Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-797/2021 05.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 23.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********46330 olan Samsung galaxy A10 markalı telefon və Samsung markalı qoruyucu üzlük üçün 296.1 (iki yüz doxsan altı manat, on qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29 (iyirmi doqquz) manat cərimə, 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********21020 olan Samsung galaxy A10 üçün 262.3 (iki yüz altmış iki manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə, 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26028 olan Samsung galaxy A10 markalı telefon üçün 288.6 (iki yüz səksən səkkiz manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə, 06.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********32860 olan Samsung galaxy A10 markalı telefon üçün 259 (iki yüz əlli doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə, 06.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********40767 olan Samsung galaxy A10 markalı telefon üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə, 08.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********62349 olan Samsung galaxy A10 markalı telefon üçün 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 (iyirmi üç) manat cərimə ümumilikdə 1737 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1767 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində, cavabdeh, iddiaçı "xxxx" MMC ilə 23.12.2019, 11.01.2020, 02.02.2020, 06.11.2019, 06.12.2019, 08.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodları, **********46330, **********21020, **********26028, **********32860, **********40767, **********62349 olan 6 ədəd Samsung galaxy A10 markalı telefonlar və Samsung markalı qoruyucu üzlük aldığını və nəticədə 1737 (min yeddi yüz otuz yeddi) manat, borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 23.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 386.1 (üç yüz səksən altı manat, on qəpik) manat (13 ay x 29.7 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********46330 olan Samsung galaxy A10 markalı telefon və Samsung markalı qoruyucu üzlük üçün ümumilikdə 325.1 (üç yüz iyirmi beş manat, on qəpik) olmaqla ondan 296.1 (iki yüz doxsan altı, manat on qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29 (iyirmi doqquz) manat cərimə miqdarında borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315.6 (üç yüz on beş manat, altmış qəpik) manat (12 ay x 26.3 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********21020 olan Samsung galaxy A10 üçün ümumilikdə 288.3 (iki yüz səksən səkkiz manat, otuz qəpik) manat olmaqla ondan 262.3 (iki yüz altmış iki manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə miqdarında borc yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315.6 (üç yüz on beş manat, altmış qəpik) manat (12 ay x 26.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********26028 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 316.6 (üç yüz on altı manat, altmış qəpik) manat olmaqla ondan, 288.6 (iki yüz səksən səkkiz manat, altmış qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə miqdarında borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 06.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 444 (dörd yüz qırx dörd) manat (12 ay x 37 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********32860 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 284 (iki yüz səksən dörd) manat olmaqla ondan, 259 (iki yüz əlli doqquz manat) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə miqdarında borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 06.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 336 (üç yüz otuz altı) manat (12 ay x 28 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********40767 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 277 (iki yüz yetmiş yeddi manat) manat olmaqla ondan, 252 (iki yüz əlli iki manat) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə miqdarında borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 08.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315 (üç yüz on beş manat) manat (12 ay x 26 manat + 3 manat ilkin ödəniş) İMEİ kodu **********62349 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 246 (iki yüz qırx altı) manat olmaqla ondan, 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 (iyirmi üç) manat cərimə miqdarında borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 531.3 manat təşkil etdiyini qeyd edərək, 23.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********46330 olan Samsung galaxy A10 markalı telefon və Samsung markalı qoruyucu üzlük üçün 296.1 (iki yüz doxsan altı manat, on qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29 (iyirmi doqquz) manat cərimə, 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********21020 olan Samsung galaxy A10 üçün 262.3 (iki yüz altmış iki manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə, 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26028 olan Samsung galaxy A10 markalı telefon üçün 288.6 (iki yüz səksən səkkiz manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə, 06.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********32860 olan Samsung galaxy A10 markalı telefon üçün 259 (iki yüz əlli doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə, 06.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********40767 olan Samsung galaxy A10 markalı telefon üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə, 08.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********62349 olan Samsung galaxy A10 markalı telefon üçün 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 (iyirmi üç) manat cərimə ümumilikdə 1737 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1767 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh(müştəri) arasında bağlanmış 06.11.2019-cu il tarixli 01032028 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- 2 il yeni qızıl zəmanətli, telefon qurashdırma xidmetli, İMEİ kodu **********32860 olan Samsung galaxy A10 model telefondur. Tərəflər arasında bağlanmış 06.11.2019-cu il tarixli 01032028 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 444 manat olan, Samsung galaxy A10 model telefon üçün ilkin ödəniş ödəmədən, 12 ay müddətinə ayda 37 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 06.11.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Ağayev X2 galaxy A10 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 06.12.2019-cu il tarixli 01102780 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri olan əşya- telefon qurashdırma xidmetli, İMEİ kodu **********40767 olan Samsung galaxy A10 model mobil telefondur. Tərəflər arasında bağlanmış 06.12.2019-cu il tarixli 01102780 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 336 manat olan - telefon qurashdırma xidmetli Samsung galaxy A10 model telefon üçün ilkin ödəniş ödəmədən həmin məbləği 12 ay müddətinə ayda 28 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 06.12.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Ağayev X2 galaxy A10 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 08.12.2019-cu il tarixli 01108862 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- İMEİ kodu **********62349 olan Samsung galaxy A10 model mobil telefondur. Tərəflər arasında bağlanmış 08.12.2019-cu il tarixli 01108862 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 315 manat olan Samsung galaxy A10 model telefon üçün ilkin ödəniş olaraq 3 manat ödəyərək, qalan məbləği 12 ay müddətinə ayda 26 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 08.12.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Ağayev X2 galaxy A10 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 23.12.2019-cu il tarixli 01149620 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri olan əşya- 2 il yeni qızıl zəmanətli, telefon qurashdırma xidmetli, İMEİ kodu **********46330 olan Samsung galaxy A10 model telefon və X3 Samsung A10 Black markalı qoruyucu üzlükdür. Tərəflər arasında bağlanmış 23.12.2019-cu il tarixli 01149620 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 386.1 manat olan 2 il yeni qızıl zəmanətli, telefon qurashdırma xidmetli, İMEİ kodu **********46330 olan Samsung galaxy A10 markalı telefon və X3 Samsung A10 Black Samsung markalı qoruyucu üzlük üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 13 ay müddətinə, ayda 29.7 manat ödəməyi öhdəsinə götürüb. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 23.12.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Ağayev X2 galaxy A10 model telefon və X3 Samsung A10 Black Samsung markalı qoruyucu üzlüyü tam qüsursuz təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 11.01.2020-ci il tarixli 20029455 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- telefon qurashdırma xidmetli, İMEİ kodu **********21020 olan Samsung galaxy A10 model mobil telefondur. Tərəflər arasında bağlanmış 11.01.2020-ci il tarixli 20029455 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 315.6 manat olan telefon qurashdırma xidmetli Samsung galaxy A10 model telefon üçün ilkin ödəniş ödəmədən həmin məbləği 12 ay müddətinə ayda 26.3 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 11.01.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh oğlu Samsung galaxy A10 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 02.02.2020-ci il tarixli 20074752 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- İMEİ kodu **********26028 olan Samsung galaxy A10 model telefondur. Tərəflər arasında bağlanmış 02.02.2020-ci il tarixli 20074752 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 315.6 manat olan, Samsung galaxy A10 model telefon üçün ilkin ödəniş ödəmədən, həmin mələği 12 ay müddətinə ayda 26.3 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 02.02.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Ağayev X2 galaxy A10 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 20 sentyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin hər altı müqavilə üzrə cəmiyyətə olan borcu 1581 manat ödənilməmiş hissə, 156 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1737 manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, 16.07.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 20.01.2021-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qısa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.11.2019-cu il tarixli 01032028 saylı müqaviləyə əsasən qiyməti 444 manat olan, iMEİ Kodu **********32860 olan Samsung galaxy A10 model telefon üçün ilkin ödəniş ödəmədən, 12 ay müddətinə ayda 37 manat ödəməyi, 06.12.2019-cu il tarixli 01102780 saylı Müqaviləyə əsasən alıcı qiyməti 336 manat olan İMEİ kodu **********40767 olan Samsung galaxy A10 markalı telefon üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 12 ay müddətinə, ayda 28 manat ödəməyi, 08.12.2019-cu il tarixli 01108862 saylı Müqaviləyə əsasən alıcı qiyməti 315 manat olan İMEİ kodu **********62349 olan Samsung galaxy A10 markalı telefon üçün 3 manat ilkin ödəniş ödəməklə, qalan məbləği 12 ay müddətinə, ayda 26 manat ödəməyi, 23.12.2019-cu il tarixli 01149620 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 386.1 manat olan İMEİ kodu **********46330 olan Samsung galaxy A10 markalı telefon və X3 Samsung A10 Black Samsung markalı qoruyucu üzlük üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 13 ay müddətinə, ayda 29.7 manat ödəməyi, 11.01.2020-ci il tarixli 20029455 saylı Müqaviləyə əsasən isə qiyməti 315.6 manat olan İMEİ kodu **********21020 olan Samsung galaxy A10 model telefon üçün ilkin ödəniş ödəmədən həmin məbləği 12 ay müddətinə ayda 26.3 manat ödəməyi, 02.02.2020-ci il tarixli 20074752 saylı Müqaviləyə əsasən qiyməti 315.6 manat olan, İMEİ kodu **********26028 olan Samsung galaxy A10 model telefon üçün ilkin ödəniş ödəmədən 12 ay müddətinə ayda 26.3 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək altı müqavilə üzrə telefonlar və üzlük üçün cəmi 531.3 manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin altı müqavilə üzrə cəmiyyətə 1581 manat ödənilməmiş hissə, 156 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1737 manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 06.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********32860 olan Samsung galaxy A10 markalı telefon üçün 259 (iki yüz əlli doqquz) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, 06.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40767 olan Samsung galaxy A10 markalı telefon üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, 08.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********62349 olan Samsung galaxy A10 markalı telefon üçün 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, 23.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********46330 olan Samsung galaxy A10 markalı telefon və Samsung markalı qoruyucu üzlük üçün 296.1 (iki yüz doxsan altı manat, on qəpik) ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə, 11.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********21020 olan Samsung galaxy A10 üçün 262.3 (iki yüz altmış iki manat, otuz qəpik) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə, 02.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********26028 olan Samsung galaxy A10 markalı telefon üçün 288.6 (iki yüz səksən səkkiz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə olmaqla, ümumilikdə 1737.0 manat borc pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284- 5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 06.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********32860 olan Samsung galaxy A10 markalı telefon üçün 259 (iki yüz əlli doqquz) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, 06.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40767 olan Samsung galaxy A10 markalı telefon üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, 08.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********62349 olan Samsung galaxy A10 markalı telefon üçün 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə 23.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********46330 olan Samsung galaxy A10 markalı telefon və Samsung markalı qoruyucu üzlük üçün 296.1 (iki yüz doxsan altı manat, on qəpik) ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə, 11.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********21020 olan Samsung galaxy A10 üçün 262.3 (iki yüz altmış iki manat, otuz qəpik) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə, 02.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********26028 olan Samsung galaxy A10 markalı telefon üçün 288.6 (iki yüz səksən səkkiz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, cəmi 1737.0 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1767.0 manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-797/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-797/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver