Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-787/2024 23.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və çəkilmiş xərclərin ödənilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə ödədiyi 6000 (altı min) manatı və 5000 (beş min) manat əldən çıxmış fayda, ümumilikdə 11000 (on bir min) manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək məhkəmmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında iddianı qismən qəbul etdiyini, həmin torpağın bələdiyyə torpağı olmadığını, rəhmətlik atası X2 məxsus olduğunu, islahat zamanı həmin torpaq sahəsi artıq olduğu üçün ödənişli torpaq sahəsi kimi saxlanılaraq torpaq sahəsinin sənədlərinin onlara verilmədiyini, həmin torpağı 2025-ci ilin mart ayınadək Bələdiyyədən alaraq sənədləşdirərək İddiaçı Məmədəli qızına veriləcəklərini, çünki müraciət etsədə, ona 2024-cü ilin dekabr ayından sonra torpağın satışının həyata keçiriləcəyini, hələki bələdiyyə torpağının satılmadığını dediklərini, həmin torpaq sahəsinə görə İddiaçı anası Cavabdeh 6000 manat pul ödədiyini, həmin torpaq sahəsinin təqribən 1000 m2 olduğunu, 1500 m2 olmadığını, sənədləşdirəndə daha dəqiq biləcəklərini, həmin ölçüdə olan torpağı İddiaçı verəcəklərini, ona həmin torpaq sahəsinin ölçüsünün nə qədər olduğunu heç kimin demədiyini, sadəcə torpağı gördüyünü və almaq istədiyini anasına dediyini, anasınında həmin topağın pulunu aldığını, lakin kəndə gələndən sonra torpağın sənədlərini alaraq ona verəcəyini iddiaçıya dediyini qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində, Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı “əldən çıxmış faydanın və çəkilmiş xərclərin ödənilməsi tələbi barədə” iddia qaldırdığını, hal-hazırda iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndəi zahatında müşlki işin baxılmamış saxlanılmasına etirazının olmadığını və iddiaçının ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdehin məhkəmə baxışı iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 8272 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və çəkilmiş xərclərin ödənilməsi tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 8272 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-787/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-787/2024
23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver