Məhkəmə qərarları › İş №2(110)-756/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-756/2024

18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-756/2024 18.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ödəniləcək zaman məzənnəyə uyğun olaraq 18.800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində borc pul və ödənilmiş 186 (bir yüz səksən altı) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq onun – İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, mən Cavabdeh uzun illərdir tanıyıram. Biz 2023-cü ildə Şərur bazarında qarşılaşıb görüşmüş Cavabdeh məndə müəyyən miqdar pul olduğunu bildiyini və həmin pulu dövr etdirib birlikdə qazanc əldə edəcəyini təklif etmişdir. Mən də Cavabdeh inanıb, etibar etdiyim üçün onun bu təkliflə razılaşmışdım. Həmin vaxt mən siqaret alveri ilə məşğul idim ki, 10.000 (on min) manat pul verəcəyim təqdirdə qazancımın nə qədər olacağını soruşmuş, Cavabdeh isə hər ay 400-500 manat pul verəcəyini söyləmişdir. Mən, birinci dəfə 2023-cü ilin aprel ayında Cavabdeh 16.500 (on altı min beş yüz) ABŞ dolları pul vermiş, Cavabdeh isə öz növbəsində qazanc olaraq hər ay mənə 600 ABŞ dolları olmaqla 3 ay ərzində, ümumilikdə, 1.800 ABŞ dolları pul ödəmişdir. Bir müddət sonra Şərur bazarında olarkən Cavabdehla görüşdüyümdə o Türkiyə Respublikasından pul gələcəyini, 6.000-7.000 ABŞ dolları pul lazım olduğunu, 1 həftəyə qaytaracağını söyləmişdir. Mən isə aramızdakı münasibətə dayanaraq 3.000 ABŞ dolları pulum olduğunu bildirmişdim. Cavabdeh ona daha artıq pul lazım olduğunu dediyində oğlumun xəstəliyi ilə əlaqədar saxladığım 1.000 manat pulu da ona verməyə razılaşdım. Hansı ki, Cavabdeh həmin pulları bir-iki günə qaytaracağına söz verdi. Mən ertəsi gün pulu almaq üçün Cavabdeh yanına getsəm də, aşura günü olduğundan bazar işləmədiyi üçün sonrakı gün yenidən oraya getmiş, Cavabdeh pulumu istəyən zaman birazdan pulu verəcəyini söylədikdə mən, heç olmasa 1.000 manat pulumu geri qaytarmasını istəmiş və 1000 manatı Cavabdeh almışdım. Bundan 3-4 gün keçdikdən sonra həmkəndlimdən Cavabdeh camaatın pulunu alıb Bakı şəhərinə qaçdığı barədə məlumat almış, Cavabdeh zəng edərək məsələ barədə soruşduqda Cavabdeh deyilənlərin yalan olduğunu, pul məsələsi ilə bağlı Bakı şəhərinə getdiyini və geri qayıdacağını söyləmişdir. Cavabdeh bir müddət sonra geri qayıtmış, Şərur şəhərindəki bazarda fəaliyyətinə davam etmişdir. Mən daha sonra 2-3 dəfə Cavabdeh evinə getmiş, oğlumun sağlığı üçün o pullara ehtiyacımın olduğunu söyləmiş, Cavabdeh isə bu gün-sabah ödəyəcəyəm deyərək yalan vədlər verərməklə pulumu qaytarmamışdır. Bir neçə gün sonra yenidən Şərur bazarına gəldiyim zaman Cavabdeh pul dəyişdiyini gördüyümdə qəzəblənib ona hücum etmiş, həmin vaxt ətrafdakı insanlar bizi ayırmışlar. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları bizi Şərur rayon Polis İdarəsinə aparmış, mən Cavabdeh şikayətçi olduğumu, Fuadın mənə19.500 ABŞ dolları borcu olduğunu, lakin pulumu vermədiyini bildirmişdim. 2023-cü ilin oktyabr ayında, şikayətimə baxılan zaman oğlumun xəstəliyi ilə əlaqədar onu Türkiyə Respublikasının Ərzurum şəhərinə aparmalı olduğumdan Cavabdeh ən azı 1.500 ABŞ dolları məbləğində pulumdan qaytarmasını istəmiş, lakin o, buna imkanının olmadığını bildirərək Şərur Rayon Polis İdarəsində akt əsasında mənə 700 ABŞ dolları pul qaytarmışdır. Hazırda Cavabdeh mənə 18.800 ABŞ dolları məbləğində borcu vardır ki, sonradan dəfələrələ bu borcumu istəsəm də Cavabdeh mənə olan borcunu bu gün-sabah deyərək qaytarmaqdan yayınmış və Cavabdeh tək mənə deyil bir çox şəxsə borcu olduğunu öyrənmişdim ki, nəticədə Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi başlanmış və o Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin 1(109)-18/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə mən və digər zərəçəkmiş şəxslərə mülki iddia qaldırmaq hüquqlarımız izah olunmuşdur ki, bu səbəbdən də mən hazırki tələblə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışam. Hesab edirəm ki, iddia tələbim məhkəmədə təmin edilməklə, 18.800 ABŞ dolları məbləğində pul hazırki məzənnəyə uyğun olaraq Cavabdeh alınmaqla mənə ödənilməlidir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanası tərəfindən iştirakı təmin edilmiş Cavabdeh iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Şərur rayon Polis İdarəsi İstintaq və Təhqiqat bölməsinin təhqiqiatçısı polis leytetnantı X1 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh Şərur rayon Çomaxtur kənd sakini İddiaçı 700 dollar pul vermişdir; - Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 1(109)- 18/2024 nömrəli hökmünün məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı mülki iddia qaldırmaq hüququ izah olunmuşdur; - Şərur Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli 2(110)-756/2024 nömrəli qərardadından görünür ki, Naxçıvan MR Ali Məhkəməsinin icraatında olan 1(108)-48/2024 saylı cinayət işi üzrə məhkəmənin qəbul edəcəyi müvafiq yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası üzrə 2(110)-756/2024 nömrəli mülki işin icraatı dayandırılmışdır; - Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(108)-48/2024 nömrəli Qərarının məzmunundan görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 1(109)- 18/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır; - Şərur Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 2(110)-756/2024 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki iş üzrə icraat təzələnmişdir; - xx.xx.2024-cü il tarixli, 13440 nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur rayon filialı vasitəsilə dövlət büdcəsinə 186 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh dələduzluq cinayəti törətdiyinə görə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 1(109)- 18/2024 nömrəli hökmünə əsasən o, Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı mülki iddia qaldırmaq hüququ izah olunmuşdur. Həmçinin Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(108)-48/2024 nömrəli Qərarının məzmunundan görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 1(109)-18/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığından hazırki iddia tələbi üzrə Cavabdeh tərəfindən ona vurulmuş 18800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları pul alınıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasınin Mülki Məcəlləsinin: - 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.1-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehin dələduzluq etməsi nəticəsində iddiaçıya maddi zərər vurması Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 1(109)-18/2024 nömrəli qanuni qüvvəyə minmiş hökmü və Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(108)-48/2024 nömrəli Qərar ilə müəyyən edilmişdir və həmin hökm və qərar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən ona ziyan vurulmasını sübut etmişdir. Bеləliklə də, məhkəmə işin məhkəmə iclаsındа tədqiq еdilən hаllаrını qiymətləndirərək və qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə аlаrаq bеlə nəticəyə gəlir ki, iddia təmin edilərək Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olan Cavabdeh 18800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla alınaraq Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olan İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 186 (bir yüz səksən altı) manatı dövlət rüsumunun əvəzidə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olan Cavabdeh 18800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla alınaraq Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olan İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 186.0 (bir yüz səksən altı) manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar