Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-80/2023 01.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı “alimentin miqdarının artırılması digər xərclərdə iştirakı tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-725/2018 saylı qətnaməsi ilə bu nikahdan olan yetkinlik yaşına çatmayan övladları X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat, təhsil və əlavə xərclərin çəkilməsinə görə isə hər ay 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi, barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsində, Şərur rayon Kürkəndi kənd sakini Cavabdeh ilə 2004-cü il tarixdə ailə qurduğunu, onların bu nikahından bir övladları xx.xx.2005-ci il təvəllüdlü X2 doğulduğunu, Şərur rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-36/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə arasında bağlanmış nikahın pozulduğunu, bu nikahdan olan övladları xx.xx.2005-ci il təvəllüdlü X2 yaşayış yerinin onun yanında saxlanılmasının müəyyən edildiyini, Şərur rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-725/2018 saylı qətnaməsi ilə hər ay 100 (bir yüz) manat miqdarında alimentin cavabdehdən tutularaq xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlaılması üçün onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, Cavabdeh aliment ödəməkdən başqa uşaqla ümumiyyətlə maraqlanmadığını, başqa heç bir dəstək olmadığını, Çinarənin artıq böyüdüyünü, onun 17 yaşının olduğunu və onun gündəlik zəruri tələbatının artdığını, əlavə olaraq övladları Çinarə Mehdiyevanın Bakı şəhərində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecində “Mühasibat uçotu” ixtisasında ödənişli əsaslarla təhsil aldığını, Kollecin illik ödənişinin 700 (yeddi yüz) manat oldğunu, həmdə Bakı şəhərində 250 (iki yüz əlli) manata kirayədə qaldığını, cavabdehin ödədiyi alimentin miqdarı isə övladlarının gündəlik tələbatını ödəməyə belə ödəməyə yetmədiyini, onun özünün heç bir yerdə işləmədiyini, onların gündəlik tələbatlarını və Çinarənin təhsil xərclərinin ödənilməsinə valideynlərinin köməklik etdiyini, onun artıq onlara yük olmaq istəmədiyini, övladlarını təkbaşına böyütmək və onun həm gündəlik tələbatını həmdə təhsil xərclərini qarşılamağın tək qadın olaraq maddi cəhətdən onun üçün çox çətin olduğunu, ona görə də xx.xx.2019-cu il tarixli 2(110)-36/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmalı və “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müəyyən edilməli olduğunu, cavabdehin Çinarənin təhsil xərclərinə və digər xərclərin çəkilməsinə də köməklik etməli oldunu hesab etdiyini, aralarında olan ailə münasibətlərindən irəli gələn alimentin məbləğinin artırılmasına dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Şurasına müraciət etdiyini, lakin ilkin mediasiya sessiyasının yeri və vaxtı Cavabdeh bildirilsə də cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də mediasiya şurası tərəfindən mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixdə M-711/2022 saylı arayış verildiyini buna görə də Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinin artırılması və digər xərclərdə iştirakına cəlb edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli AZ-İ № 401638 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 01 avqust 2022-ci il tarixdə rəsmi nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında həmin tarixdə 51 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “İmanova” soyadı verilmişdir. - Şərur rayon Kürkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 03 oktyabr 2005-ci il tarixli, AZ İ 624595 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2005-ci il təvəllüdlü X2 valideyinləridir; - Şərur rayon Kürkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 12 sentyabr 2022-ci il tarixli, 78 nömrəli arayışdan görünür ki, X1 aşağıdakı tərkibdən ibarət ailə üzvləri var:
1. X6-xx.xx.2005. - Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-725/2018 saylı qətnaməsinin məzmunundan görünür ki, X1 Cavabdeh sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilməklə xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment pulu uşağın atası Cavabdeh alınaraq uşağın anası X3 ödənilməsi müəyyən edilmiş, iddia qalan hissədə rədd edilmişdir. - Şərur rayon Muğanlı kənd tam orta məktəbi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli, 18 nömrəli arayışdan görünür ki, X6 həqiqətən 2021/2022-ci ilində nın Şərur rayon Muğanlı kənd tam orta məktəbinin Xİ (on birinci) sinfini bitirib və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial- İqtisadi Kollecində “Mühasibat uçotu” fakültəsinə ödənişli əsaslarla qəbul olmuşdur. - Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kolleci tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli, TİM/15929/2022 nömrəli arayışdan görünür ki, X5 Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin orta ixtisas təhsili pilləsi üzrə Qiyabi şöbəsinin “Mühasibat uçotu” ixtisasının ödənişli əsaslarla təhsilin İ il 2288 saylı qrup tələbəsidir və üç illik təhsil müddətini xx.xx.2025-ci il tarixinədək itirməsi nəzərdə tutulur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-725/2018 saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı X5 yenidən məhkəməyə müraciət edərək, izahatında Cavabdeh ona ayda cəmi 100 (bir yüz) manat aliment ödədiyini, aliment ödəməkdən başqa uşağın digər xərcləri ilə maraqlanmadığını, aliment ödəməkdən başqa uşaqla ümumiyyətlə maraqlanmadığını, başqa heç bir dəstək olmadığını, Çinarənin artıq böyüdüyünü, onun 17 yaşının olduğunu və onun gündəlik zəruri tələbatının artdığını, əlavə olaraq övladları Çinarə Mehdiyevanın Bakı şəhərində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecində “Mühasibat uçotu” ixtisasında ödənişli əsaslarla təhsil aldığını, Kollecin illik ödənişinin 700 (yeddi yüz) manat oldğunu, həmdə Bakı şəhərində 250 (iki yüz əlli) manata kirayədə qaldığını, cavabdehin ödədiyi alimentin miqdarı isə övladlarının gündəlik tələbatını ödəməyə belə yetmədiyini və.s qeyd etməklə aliment məbləğinin artırılması, cavabdehin təhsil və əlavə xərclərin çəkilməsinə cəlb edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini, yetkinlik yaşlarına çatmayan uşağın mənafeyini və uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin artırılması hissəsində təmin olunaraq, Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-725/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X7 Məhkəməsi Plenumu qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini nəzərə alaraq qeyd edir ki, iddia tələbi alimentə dair hissədə əsaslıdır. Eyni zamanda məhkəmə iddia tələbinin təhsil və əlavə xərclərin çəkilməsinə görə isə hər ay 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən valideynlərdən birinin əlavə xərclərdə iştirakı məsələsi həll edilərkən ilk növbədə Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olubolmaması halı müəyyən edilməlidir. Lakin qanunun məzmunundan göründüyü kimi valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları konkret müəyyən olunmuşdur. Məhkəmə, iddia tələbinin təhsil və əlavə xərclərin çəkilməsinə görə isə hər ay 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin cavabdeh tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Həmçinin X7 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Beləliklə də, məhkəmə Konstitusiya Məhkəməsinin sözügedən qərarında təsbit olunmuş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddia tələbi təhsil və əlavə xərclərin çəkilməsinə görə Cavabdeh hər ay 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 93 manatdır ki, bu da il ərzində 1116 manat (93x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 31.16 (otuz bir manat on altı qəpik) manat (30+116x1%) məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-725/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 31.16 (otuz bir manat on altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Seymur Qarayev