəmədiyini, ona gör ki, Qurbanın uşaqları üçün bacısına ödəyəcəyi alimenti ödəmədiyi üçün onunda kreditin aylıq ödənişini ödəmədiyini, həmin pulu hər ay bacısına göndərdiyini, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi 295 manatla əlaqədar qeyd etmişdir ki, Qurban Bakı şəhərində olarkən bacanağının adına kreitə telefon götürdüyünü, götürdüyünü telefonun kreditini bir neçə ay ödəmədiyini, həmin məbləğin 295 manat olduğunu, həmin pulu özünün ödədiyini, ona görə də iki ay Qurbanın Bankdan götürdüyü kreditin pulunu ödəmədiyini, həmin 295 manatın 200 manatını Qurbanın banka ödədiyini, qalan 95 manatını isə Şərur rayon Polis İdarəsində ona qaytardığını, onun banka ümumi olan borcunun 850 manat qaldığını etiraf etdiyini, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdiyini, iddiaçıya heç bir borcunun olmadığını, yaxın günlərdə həmin pulun hamısını iddiaçıya ödəyəcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddiasını müdafiə etməsini, cavabdehin isə iddianı etiraf etməsinə dair izahatını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Cavabdeh etiraf ərizəsindən görünür ki, İddiaçı həqiqətən də 2000 manat kredit götürüb ona vermişdir. Həmin kreditin aylıq ödənişini özü ödəmişdir. Hal hazırda həmin borcdan 850 manat qaldığını bildirmişdir. - 21 yanvar 2022-ci il tarixli, KT2101/06 saylı saylı Kredit müaviləsinin təsdiqlənmiş surətindən aydın olur ki, "xxxx" ASC ilə İddiaçı arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər; - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan aydın olur ki, Naxçıvanbank ASC cavabdeh İddiaçı banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı Əliyev X1" ASC Şərur rayon filialından 2000 (iki min) manat məbləğində kredit götürərək qaynı Şərur rayon Mahmudkənd kənd sakini Cavabdeh vermiş, Cavabdeh aldığı borcu iddiaçıya qaytarmamışdır. Belə olan təqdirdə iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçıya həqiqətəndə 850 (səkkiz yüz əlli) manat borclu olduğunu etiraf edərək, məhkəməyə borcun etirafı barədə ərizə təqdim etmişdir. Cavabdeh tərəfindən borc etiraf edildiyindən məhkəmə borcun etirafına dair müvafiq prosessual hərəkətlərin nəticələrini cavabdehə izah edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; http://e-qanun.az/framework/46945 - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı iddiasını müdafiə etmiş, cavabdeh isə iddianı etiraf edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı təsdiq olunmaqla iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Beləliklə də, məhkəmə baxışı zamanı Şərur rayon Mahmudkənd sakini Cavabdeh İddiaçı 850 (səkkiz yüz əlli) manat məbləğində borcunun olmasını etiraf etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin qaydada təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır...; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyindən, ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu iddiaşıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Mahmudkəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 850 (səkkiz yüz əlli) manat məbləğində pul alınaraq Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olan yaşayan İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar