Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-780/2022 22.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(110)-588/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq bir uşağa görə 193 manat olmaqla, iki uşağa görə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində cavabdeh ilə aralarında bağlanmış nikah qeydinin Şərur Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixdə ləğv edildiyini, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 onun yanında qalmasının müəyyən olunduğunu, Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(110)-588/2018 saylı qətnaməsi ilə Cavabdeh bir uşağa görə 100 manat olmaqla, iki uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin müəyyən olunduğunu, hal-hazırda övladlarının böyüdüyünü, Günelin artıq 13, Emilin isə 9 yaşı olduğunu, onların məktəbə getdiklərini, gündəlik tələbatlarının da yetərincə artdığını, cavabdehin müəyyən olunmuş alimenti vaxtı-vaxtında ödəmədiyini, ödədiyi alimentin miqdarının isə uşaqların gündəlik tələbatlarını ödəməyə yetmədiyini, cavabdehin aliment ödəməkdən başqa övladları ilə maraqlanmadığını, qayğı göstərmədiyini, özünün heç bir yerdə işləmədiyini, uşaqların bütün qayğısını özünün çəkdiyini, cavabdehin maddi vəziyyətinin yaxşı olduğunu, alimentin miqdarının artırılmasının cavabdehin maddi vəziyyətinə təsir etməyəcəyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq valideynləri ilə birlikdə atasının evində qaldığını, cavabdehin Rusiyada yaşadığını, cavabdehin valideynlərinin isə burada yaşadıqlarını, qaynanasının sosial müavinət aldığını, qaynatasının isə kamaz sürücüsü olduğunu, onların uşaqlarla əlaqə saxlamadıqlarını, uşaqları görmək istəmədiklərini, cavabdehin alimenti vaxtıvaxtında ödəmədiyi üçün aliment borcunun yarandığını, özünün işsiz olduğunu, məşğulluğa müraciət edərək qeydiyyatdan keçdiyini, uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkdiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilmiş məhkəmə bildirişini cavabdehin anası qəbul etmiş, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadəsi: Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində və verilən suallara cavabında İddiaçı aliment işi üzrə icra məmuru təyin olunduğunu, borclunun Rusiyada olduğunu, aliment borcunu vaxtında ödəmədiyi üçün 7100 manata yaxın aliment borcunun yarandığını, borclunun əmlakının müəyyən edilməsi üçün müvafiq qurumlara sorğu göndərdiyini, lakin adına heç bir əmlakın müəyyən edilmədiyini, onun barəsində axtarış elan olunduğunu, ölkədən çıxışına məhdudiyyət qoyulduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli çıxarışlardan görünür ki, tərəflər xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 valideynləridir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli AZ-İ № 176457 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx.xx.2018-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(110)- 588/2018 saylı qətnaməsindən görünür ki, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla hər ay Cavabdeh bir uşağa görə 100 manat olmaqla, iki uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 üçün İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Şərur şəhər İƏDN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 507 və 508 mömrəli arayışlardan görünür ki, X7 və X8 anası İddiaçın yanında yaşayır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, şahid ifadəsini və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X7 və xx.xx.2013-cü il tarixdə X8 doğulmuşdur. Tərəflər arasında faktiki ailə münasibətləri bitdiyindən ayrı yaşayırlar. Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən X7 və X1 aylıq cəmi 200 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni hər iki valideyn uşaqların saxlanılmasında iştirak etməlidir. Lakin, məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən X7 və X2 üçün bir uşağa görə 160 manat olmaqla, iki uşağa görə 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 55 (əlli beş) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(110)-588/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, iki uşağa görə 320 (üç yüz iyirmi) manat miqdarında aliment tutularaq anası ünvan 3 ünvanında yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 55 (əlli beş) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-780/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-780/2022
22.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver