Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-793/2025 07.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X6 Elmar oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi İddiaçının nümayəndələri X1 və X2, Cavabdeh iştirakı ilə İddiaçı X5 Nazirıiyinin “X4, Tədarük və Təchizat” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Şərur rayon Püsyan kənd sakini Cavabdeh 313,50 (üç yüz on üç manat, 50 qəpik) manat vəsait alınaraq Cəmiyyətin "xxxx" ASCnin Naxçıvan filialında olan hesabına ödənilməsi və eyni zamanda dövlət rüsumu üçün ödədiyi 30 (otuz ) manat vəsaitin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Şərur rayon Püsyan kənd sakini Cavabdeh 06 noyabr 2023-cü il tarixdə İddiaçınə (bundan sonra Cəmiyyət adlandırılacaq) Şərur rayon Püsyan kənd ərazisində dövlət mülkiyyətində olan 7,50 hektar torpaq sahəsi üçün tələb olunan 1650 kq buğda toxumunu müvafiq sənədlər əsasında güzəştli şərtlərlə (subsidiya formasında) verilməsinə köməklik göstərilməsinə dair yazılı ərizə ilə müraciət etdiyini, Şərur rayon Püsyan kənd sakini Cavabdeh 06 noyabr 2023-cü il tarixli müraciətinə baxılaraq 7,50 hektar sahədə buğda əkini aparılması üçün Cəmiyyətdən güzəştli şərtlər əsasında (subsidiya formasında) 1650,00 kq buğda toxumu verildiyini, Şərur Rayon İcra Hakimiyyəti tərəfindən X5 Nazirliyinə təqdim olunmuş siyahıya əsasən Şərur rayon Püsyan kənd sakini Cavabdeh cəmi 5,6 hektar sahədə buğda əkininin aparıldığı müəyyən olunduğunu, yuxarıda qeyd olunanları nəzərə alaraq “Şərur rayon Püsyan kənd sakini Cavabdeh əkin aparmadığı 1,9 hektar sahə üçün güzəştli şərtlər əsasında (subsidiya formasında) verilmiş 418 kq buğda toxumunun dəyəri olan 313,50 (üç yüz on üç manat, 50 qəpik) manat vəsaitin ödənilməsi üçün dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq ötən müddət ərzində qeyd olunan vəsait Cəmiyyətin "xxxx" ASC-nin Naxçıvan filialında olan hesabına ödənilməsi təmin edilmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə əməl edilmədən verildiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə nəzər salındıqdan görünür ki, iddiaçı ərizənin forma və məzmununa riayət etməmiş, tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsinin məzmununda göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə görə ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Plenum Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmçinin Mülki-Prosessual Məcəllənin 260.2-ci maddəsində qeyd olunmuşdur ki, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qanunvericiliyin bu tələbi ilə bağlı məhkəmə iddiaçının nəzərinə çatdırır ki, o, tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsinin məzmununa əlavə etməklə, təkrarən məhkəməyə iddia tələbi ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən, məhkəmə bununla bağlı belə nəticəyə gəlir ki, iddiaçı X5 Nazirıiyinin “X4, Tədarük və Təchizat” ASC tərəfindən "xxxx" ASC vasitəsilə xx.xx.2025-ci il tarixli KraqY1 nömrəli qəbzlə ödənilən 30 manat miqdarında dövlət ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı X5 Nazirıiyinin “X4, Tədarük və Təchizat” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 30 manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçılara izah edilsin ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-793/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-793/2025
07.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver