Məhkəmə qərarları › İş №2(110)-763/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-763/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-763/2021 26.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə tələbinə dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “Yelo Bank“ ASC-nin xeyrinə 16 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 1116 AZN əsas borc, 210.5 AZN faiz borcu və 86.03 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1412.8 AZN borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh 16 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend“ Bank olmayan Kredit təşkilatından illik 39 faizlə 18 ay müddətinə 1116 manat kredit götürdüyünü, "xxxx" Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 1153 №li 10 may 2018-ci il tarixli 004 №li müqaviləyə 19 mart 2021-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə ”FİNtrend“ Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququnun "xxxx" İKB ASC-yə ötürüldüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçdığını, 2021-ci il sentyabrın 10-dək Cavabdeh banka 16 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 1116 AZN əsas borc, 210.5 AZN faiz borcu və 86.3 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1412.8 AZN borcu olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçdığını qeyd edərək, Cavabdeh “Yelo Bank“ ASC-nin xeyrinə 16 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 1116 AZN əsas borc, 210.5 AZN faiz borcu və 86.03 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1412.8 AZN borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 16 mart 2021-ci il tarixli, 15-0***-******* saylı Kredit müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" Bank olmayan Kredit Təşkilatı QSC arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Kreditor Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faiz ödənilmək və təminatlılıq əsasında Bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş kredit verməyi, Borcalan isə müqavilədə nəzərdə tutulmuş müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməsi, həmin kredit və kreditə hesablanmış faizləri Kreditora ödənilməsini öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Borcalan bu Müqaviləni imzalamaqla razılaşır ki, kredit vəsaiti Kreditor tərəfindən Borcalanın əldə edəcəyi istehlak mallarının müqabilində həmin malların satışını həyata keçirən satıcının hesabına nağdsız qaydada köşürülməsi yolu ilə verilir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Kreditor Borcalana Bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş qaydada 1116 (bir min yüz on altı) manat məbləğində kredit verir. Kredit Müqaviləsinin 2.2, 2.3 və 2.4-cü maddələrinə əsasən "xxxx" Bank olmayan Kredit Təşkilatı QSC Cavabdeh istehlak məqsədi ilə 18 ay müddətinə illik 39 faiz dərəcəsi ilə hesablanan qeyd olunan krediti vermişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən Müqavilədə göstərilmiş qaydada Müştəri kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. İş materiallarına əlavə olunmuş 16 mart 2021-ci il tarixli 15-0***-******* saylı kredit müqaviləsinə 1 saylı əlavəyə görə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 05 % cərimə hesablanaraq tutulacaqdır. İş materiallarına əlavə olunmuş 16 mart 2021-ci il tarixli 15-0***-******* saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" Bank olmayan Kredit Təşkilatı QSC tərəfindən Cavabdeh illik 39 faiz dərəcəsi ilə 18 ay müddətinə 1116 (bir min yüz on altı) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 16.04.2021 – 16.08.2022 tarixləri ərzində ayda 82.87 manat, 16.09.2022 tarixində isə 82.83 manat olmaqla, cəmi 1491.62 manat pulu “FİNtrend" Bank olmayan Kredit Təşkilatı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" Bank olmayan Kredit təşkilatı QSC ilə "xxxx" İKB ASC arasında bağlanmış Tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 004 №li müqavilənin surətindən görünür ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC Borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını "xxxx" İKB ASC-yə ötürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" Bank olmayan Kredit təşkilatı MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış Tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 004 №li müqavilə əsasında bağlanmış 1152 nömrəli Hüquqların ötürülməsi barədə Sazişə əsasən "xxxx" Bank olmayan Kredit təşkilatı MMC ilə borc alanlar arasında bağlanmış kredit təminat müqavilələrinə əsasən Borc alanlara qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını "xxxx" İKB ASC-yə ötürüldüyü üçün, borclu Cavabdeh ilə ”FİNtrend“ Bank olmayan Kredit təşkilatı MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ da "xxxx" İKB ASC-yə keçmişdir. İş materiallarında olan Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 22.11.2019-cu il tarixli Çıxarışından görünür ki, "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan Tələbetmə hüququnun ötürülməsi barədə Bildirişin surətindən görünür ki, 16 mart 2021-ci il tarixdə Tələbetmə hüququnun ötürülməsi barədə bildiriş Cavabdeh imza etdirilməklə verilmişdir. İş materiallarında olan 16 mart 2021-ci il tarixli 15-0***-*******-2 saylı ödəmə tapşırığının surətindən görünür ki, 16 mart 2021-ci il tarixdə Cavabdeh bank hesabına 1116 (bir min yüz on altı) manat köçürülmüşdür. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 10 sentyabr 2021-ci il tarixə Cavabdeh Banka 1116 AZN əsas borc, 210.5 AZN faiz borcu və 86.3 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1412.8 AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan ********* nömrəli 15 sentyabr 2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığından məktubun ona çatdırılması mümkün olmamışdır. Yuxarıda qeyd edilən sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, ”FİNtrend“ Bank olmayan Kredit təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2021-ci il tarixli 15-0***-******* saylı kredit müqaviləsi ilə Cavabdeh istehlak məqsədi ilə 18 ay müddətinə illik 39 faiz dərəcəsi ilə hesablanan 1116 (bir min yüz on altı) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 16.04.2021 – 16.08.2022 tarixləri ərzində ayda 82.87 manat, 16.09.2022 tarixində isə 82.83 manat olmaqla, cəmi 1491.62 manat pulu “FİNtrend" Bank olmayan Kredit Təşkilatı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. O da qeyd edilməlidir ki, "xxxx" Bank olmayan Kredit təşkilatı MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 933 №li 10 may 2018-ci il tarixli 004 №li Hüquqların ötürülməsi barədə sazişə əsasən "xxxx" Bank olmayan Kredit təşkilatı MMC ilə borc alanlar arasında bağlanmış kredit təminat müqavilələrinə əsasən Borc alanlara qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını "xxxx" İKB ASC-yə ötürüldüyü üçün, borclu Cavabdeh ilə ”FİNtrend“ Bank olmayan Kredit təşkilatı MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ da "xxxx" İKB ASC-yə keçmişdir. Eyni zamanda Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 22.11.2019-cu il tarixli Çıxarışından görünür ki, "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Ona görə də hal-hazırda tələbetmə hüququ Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; -741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşin faktiki hallarından və mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, cavabdeh Cavabdeh Kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış faiz borcunun və cərimə borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Beləliklə də, hesab edirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 1116 manat əsas borc, 210.5 manat faiz borcu və 86.3 manat cərimə olmaqla, ümumilikdə 1412.8 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. 16 mart 2021-ci il tarixli, 15-0***-******* saylı Kredit müqaviləsi üzrə Cavabdeh 1116 (bir min bir yüz on altı) manat əsas borc, 210.5 (iki yüz on manat əlli qəpik) manat faiz borcu və 86.3 (səksən altı manat otuz qəpik) manat cərimə olmaqla, cəmi 1412.8 (bir min dörd yüz on iki manat səksən qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1442.8 (bir min dörd yüz qırx iki manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar