Məhkəmə qərarları › İş №2(110)-800/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-800/2024

07.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-800/2024 07.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı şəhəri Probasiya İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Gülnar Şükürova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Şərur rayonu Püsyan kəndində qeydiyyatda olan və ünvan 2 küçəsi nömrəsiz evdə yaşayan xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh elektron nəzarət qurğusunun 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsaitin alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Bakı şəhəri Probasiya İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Gülnar Şükürova iddia ərizəsində bildirmişdir ki, Xəzər Rayon Məhkəməsinin 1(003)-65/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan azad edilmişdir.Məhkəmənin hökmünə əsasən onun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Bakı şəhəri ərazi hüdudlarını tərktməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur.Hökm və hökmün icrası barədə hakimin göstərişi icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Məhkum Cavabdeh xx.xx.2022ci tarixdə idarənin qeydiyyatına alınmış və ona “Attenti” markalı 1 ədəd elektron qolbaq onun ayağına bağlanılmış, 1 ədəd mobil nəzarət qurğusu, həmin qurğunun 1 ədəd enerji adapterindən ibarət elektron nəzarət vasitələri tətbiq edilmişdir. Eyni zamanda məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir.Məhkum tərəfindən zərər elektron nəzarət vasitəsinin dəyərinin könüllü şəkildə ödənilməsi ilə bağlı tərəfimizdən B. Qasımova müvafiq bildiriş göndərilmiş, lakin məhkum keçən müddət ərzində elektron nəzarət vasitəsinin dəyərini ödəməmişdir. Hazırki vaxtda Cavabdeh cəza müddəti bitdiyi üçün idarənin qeydiyyatından çıxarılmış, zərərin əvəzinin ödənilməsi ilə bağlı əlaqə yaradılmağa çalışılsa da, mümkün olmamışdır. “Attenti” markalı elektron nəzarət vasitələrini tədarük edən "xxxx"QSC- nin eletron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyindən görünür ki,Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinin mobil qurğusunun ana platada korriziya müşahidə olunur, təmiri mümkün deyil, tam yararsızdır. "xxxx"QSCnin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə göndərdiyi xx.xx.2021-ci il tarixli məktubunda məhkumlar tərəfindən onlara verilmiş elektron avadanlıqların itirilməsi və yararsız hallara salınması hallarında həmin vasitələrin dəst şəklində dəyərinin ödənilməsi müəyyən edilmişdir. Həmin nəzarət vasitələri dəstinin dəyəri 2247.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) (ƏDV daxil) təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığına görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsi tərəfindən Probasiya Xidmətinə verilmiş xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən yerli qurumlara təhvil verilmiş, istifadə zamanı zədələnmiş və ya digər üsulla yararsız vəziyyətə salınmış elektron nəzarət vasitələrinin dəyərinin məhkumlardan tutulmasını təmin etmək məqsədilə məhkəmələrdə iddia tələbləri üzrə təmsil etmək, o cümlədən iddia ərizəsini yazmaq və imzalamaq, iddia predmetini və ya əsasını dəyişdirmək, məhkəmələr tərəfindən çıxarılmış qərarlardan şikayət etmək, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən verilən xidməti tapşırıqların yerinə yetirilməsinə dair qanunla müəyyən edilmiş hərəkətlər etmək Probasiya Xidmətinin bütün yerli qurumlarının rəislərinə və icra məmurlarına etibar olunmuşdur. İddiaçınə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin Bakı şəhəri Probasiya İdarəsinin nümayəndəsi icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Gülnar Şükürova xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkum Cavabdeh Şərur Rayon Məhkəməsində mülki iddia ilə bağlı keçiriləcək məhkəmə iclaslarına iştirakları olmadan baxılçasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiacının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsində qeyd edilənləri və mülki iş materiallarında olan digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-65/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh yaşadığı ünvan 2 küçəsi nömrəsiz ev ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını hökm etmişdir. Hökmün icrasına nəzarət Cavabdeh yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmişdir; - Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, 1 ədəd 35631149 nömrəli ATTENTİ markalı elektron nəzarət vasitəsi Cavabdeh təhvil verilmişdir. - Bakı şəhəri Probasiya İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin məzmunundan görünür ki, elektron nəzarət vasitəsi düzgün istifadə edilməməsi və həmin vasitənin yararsız vəziyyətə salınması nəticəsində 2277.4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Elektron nəzarət vasitəsinə dəymiş ziyanın ödənilməsi cavabdehdən tələb olunmuş əks təqdirdə Azərbaycan Respublikasının MPM-nin 4-cü, 149 və 150-ci maddələrinə əsasən dəymiş ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyini bildirilmişdir; - xx.xx.2024-cü il tarixli elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlərin korroziyası müşahidə olunur, təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır; -"xxxx" QSC tərəfindn Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan məlum olur ki, 1 ədəd sadə elektron qolbağın, 1 ədəd mobil nəzarət qurğusunun, 1 ədəd elektrik adapterinin və 1 ədəd proqram lisenziyasının ƏDV ilə ümumilikdə dəyəri 2277.40 manat təşkil edir. Məhkəmə tədqiqatı baxışı zamanı müəyyən olunmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 1 ədəd 35631149 nömrəli ATTENTİ markalı elektron nəzarət vasitəsi Cavabdeh təhvil verilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə kobud ehtiyatsızlıq edərək mobil nəzarət qurğusunu zədələmiş və bununla maddi ziyan vurmuşdur. xx.xx.2024-cü il tarixli elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlərin korroziyası müşahidə olunur, təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. "xxxx" QSC tərəfindn Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, 1 ədəd sadə elektron qolbağın, 1 ədəd mobil nəzarət qurğusunun, 1 ədəd elektrik adapterinin və 1 ədəd proqram lisenziyasının ƏDV ilə birlikdə ümumilikdə dəyəri 2277.40 manat manat təşkil edir. Cavabdehə vurulmuş ziyanın ödənilməsi barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, elektron nəzarət qurğusunun dəyərinin ödənilməsi istiqamətində bu günə qədər heç bir ödəniş etmədiyindən, iddiaçı Bakı şəhəri Probasiya İdarəsi cavabdehdən elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 manat vəsaitin alınması barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: - 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir; - 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir; - 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, Elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən iddiaçı Şərur Rayon İcra və Probasiya Şöbəsi büdcədən maliyyələşən təşkilat olduğundan dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Lakin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki iddia tələbi 2277.40 manat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumu 42.47 (qırx iki manat qırx yeddi qəpik) manat manat təşkil edir. İddia təmin olunduğundan qanuna müvafiq olaraq ödənilməsi müəyyən olunmuş 42.47 (qırx iki manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir; - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. İddianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilməsi müəyyən olunmuş 42.47 (qırx iki manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. “ Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar