Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-786/2021 21.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə kiçik iddialara dair sadələşdirilmiş icraat haqda mülki işə üzrə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdim: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 269,49 manat əsas borc, 53,28 manat faiz borcu olmaqla, cəmi 322,77 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi üzrə məhkəmədə mülki iş başlanılmış və iddiaçının nümayəndəsi Yavər Novruzov 19.10.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində iddiaçı “X1” ASC-nin Cavabdeh qarşı iddia tələbində cavabdeh tərəfindən ödənişlər edildiyinə görə dəyişikliklər olduğunu, cavabdehin borcunu tam olaraq ödədiyini, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi Azərbaycan Respublikası MPM-nin 52 və 191-ci maddələrinə uyğundur. Həmçinin, iddiadan imtina başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də hazırki iddia tələbindən imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; - 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir; - 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; - 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlərdə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, iddiaçı bank tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı – Hökümət Ödəniş portalı vasitəsilə 24.09.2021ci il tarixli ********* №li qəbzlə dövlət büdcəsinə köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə kiçik iddialara dair sadələşdirilmiş icraat haqda mülki iş üzrə icraata xitam verilsin. İddiaçı bank tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı – Hökümət Ödəniş portalı vasitəsilə 24.09.2021-ci il tarixli ********* №li qəbzlə dövlət büdcəsinə köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-786/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-786/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver