Məhkəmə qərarları › İş №2(110)-771/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-771/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-771/2023 18.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılmasına yönəldilməsinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaç İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 3570.84 (üç min beş yüz yetmiş manat səksən dörd qəpik) manat, faiz borcu üzrə 38.98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat olmaqla, cəmi 3609.72 (üç min altı yüz doqquz manat yetmiş iki qəpik) manat məbləğində borcun, həmçinin ödənilmiş 56.10 (əlli altı manat on qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC araasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin İddiaçı QSC-yə keçirildiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlərin S-FK-223 saylı, 13 sentyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verildiyini, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən (və ya İH qərarına) Cavabdeh1 ilə İddiaçı QSC arasında 07 sentyabr 2020-ci il tarixli 1 №li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsi imzalandığını, müqaviləyə əsasən cavabdehə illik 1% olmaqla 60 ay müddətinə 4223.03 (dörd min iki yüz iyirmi üç manat üç qəpik) manat məbləğində qalıb kredit borcu restrukturizasiya edildiyini, kreditin vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 07 sentyabr 2020-ci il tarixli 1 №li zaminlik müqaviləsi bağlanıldığını, Cavabdeh2 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürdüyünü, cavabdehin iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirmədiyini, belə ki, cavabdehin iddiaçıya hazırda olan əsas borc üzrə 3570.84 (üç min beş yüz yetmiş manat səksən dörd qəpik) manat, faiz borcu üzrə 38.98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat olmaqla cəmi 3609.72 (üç min altı yüz doqquz manat yetmiş iki qəpik) manat təşkil etdiyini, iddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarıqlar edildiyini və qeyd olunan kredit müqviləsi üzrə əsas kreditdən istifadəyə görə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verildiyini və onların tez bir zamanda iddiaçıya ödənilməsi qarşı tərəfdən tələb olunduğunu, lakin qeyd olunan öhdəliyin bugünədək yerinə yetirilmədiyini qanunun qeyd edilən maddəsinə əsasən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 56.10 (əlli altı manat on qəpik) manat dövlət rüsumunun cavabdehə həvalə edilməli olduğunu hesab etdiklərini bildirmişdir. İddiaçı təşkilat İddiaçı QSC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı nümayənəsiməhkəmə baxışı iclasında iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda icraatınızda olan iddiaçı "xxxx" QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair 2(110)-771/2023 saylı mülki iş üzrə məhkəmə işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə prosesinə gələ bilmədikləri üçün mülki işə iddiaçının iştirakı olmadan baxaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya Müqaviləsi”ndən aydın olur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 07 sentyabr 2020-ci il tarixli 1 №li Kredit müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1-ci bəndinə əsasən bu müqavilə İddiaçı QSC-yə problemli borcu olan fiziki şəxslərin 2012-ci ilin yanvar ayının 1-dən 2019-cu ilin fevral ayının 28-dək aldıqları kreditlər üzrə yaranmış və ödənilməmiş vaxtı keçmiş kredit boclarının restrukturizasiya edilməsi barədə İddiaçı QSC İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar olaraq borclunun kreditora olan vaxtı keçmiş kredit borcunun restrukturizasiya edilməsi və həmin borcun ödənilməsinə aşağıda göstərilən şərtlər əsasında şərait yaradılması məqsədi ilə bağlanılır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər borclunun "xxxx" ASC ilə bağlanmış 25 fevral 2015-ci il tarixli 1088-xx.xx.2015-SUR56 saylı kredit müqaviləsinə əsasən aldığı və "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-dən kreditora ötürülmüş kredit borcu üzrə ödənilməmiş qalan vaxtı keçmiş 4223.03 (dörd min iki yüz iyirmi üç manat üç qəpik) manat əsas, 589.70 (beş yüz səksən doqquz manat yetmiş qəpik) manat faiz, cəmi 4812.73 (dörd min səkkiz yüz on iki manat yetmiş üç qəpik) manat borcun olmasını təsdiq edirlər. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Kreditor Borclunun bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4223.03 (dörd min iki yüz üç manat 03 qəpik) manat vaxtı keçmiş əsas kredit borcunun tərəflər arasında bu müqavilənin imzalandığı tarixdən 5 (beş) il müddətinədək uzadılmasını, bununla əlaqədar sözügedən kredit üzrə bundan əvvəl Borcluya hesablanmış və ödənilməmiş 589.70 (beş yüz səksən doqquz manat 70 qəpik) manat faiz borcunun onun şəxsi hesabındakı uçotdan çıxarılmasını təmin edir. Borclu isə müvafiq qaydada borca görə təminat təqdim etməklə 4223.03 (dörd min iki yüz üç manat 03 qəpik) manat əsas borcunu və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq Kreditora ödənilməsini öz öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə bu müqavilə üzrə müəyyən edilən öhdəliklərin təminatı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan zaminlik müqaviləsi ilə müəyyən olunur. İş materiallarında oln Zaminlik Müqavilənə əsasən İddiaçı QSC ilə Cavabdeh2 arasında 07 sentyabr 2020-ci il tarixli 1 №li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən kredit təşkilatı ilə Cavabdeh1 (bundan sonra “Borclu”) arasında bağlanmış 07 sentyabr 2020-ci il tarixli 1 saylı Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi (bundan sonra restrukturizasiya müqaviləsi) əsasında borclunun kredit təşkilatına ödəməli olan 4223.03 (dörd min iki yüz iyirmi üç manat üç qəpik) manat borcu ilə əlaqədar olaraq borclunun kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borclu ilə birlikdə kredit təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası: Kredit Təşkilatı ilə Borclu arasında 07 sentyabr 2020-ci il tarixdə bağlanmış 1 saylı restrukturizasiya müqaviləsidir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən təmin olunmuş müqavilənin predmeti: borclunun kreditora olan 4223.03 manat kredit borcu və ona hesablanan faizlərdir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin icrası müddəti: Borcalanın Kredit Təşkilatı qarşısında 07 sentyabr 2020-ci il tarixli 1 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirənədəkdir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən zamin kredit təşkilatı qarşısında borclunun 07 sentyabr 2020-ci il tarixli 1 saylı restrukturizasiya müqaviləsi üzrə kredit təşkilatına olan əsas borcu və ona hesablanmış faizləri məbləğində, həmçinin bu borcla əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbə pulu, məhkəmə xərcləri və s üzrə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş 1 saylı Güzəştli Kredit Müqaviləsinə Əlavəyə əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1 4223.03 (dörd min iki yüz iyirmi üç manat üç qəpik) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 1 il güzət müddətində - xx.xx.2020 – xx.xx.2021 –ci il tarixləri ərzində yalnız kredit faizlərini, xx.xx.2021 - xx.xx.2025-ci il tarixləri ərzində ayda 89.79 manat olmaqla, cəmi 4352.04 manat pulu “İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 07 sentyabr 2020-ci il tarixli 1 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 3570.84 (üç min beş yüz yetmiş manat səksən dörd qəpik) manat məbləğində əsas borcu, 38.98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 3609.72 (üç min altı yüz doqquz manat yetmiş iki qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 13 sentyabr 2017-ci il tarixli S-FK-223 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Aktın surətindən görünür ki, Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı Cavabdeh1 müvafiq sənədlərin İddiaçı QSC-yə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, “Aqrarkredit” QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 57 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" ASC tərəfindən problemli aktivlərin satın alınması ilə bağlı Cavabdeh1 müvafiq sənədləri İddiaçı QSC-yə təhvil verilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında 07 sentyabr 2020-ci il tarixli 1 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 4223.03 (dörd min iki yüz iyirmi üç manat üç qəpik) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 1 il güzət müddətində - xx.xx.2020 – xx.xx.2021 –ci il tarixləri ərzində yalnız kredit faizlərini, xx.xx.2021 xx.xx.2025-ci il tarixləri ərzində ayda 89.79 manat olmaqla, cəmi 4352.04 manat pulu İddiaçı QSCyə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 İddiaçı QSC ilə Zaminlik müqaviləsi bağlayaraq Borclunun restruktrizasiya müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə bu qənaətə gəlir ki, Borclu kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə restruktrizasiya müqaviləsi ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Kreditorun bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Kreditor qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. Həmçinin Borclu öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı Aqrarkredit” QSC Borclu və Zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən əsas borc üzrə 3570.84 (üç min beş yüz yetmiş manat səksən dörd qəpik) manat, faiz borcu üzrə 38.98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat olmaqla cəmi 3609.72 (üç min altı yüz doqquz manat yetmiş iki qəpik) manat məbləğində pulun alınmasını tələb etsədə, əsas və faiz borcunun cəmini hesablarkən iddia ərizəsində həmin borcların cəminin 3609.82 (üç min altı yüz doqquz manat səksən iki qəpik) manat olması müəyyən edilir. Məhkəmə bu halı texniki səhvlik kimi qiymətləndirərək, əsas və faiz borcunun cəmini 3570.84 (üç min beş yüz yetmiş manat səksən dörd qəpik) manat kimi oxunmalı olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; -741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit razılaşmalarının şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçının iddia tələbi borcunun tutulmasında tamamilə əsaslıdır. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Cavabdeh2 “Borclu”nun götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün Borclunun“ bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşıması barədə yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 restruktrizasiya müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zamin Cavabdeh2 da onunla birlikdə “Kreditor” qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Kredit alan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kredit verən” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyi və “Zaminlər” də kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün zaminlik müqaviləsi ilə “Kredit verən” qarşısında borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürdüklərindən, “Kredit verən” borcun alınması ilə bağlı “Kredit alan” və “Zamin”lərə qarşı birgə borclular kimi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 07 sentyabr 2020-ci il tarixli 1 saylı restruktrizasiya müqaviləsi üzrə 3570.84 (üç min beş yüz yetmiş manat səksən dörd qəpik) manat əsas borc, 38.98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 3609.82 (üç min altı yüz doqquz manat yetmiş iki qəpik) manat məbləğində borc pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 57 manat dövlət rüsumu ödəsədə, iddia tələbində cavabdehlərdən 56.10 (əlli altı manat on qəpik) manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etdiyindən, məhkəmə iddia tələbindən kənara çıxmayaraq bu qənaətə gəlir ki, dövlət rüsumu olaraq 56.10 (əlli altı manat on qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 07 sentyabr 2020-ci il tarixli Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya Müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3570.84 (üç min beş yüz yetmiş manat səksən dörd qəpik) manat əsas borc, 38.98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat faiz borcu, cəmi 3609.82 (üç min altı yüz doqquz manat səksən iki qəpik) manat borc və 56.10 (əlli altı manat on qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3665.92 (üç min altı yüz altmış beş manat doxsan iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar