Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-794/2025 12.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X51 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi – Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı X20 Nazirliyinin “X19, Tədarük və Təhcizat” ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X20 Nazirliyinin “X19, Tədarük və TəhcizatASC-nin nümayəndəsi cavabdeh Şərur rayon Mahmudkənd kənd sakini Cavabdeh 280 (iki yüz səksən manat, 50 qəpik) manat vəsait alınaraq Cəmiyyətin "xxxx" ASCnin Naxçıvan filialında olan hesabına ödənilməsi və eyni zamanda dövlət rüsumu üçün ödənilən 30 (otuz) manat vəsaitin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X20 Nazirliyinin “X19, Tədarük və Təhcizat ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Şərur rayon Mahmudkənd kənd sakini Cavabdeh 20 noyabr 2023-cü il tarixdə, Şərur rayon Mahmudkənd kənd ərazisində icarəsində olan 1,7 hektar torpaq sahəsi üçün tələb olunan 374 kq buğda toxumunu müvafiq sənədlər əsasında güzəştli şərtlərlə (subsidiya formasında) verilməsinə köməklik göstərilməsi ilə bağlı İddiaçınə yazılı ərizə ilə müraciət etmişdir. Şərur rayon Mahmudkənd kənd sakini Cavabdeh 20 noyabr 2023-cü il tarixli müraciətinə baxılaraq 1,7 hektar sahədə buğda əkini aparılması üçün "X19, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətindən Cavabdeh güzəştli şərtlər əsasında (subsidiya formasında) 374 kq buğda toxumu verilmişdir. Şərur Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində taxıl əkini həyata keçirmiş fermerlər və əkin aparılan sahələr haqqında Naxçıvan MR X20 Nazirliyinə təqdim olunmuş siyahıda Şərur rayon Mahmudkənd kənd sakini Cavabdeh 1,7 hektar sahədə əkin aparması ilə bağlı adının olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Şərur rayon Mahmudkənd kənd sakini Cavabdeh 1,7 hektar sahə üçün güzəştli şərtlər əsasında (subsidiya formasında) verilmiş 374 kq buğda toxumunun dəyəri olan 280 (iki yüz səksən manat, 50 qəpik) manat vəsaitin ödənilməsi üçün dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq ötən müddət ərzində qeyd olunan vəsait Cəmiyyətin "xxxx" ASC-nin Naxçıvan filialında olan hesabına ödənilməsi təmin edilməmişdir. Keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı X20 Nazirliyinin “X19, Tədarük və TəhcizatASCnin nümayəndəsi Nümayəndə2 ərizədə qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehin tərəflərindən verilən toxum təyinatı üzrə əkilmədiyini, müvafiq icra hakimiyyəti orqanları tərəfindən onlara təqdim olunan siyahı ilə bu fakt sübut olunduğunu, həmin siyahını sübut kimi iş materiallarına əlavə etdiyini, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o həmin toxumu əkmiş lakin, ona 1.7 ha torpaq sahəsində əkin aparması üçün buğda verilmişdir, o isə 1.5 ha əraziyə əkmişdir. Kənd icra nümayəndəliyi monitorinq keçirib bu barədə arayışı iddiaçının ünvanına göndərmiş, nəticədə onun onlara 31 azn borcu olması məlum olmuş, bu barədə iddiaçı tərəfindən ona göndərilən məktubda bu fakt öz əksini tapmışdır. Telefon danışığı zamanı o bildirdib ki, ona verilməli olan 75 manat subsidiya pulu nə vaxt hesabına köçürülsə, o zaman qalıq 31 manat borcunu ödəyəcəyək. X20 Nazirliyinin “X19, Tədarük və Təhcizat” ASC-nin nümayəndəsi isə onu hədələyərək bildirib ki, 31 manatı ödəməsə pulun hamısının ödənilməsi üçün məhkəməyə müraciət edəcəklər. Sonradan onun ərazidə buğda əkini aparmadığı barədə siyahı tətib olunaraq iddiaçının ünvanına göndərilmişdir. X20 Nazirliyinin rəhbərliyi də monitorinq keçirmiş, onun 1.5 ha ərazidə əkin apardığı müəyyən olunmuşdur. X41 Mərkəzində də onun adı əkin aparmış şəxslərin siyahısına əlavə edilib. İş materiallarına olan və məhkəmə iclasında təqdqiq edilmiş: Cavabdeh tərfindən “X19, Tədarük və Təhcizat” ASC-nə ünvanlanmış ərizədən görünür ki, 2023cü il tarixdə Cavabdeh və ailəsinə məxsus əkin üçün nəzərdə tutulmuş 1.7 ha torpaq sahəsi üçün 374 kq buğda toxumunu almağa imkanı olmadığı üçün dövlət vəsaiti hesabına ayrılmış hissəsində güzəştli qiymətə verilməsində köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli X20 Nazirliyinin “X19, Tədarük və Təhcizat” ASC ilə Cavabdeh arasında imzalanmış alqı-satqı müqaviləsindən görünür ki, 1.7 ha sahədə əkmək məqsədi ilə Cavabdeh hər kiloqramı 0.75 manat olmaqla, ümumilikdə 280.50 manat dəyərində 374 kq buğda subsidiya formasında təhvil verilmişdir. Buğda toxumunun verilməsinə dair xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “X19, Tədarük və Təhcizat” ASC tərəfindən 374 kq toxumluq buğda Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, Cavabdeh 1.7 ha torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istahsalı ilə əlaqədar icarəyə götürmüşdür. Şərur rayon Mahmukənd kənd ərazi komissiyasının məlumatından görünür ki, Cavabdeh ümumilikdə 0.87 ha torpaq sahəsinə buğda əkmişdir. AA seriyalı və 089427 nömrəli qaimə-fakturadan məlum olur ki, “X19, Tədarük və Təhcizat” ASC 280.5 manat dəyərində 374 kq buğdanı Cavabdeh təhvil verimişdir. JN 937 nömrəli 10204028 kodlu torpaq mülkiyyəti hüququna dair dövlət aktından görünür ki, X22, X12, X5, X1, X11, X27, X13, X36 və Cavabdeh 23 oktyabr 1998-ci il tarixli 4 nömrəli Şərur rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.52 ha torpaq sahəsi verilmişdir. JN 968 nömrəli 10204028 kodlu torpaq mülkiyyəti hüququna dair dövlət aktından görünür ki, X23 və X6 23 oktyabr 1998-ci il tarixli 4 nömrəli Şərur rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.16 ha torpaq sahəsi verilmişdir. JN 947 nömrəli 10204028 kodlu torpaq mülkiyyəti hüququna dair dövlət aktından görünür ki, X14 23 oktyabr 1998-ci il tarixli 4 nömrəli Şərur rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.08 ha torpaq sahəsi verilmişdir. JN 945 nömrəli 10204028 kodlu torpaq mülkiyyəti hüququna dair dövlət aktından görünür ki, X15 23 oktyabr 1998-ci il tarixli 4 nömrəli Şərur rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.08 ha torpaq sahəsi verilmişdir. JN 939 nömrəli 10204028 kodlu torpaq mülkiyyəti hüququna dair dövlət aktından görünür ki, X7 23 oktyabr 1998-ci il tarixli 4 nömrəli Şərur rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.08 ha torpaq sahəsi verilmişdir. JN 964 nömrəli 10204028 kodlu torpaq mülkiyyəti hüququna dair dövlət aktından görünür ki, X16, X17, X9, X2 və X10 23 oktyabr 1998-ci il tarixli 4 nömrəli Şərur rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.08 ha torpaq sahəsi verilmişdir. JN 967 nömrəli 10204028 kodlu torpaq mülkiyyəti hüququna dair dövlət aktından görünür ki, X24 23 oktyabr 1998-ci il tarixli 4 nömrəli Şərur rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.08 ha torpaq sahəsi verilmişdir. JN 966 nömrəli 10204028 kodlu torpaq mülkiyyəti hüququna dair dövlət aktından görünür ki, X28 23 oktyabr 1998-ci il tarixli 4 nömrəli Şərur rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.08 ha torpaq sahəsi verilmişdir. JN 944 nömrəli 10204028 kodlu torpaq mülkiyyəti hüququna dair dövlət aktından görünür ki, X18 23 oktyabr 1998-ci il tarixli 4 nömrəli Şərur rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.08 ha torpaq sahəsi verilmişdir. JN 948 nömrəli 10204028 kodlu torpaq mülkiyyəti hüququna dair dövlət aktından görünür ki, X3 23 oktyabr 1998-ci il tarixli 4 nömrəli Şərur rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.08 ha torpaq sahəsi verilmişdir. JN 946 nömrəli 10204028 kodlu torpaq mülkiyyəti hüququna dair dövlət aktından görünür ki, X4 23 oktyabr 1998-ci il tarixli 4 nömrəli Şərur rayon Aqrar islahat komissiyasının qərarına əsasən 0.08 ha torpaq sahəsi verilmişdir. “X19, Tədarük və Təhcizat” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli müraciət əsasında 1.7 ha torpaq sahəsində əkin aparılması üçün 374 kq buğda toxumu verilmişdir, 1.51 hektar sahədə buğda əkini aparılmışdır və 0.19 ha sahə üçün subsidiya formasında verilmiş 41.80 kq buğdanın dəyəri olan 31.35 manat vəsaitin geri ödənilməsi tələb edilmişdir. Şərur Rayon İcra Hakimiyyətinin 03 noyabr 2025-ci il tarixli 5-28/2-1550/2025 nömrəli məktubundan görünür ki, Şərur Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli 2(110)-794/2025 nömrəli məktubuna cavab olaraq Şərur rayon Mahmukənd sakini Cavabdeh 2023-cü il əkin aparması ilə bağlı Şərur rayon Mahmukənd İ.Ə.D. üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış təqdim olunmuşdur və həmin arayışa əsasən əsasən Mahmukənd sakini Mahmudov X8 ərazisində 2023-cü ildə 1.51 ha buğda əkin aparmışdır. Məhkəmə verilən izahatları və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı olaraq iş materiallarına əlavə olunmmuş Cavabdeh 20 noyabr 2023-cü il tarixli ərizəsi əsasında 1.7 ha ərazidə əkin aparılması üçün 374 kq buğdanın iddiaçı tərəfindən ona verildiyi aydın olur. Bu iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qaiməfakturadan 1 kq-ı 0.75 manat olmaqla, ümumi dəyəri 280.50 manat olan 374 kq toxumluq buğdanın Cavabdeh verildyi müəyyən olunur. İşin mübahisəli halı isə konkret hansı kəmiyyətdə torpaq sahəsində əkinin aparılmasıdır. İş materiallarına əlavə olunmuş Şərur rayon Mahmukənd İ.Ə.D. üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Mahmukənd sakini Mahmudov X8 ərazisində 2023-cü ildə 1.51 ha buğda əkin apardığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” qaydalarının 1.2.1-ci bəndinə əsasənsubsidiya– dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir, 1.2.11-ci bəndinə görə isətoxumsubsidiyası– ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiyadır. Həmin qaydaların 5.5-ci bəndinə görə fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2–5.3-cü bəndlərinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Agentliyə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. Həmin qaydaların 6.1-1-ci bəndinə görə bu Qaydanın 5.1-ci bəndi ilə müəyyən edilmiş qaydada aparılan monitorinqlər nəticəsində fermerin EKTİS-ə bilərəkdən yanlış məlumatlar daxil etməklə subsidiya alması və ya hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməsi aşkar edildikdə, fermer qanunda nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunur. Həmçinin mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 328.6-ci maddəsinə əsasən əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır. 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsin əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). 598.1-ci maddəsin əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla Cavabdeh 31.35 (otuz bir manat, otuz beş qəpik) manat alınaraq iddiaçı X26 Nazirliyinin İddiaçı "xxxx" ASC-nin Naxçıvan filialında olan hesabına ödənilməlidir. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə iclaslarında tədqiq edilmiş iş üzrə iddiaçının özünün cavabdehə göndərdiyi xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunu, Şərur rayon İcra Hakimiyyətinin əkinin 1.51 ha sahədə aparılmasına dair məhkəmənin sorğusuna verdiyi arayışı və Mahmudkənd İƏDÜ nümayəndəsinin cavabdehin 1.51 ha sahədə əkin aparmasına dair verdiyi arayışları sübut kimi qiymətləndirib istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddiaçı iddia tələbində məhkəməyə müraciət etməsi məqsədi ilə ödədiyi 30 (otuz) manat dövlət rüsumunu tələb etdiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh – Şərur rayon Mahmudkənd sakini Cavabdeh əkin aparılmamış 0.19 hektar sahə üçün güzəştli şərtlər əsasında (subsidiya formasında) alınmış 41.80 kq buğda toxumunun dəyəri olan 31.35 (otuz bir manat, otuz beş qəpik) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat olmaqla, ümumilikdə 61.35 (altmış bir manat, otuz beş qəpik) manat pul tutularaq iddiaçı - X20 Nazirliyinin “X19, Tədarük və Təhcizat” ASC-nin "xxxx" ASC-nin Naxçıvan filialında olan hesabına ödənilsin.
3. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlkin Zeynalov