Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-81/2021 23.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəkəmə tərəflərə məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclaslarına heç bir üzrlü səbəb göstərmədən gəlmədiklərini, iş materiallarında olan iddiaçının nümayəndəsinin səlahiyyətlərini təsdiq edən etibarnamənin müddəti xx.xx.2020-ci il tarixədək qüvvədə olduğunu, məhkəmə bildirşini göndərilən vaxt etibarnamənin müddətini bitdiyinə dair xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçının nümayəndəsinin səlahiyyətlərini müəyyən edən yeni etibarnaməni məhkəməyə göndərmədən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə teleqram vurduqlarını, xx.xx.2021-ci il tarixdə teleqramı vuran şəxsin İsa Namazov olduğu müəyyən edildiyini, iş materiallarında isə İsa Namazova səlahiyyət verilməsinə dair heç bir sübut olmadığını, etibarnamə üzrə səlahiyyəti bitmiş nümayəndənin xx.xx.2021-ci il tarixdəki və iş üzrə səlahiyətli şəxs olması müəyyən edilməyən İsa Namazovun xx.xx.2021-ci il tarixdəki teleqramları nəzərə alınmadığından iddiaçının nümayəndəsinin məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməməsi kimi qiymərtləndirmişdir. Həmçinin məhkəmə X2 Nikoloz Şurqaianın iş üzrə xx.xx.2020-ci il tarixdə etibarnamə üzrə səlahiyyət müddəti bitmiş nümayəndəyə etibarnamədə nəzərdə tutulan səlahiyyətləri etibar etdiyini, lakin Kommersiya qurumların dövlət reyesteri məlumatları haqqında sorğu üzrə çıxarışdan İddiaçı ASC-nin qanuni təmsilçisinin X1 olduğunu, iş materiallarında isə Nikoloz Şurqaianın vəzifə və etibarnamə verməklə bağlı səlahiyyətlərini təsdiq edən heç bir sübutun əlavə edilmədiyini müəyyən etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada keçirilən məhkəmə baxışında yol verilir. Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Мülki-Prossesual Мəcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Мülki-Prossesual Мəcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə ərizəni baxılmamış saxlayarkən İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı ASC tərəfindən Hökümət Ödəniş Portalından xx.xx.2020-ci il il tarixli ödəniş qəbzinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankın AZ21NABZ******************** nömrəli hesaba ödədiyi 30 (otuz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən Hökümət Ödəniş Portalından xx.xx.2020-ci il il tarixli ödəniş qəbzinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankın AZ21NABZ******************** nömrəli hesaba ödədiyi 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-81/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-81/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver