Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-795/2021 29.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılması tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 14.01.2021-ci il tarixli YSLMB-06950 saylı kredit müqaviləsi üzrə kreditə görə 1325.13 manat əsas, faiz borcuna görə 74.79 manat cərimə borcuna görə 275.66 manat olmaqla, borcun cəmi məbləği 1675.58 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, X3 məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, üzük-1 ədəd çəkisi-5.9 qr, əyarı-750; sep (1i qırıq) -2 ədəd, çəkisi-13.9 qr, əyarı-583; komp-1 ədəd çəkisi-7qr, əyarı-583; üzük (qırıq 1.q.d.)-2 ədəd çəkisi-11qr, əyarı-583; klon-1 ədəd çəkisi-4.8 qr, əyarı-583; cəmi 42.6 qr, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X2 14.01.2021-ci il tarixli YSLMB-06950 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 1675.58 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan qızılın 14.01.2021-ci il tarixli YSLMB-06950 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa cavabdeh X1 qalan borcun ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin idarə heyətinin sədri Aydın Hüseynovun 24.11.2021-ci il tarixdə ”Elektron Məhkəmə” informasiya sisteminə daxil olmuş ərizəsində məhkəmənin icraatında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə” əsasən e-2(110)-795/2021 saylı mülki işin olduğunu, cavabdehin YSLMB-06950 saylı, 14.01.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcunun tam ödədiyini, Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə istinadən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclası iş üzrə cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanması və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə baxışında iştirak etməməklə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçı bank tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə 27.09.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdeh X3 qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılması tələbinə dair” mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə 27.09.2021-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı ASC-nə izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-795/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-795/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver