Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-782/2021 01.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehdən xeyirlərinə 1011.40 manat əsas, 115.99 manat faiz və 5.32 manat cərimə olmaqla cəmi 1132.71 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 28.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% ödəmək şərtilə 1088 manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd edərək, cavabdehdən xeyirlərinə 1011.40 manat əsas, 115.99 manat faiz və 5.32 manat cərimə olmaqla cəmi 1132.71 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş 28.09.2020-ci il tarixli, 780nkSHEK/20 nömrəli Kredit və X1 aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" KB ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödəmək şərtilə 1088 (bir min səksən səkkiz) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir və ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür... Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı 06.03.2020-ci il tarixli 249SHEK/20 nömrəli müqaviləsinin bağlanması, məbləğ 97.57 AZN, 06.03.2020-ci il tarixli 177nkSHEK/20 nömrəli müqaviləsinin bağlanılması, məbləğ 990.18 AZN. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borclarının 06.03.2020-ci il tarixli 249SHEK/20 nömrəli, 06.03.2020-ci il tarixli 177nkSHEK/20 nömrəli müqvilə üzrə qalıq borcunun tam tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən askeptsiz qaydada silinir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nəğd qaydada hesabdan məxaric edilməsini istisna edir. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə kredit vəsaitinin borclunun cari hesabına köçürülməsi, borcun aktsepsiz silinməsi əməliyyatları bank hesablarında çıxarışla öz əksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan” kreditin kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 % miqdarında cərimə tətbiq edilir. Həmin Müqavilənin 3.7.- ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Borcalan” maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə, yaxud “Borcalan” tərəfindən verilən məlumatların və tətbiq etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, üçüncü şəxslər tərəfindən “Borcalan”ın bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi bağlandıqda, kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə Bank bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Borcalan”dan tələb edə bilər. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 23.01.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 29 sentyabr 2021-ci il tarixə Cavabdeh Banka 1011.4 (bir min on bir manat qırx qəpik) manat əsas borc, 115.99 (bir yüz on beş manat doxsan doqquz qəpik) manat məbləğində faiz borcu, cəmi 1132.71 (bir min yüz otuz iki manat,yetmiş bir doxsan səkkiz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 28.09.2020-ci il tarixli, 780nkSHEK/20 nömrəli Kredit və X3 1 saylı əlavədən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh illik 25 faiz dərəcəsi ilə 24 ay müddətinə 1088 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 28.10.2020 – 28.03.2021 tarixləri ərzində ayda 22.80 manat, 28.04.2021-28.08.2022-ci il tarixində isə 74.0 manat, 28.09.2021-ci il tarixdə isə 57.70 manat olmaqla, cəmi 1452.5 manat pulu "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, müqavilənin 1.4 və 1.5-ci bəndində qeyd olunduğu kimi Borclunun əvvəlki borclarının silinməsi müqabilində onun bank hesabına 1088 manat məbləğində pul köçürülmüş, eyni zamanda 28.09.2020 - 31.05.2021-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş 28.09.2021-ci il tarixli, ********* nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X4 vasitəsi ilə Dövlət büdcəsinin AZ21NABZ**********0000005944 saylı xəzinə hesabına 30 (otuz) manat rüsum ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdehna borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış 28.09.2020-ci il tarixli, 780nkSHEK/20 nömrəli Kredit və X2 1.1-ci bəndinə əsasən 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödəmək şərtilə 1088 (bir min yüz səksən səkkiz) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir və ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür. Kredit və X3 1 saylı əlavədən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh illik 25 faiz dərəcəsi ilə 24 ay müddətinə 1088 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 28.10.2020 – 28.03.2021 tarixləri ərzində ayda 22.80 manat, 28.04.2021-28.08.2022-ci il tarixində isə 74.0 manat, 28.09.2021-ci il tarixdə isə 57.70 manat olmaqla, cəmi 1452.5 manat pulu "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürsədə, lakin “Borcalan” müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun “Bank”a 1011.40 manat əsas borc və 115.99 manat məbləğində faiz borcu olmaqla, cəmi 1132.71 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 1011.40 (bir min on bir manat qırx qəpik) manat əsas borc, 115.99 (bir yüz on beş manat doxsan doqquz qəpik) manat faiz borcu və 5.32 (beş manat otuz iki qəpik) manat cərimə olmaqla, cəmi 1132.71 (bir min bir yüz otuz iki manat yetmiş bir qəpik) manat məbləğində pul tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən Cavabdeh alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 28.09.2020-ci il tarixli, 780nkSHEK/20 nömrəli Kredit və X5 üzrə 1011.40 (bir min on bir manat qırx qəpik) manat əsas borc, 115.99 (bir yüz on beş manat doxsan doqquz qəpik) manat faiz borcu və 5.32 (beş manat otuz iki qəpik) manat cərimə, cəmi 1132.71 (bir min bir yüz otuz iki manat yetmiş bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1162.71 (bir min bir yüz altmış iki manat, yetmiş bir qəpik) manat məbləğində pul tutularaq "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-782/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-782/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver