Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şərur şəhəri İş № 2(110)-760/2025 21.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Zeynalov İlkin Cəlal oğlu Tələbkar Borclu aliment tələbinə dair məhkəmə əmrinin verilməsi ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Tələbkar Borclu qarşı aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onların birgə nikahından xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borcludan onun xeyrinə aliment tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş ərizədən görünür ki, tərəflər nikahda olsalar da, faktiki olaraq ayrı yaşayırlar. Uşağın atası ailəsinin tələbatını ödəməkdə laqeyidlik göstərir, tələbkar isə uşağı ilə birlikdə yaşayır və onların saxlanmasında maddi çətinlik çəkir. Şərur rayon Püsyan kənd İƏDN tərəfindən verilmiş arayışdan görünür ki, Tələbkar Şərur rayon Püsyan kəndində qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş Naxçıvan “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İİ №516244 seriyalı nikah şəhadətnaməsinin surətindən görünür ki, tərəflər arasında 21.2.2024-cü il tarixdə 51 № li akt qeydi ilə nikah bağlanmışdır. Ərizəyə əlavə edilmiş Naxçıvan “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-V №218247 seriyalı görünür doğum şəhadətnaməsinin surətindən görünür ki, tərəflər 2.01.2025-ci il tarixdə doğulmuş X1 valideyinləridir. İş materiallarına əlavə edilmiş Naxçıvan mediasiya təşkilatının arayışından görsənir ki, Borclu mediyasiya sessiyasında iştirak etmədiyindən tərərflər aylıq əməkhaqqına və digər gəlirlərinə uyğun aliment tələbi barədə razılığa gələ bilməmişlər. Məhkəmənin əsaslandırması Ərizəyə əlavə olunmuş sənədlərə əsasən tələb aşkar olduğundan və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığından məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə görə tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə həmin tələb üzrə məhkəmə əmri verilə bilər. Mülki Prosessual Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndində göstərilir ki, Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və onlar uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün, onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinin tələbinə görə Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsində qeyd olunur ki, Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə əmrinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumu Borclu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.2025-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Babək rayon Vayxır kəndində qeydiyyatda duran Borclu hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment xx.xx.2025-ci il tarixdən hesablanaraq Şərur rayon Püsyan kəndində qeydiyyatda duran Tələbkar ödənilsin. Məhkəmə əmrinin veriməsi üçün müəyyən edilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə köçürülsün. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №2(110)-760/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(110)-760/2025
21.06.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver