Məhkəmə qərarları › İş №2(110)-814/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-814/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-814/2021 12.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********65800 olan Samsung Galaxy 50 markalı telefon üçün 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 14 (on dörd) manat cərimə, 12.07.2019-cu il tarixli müqaviləsinə İMEİ kodu **********59088 olan X2 7 markalı telefon üçün 267 (iki yüz altmış yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə, ümumilikdə 452 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdeh, "xxxx" MMC ilə 16.10.2019-cu il və 12.07.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********65800 olan Samsung Galaxy 50 markalı telefon və İMEİ kodu **********59088 olan X2 7 markalı telefon üçün 452 (dörd yüz əlli iki) manat borc yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 16.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 664 (altı yüz altmış dörd) manat (12 ay x 45 manat + 124 manat ilkin ödəniş) İMEİ kodu **********65800 olan Samsung Galaxy 50 markalı telefon üçün ümumilikdə 159 (yüz əlli doqquz) manat olmaqla ondan 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 14 (on dörd) manat cərimə; 12.07.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 624 (altı yüz iyirmi dörd) manat (16 ay x 39 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********59088 olan X2 7 markalı telefon üçün ümumilikdə 293 (iki yüz doxsan üç) manat olmaqla ondan 267 (iki yüz altmış yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə miqdarında borcu yarandığını, cavabdeh 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********65800 olan Samsung Galaxy 50 markalı telefonu 27.07.2020 tarixində imtina etdikdən sonra məhsul 350, 12.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********59088 olan X2 7 markalı telefonu 27.07.2020-ci il tarixində imtina etdikdən sonra məhsul 200 manat qiymətləndirilib borcundan silinərək geri qaytarıldığını, cavabdehin 16.10.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğin 169 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiyməti 350 manat ödənilməmiş hissə, güzəşt olunaraq 14 (on dörd) manat cərimə, 12.07.2019-cu il tarixli müqavilə üzrə isə cəmi ödədiyi məbləğin 157 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymətin 200 manat təşkil etdiyini qeyd edərək, 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********65800 olan Samsung Galaxy 50 markalı telefon üçün 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 14 (on dörd) manat cərimə, 12.07.2019-cu il tarixli müqaviləsinə İMEİ kodu **********59088 olan X2 7 markalı telefon üçün 267 (iki yüz altmış yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə, ümumilikdə 452 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 04 noyabr 2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 12.07.2019-cu il tarixli 00776652 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı) "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri olan əşya- İMEİ kodu **********59088 olan X2 7 4 GB/64 GB model mobil telefondur. Tərəflər arasında bağlanmış 12.07.2019-cu il tarixli 00776652 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 624 (altı yüz iyirmi dörd) manat olan telefon üçün ilkin ödəniş ödəmədən 16 ay müddətinə, ayda 39 (otuz doqquz) manat ödəməyi öhdəsinə götürüb. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 12.07.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ kodu **********59088 olan X2 7 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 16.10.2019-cu il tarixli 00985119 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal"ı) "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- telefon qurashdırma xidmetli İMEİ kodu **********65800 olan Samsung Galaxy A50 DS (SM-A505) model mobil telefondur. Tərəflər arasında bağlanmış 16.10.2019-cu il tarixli 00985119 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 664 (altı yüz altmış dörd) manat olan telefon üçün ilkin ödəniş olaraq 124 (bir yüz iyirmi dörd) manat ödəməklə, qalan məbləği 12 ay müddətinə, ayda 45 (qırx beş) manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 16.10.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh- İMEİ kodu **********65800 olan Samsung Galaxy A50 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 07.10.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu 412 manat ödənilməmiş hissə, 40 manat məbləğində cərimə olmaqla, ümumilikdə 452.0 manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, 08.10.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 01.05.2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.07.2019-cu il tarixli 00776652 saylı müqavilə ilə alıcı qiyməti 624 (altı yüz iyirmi dörd) manat, İMEİ kodu **********59088 olan X2 7 markalı telefon üçün ilkin ödəniş ödəmədən 16 (on altı) ay müddətinə, ayda 39 (otuz doqquz) manat ödəməyi, 16.10.2019-cu il tarixli 00985119 saylı müqavilə ilə isə alıcı qiyməti 664 (altı yüz altmış dörd) manat, İMEİ kodu **********65800 olan Samsung Galaxy A50 model telefon üçün ilkin ödəniş olaraq 124 (bir yüz iyirmi dörd) manat ödəməklə, qalan məbləği 12 (on iki) ay müddətinə, ayda 45 (qırx beş) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək cəmi 876 (səkkiz yüz yetmiş altı) manat ödəniş etmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyəcəyi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin iddiaçıya ümumilikdə 452.0 manat borcu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və Müştəri Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh Kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, cərimə borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Beləliklə də, hesab edirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh oğlundan 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********65800 olan Samsung Galaxy 50 markalı telefon üçün 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 12.07.2019-cu il tarixli müqaviləsinə İMEİ kodu **********59088 olan X2 7 markalı telefon üçün 267 (iki yüz altmış yeddi) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə olmaqla, ümumilikdə 452 manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 16.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********65800 olan Samsung Galaxy 50 markalı telefon üçün 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 12.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59088 olan X2 7 markalı telefon üçün 267 (iki yüz altmış yeddi) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə, cəmi 452.0 (dörd yüz əlli iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 482.0 (dörd yüz səksən iki) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar