Məhkəmə qərarları › İş №2(110)-762/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-762/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-762/2021 01.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 25.06.2019-cu il tarixli RK6 nömrəli Kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6479.10 (altı min dörd yüz yetmiş doqquz manat on qəpik) manat əsas, 100.43 (bir yüz manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 6579.53 (altı min beş yüz yetmiş doqquz manat əlli üç qəpik) manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh1 oğlu arasında bağlanmış 25.06.2019-cu il tarixli RK6 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 oğluna 60 ay müddətinə illik 24% dərəcəsi ilə hesablanmaqla, 6250 (altı min iki yüz əlli) manat məbləğində kredit verildiyini, öhdəəliyin icrasının təmin edilməsi məqsədilə bankın Cavabdeh2 ilə 25.06.2019-cu il tarixli, RZ6 nömrəli zaminlik müqaviləsi bağladığını, müqavilənin şərtlərinə əsasən kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürdüyünü, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalanın müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğunu, lakin cavabdehin müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəmədiyini, Cavabdeh1 borcunun 6479,10 (altı min dörd yüz yetmiş doqquz manat on qəpik) manat əsas, 100,43 (bir yüz manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 6579,53 (altı min beş yüz yetmiş doqquz manat əlli üç qəpik) manat təşkil etdiyini bildirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 25.06.2019-cu il tarixli RK6 nömrəli Kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6479,10 (altı min dörd yüz yetmiş doqquz manat on qəpik) manat əsas, 100,43 (bir yüz manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 6579,53 (altı min beş yüz yetmiş doqquz manat əlli üç qəpik) manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi 30.11.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində məhkəmənin icraatında olan iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" tələbi barədə 2(110)-762/2021 saylı mülki iş üzrə təyin olunmuş məhkəmə baxışı iclaslarını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185 və 259 maddələrinə əsasən iştirakları olmadan keçirilməsini və qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq оnlar, məhkəmə baxışı iclaslarına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 02.11.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda 05.11.2021ci ildə saat 10:30-da keçrilən məhkəmə iclasında Bakıda olduğuna görə iştirak edə bilmədiyini, Banka olan borcunu isə hissə-hissə ödəyəcəyinə söz verdiyini qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, ”Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında 25.06.2019-cu il tarixdə RK6 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1-ci maddəsinə əsasən Borc verən Borc alana 5 (beş) il müddətinə (25.06.2024-cü il tarixədək) 6486.51 (altı min dörd yüz səksən altı manat əlli bir qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 1 (bir) faiz ödəmək şərti ilə kredit verməyi, Borc alan isə müqaviləydə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən kteditin təyinatı 10-FEB-16 tarixli 138-10.02.2016 saylı kredit/ kredit xətti müqaviləsi üzrə qalıq borc məbləğinin ödənilməsidir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən kreditin verildiyi müddtin ilk 1(bir) illik dövrü Borc alana güzəşt güzəşt müdddəti müəyyən edilir və bu müddət ərzində əsas borcun qaytarılması ilə bağlı hər hansı bir ödəniş həyata keçirilmir. Qeyd edilən müddəğt ərzində yalnız faktiki istifadə edilmiş kredit məbləğinə hesablanan faizlər kredit üzrə borcun yarandığı aydan hesablanmaqla hər ayın 25-dən gec olmayaraq Borc alan tərəfindən Borc verənə ödənilir. Güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlamaqla kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu Müqaviləyə 1 nömrəli əlavədə əks olunan Annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. İş materiallarına əlavə olunmuş Zaminlik müqaviləsindən görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh2 arasında 25.06.2019-cu il tarixli RZ6 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq Zamin 1.2-ci bənddə qeyd olunmuş Kredit müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh1 Sədrəddin oğlu ilə Bank arasında bağlanmış 25.06.2019-cu il tarixli RK6 saylı Kredit müqaviləsindən irəli gələn pul tələbləridir. İş materiallarına əlavə olunmuş 30.11.2021-ci il tarixli 25.06.2019-30.11.2021-ci illəri əhatə edən Hesabdan Çıxarışdan görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Cavabdeh1 oğluna 6486.51 manat məbləğində kredit verilməsi təmin edilmiş və Cavabdeh1 tərəfindən bankda adına açılmış həmin hesab vasitəsi ilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 17.08.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 17.08.2021-ci il tarixə Cavabdeh1 Banka əsas borc üzrə 6479.10 (altı min dörd yüz yetmiş doqquz manat on qəpik) manat, faiz borcu üzrə 100.43 (bir yüz manat qırx üç qəpik) manat olmaqla, cəmi 6579.53 (altı min beş yüz yetmiş doqquz manat əlli üç qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 25.06.2019-cu il tarixli RK6 nömrəli Kredit Müqaviləyə Əlavə 1-ə (ödəniş cədvəlinə) əsasən, ”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Cavabdeh1 oğluna illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 6486.51 məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 25.07.2019 – 25.06.2020 tarixləri ərzində 1 il güzəşt müddəti tətbiq olunmaqla 25.07.2020-25.05.2024 tarixləri ərzində ayda 137.92 manat, 25.06.2024 tarixində isə 137.59 manat olmaqla, cəmi 6684.70 manat pulu ”Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 17.08.2021-ci il tarixli, ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən Dövlət büdcəsinin AZ21NABZ******************** nömrəli xəzinə hesabına məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 26.07.2021-ci il tarixli, 22-9177/2021 saylı bildirişindən və poçt göndərişinin verilməsi haqqında xəbərdarlıq məktubunun məzmunundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh ünvanda yaşamadığından məktubun ona çatdırılması mümkün olmamış və bu barədə müvafiq akt tərtib edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.06.2019-cu il tarixli RK6 nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən Borc alanın 10-FEB-16 tarixli 138-10.02.2016 saylı kredit/ kredit xətti müqaviləsi üzrə qalıq borc məbləğinin ödənilməsi məqsədi ilə şəxsi istehlak məqsədilə cavabdehə 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 6486.51 (altı min dörd yüz səksən altı manat əlli bir qəpik) manat məbləğində kredit verilmişdir. Borcalan isə götürdüyü krediti faizləri ilə birlikdə 25.07.2019 - 25.06.2020 tarixləri ərzində 1 il güzəşt müddəti tətbiq olunmaqla 25.07.2020-25.05.2024 tarixləri ərzində ayda 137.92 manat, 25.06.2024 tarixində isə 137.59 manat olmaqla, cəmi 6684.70 manat məbləğində pulu ”Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank qarşısında məsuliyyət daşıyararaq Banka 6479.10 (altı min dörd yüz yetmiş doqquz manat on qəpik) manat əsas, 100.43 (bir yüz manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 6579.53 (altı min beş yüz yetmiş doqquz manat əlli üç qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Həmçinin Cavabdeh2 "xxxx" ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan” və zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış Kredit müqaviləsinin şərtlərinə əməl etməməklə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən bank borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Cavabdeh2 “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan”in bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməklə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.06.2019-cu il tarixli RK6 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6479.10 (altı min dörd yüz yetmiş doqquz manat on qəpik) manat əsas borc, 100.43 (bir yüz manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 6579.53 (altı min beş yüz yetmiş doqquz manat əlli üç qəpik) manat məbləğində pul tutularaq ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən tələb edilmiş iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 25.06.2019-cu il tarixdə RK6 nömrəli Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6479.10 (altı min dörd yüz yetmiş doqquz manat on qəpik) manat əsas borc, 100.43 (bir yüz manat qırx üç qəpik) manat faiz borcu, cəmi 6579.53 (altı min beş yüz yetmiş doqquz manat əlli üç qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 (qırx) manat bank xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 6609.93 (altı min altı yüz doqquz manat doxsan üç qəpik) manat pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar