Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-820/2023 11.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı alqı-satqı müqaviləsi üzrə 1980 (bir min doqquz yüz səksən) manat əsas borcun, 198 (bir yüz doxsan səkkiz) manat cərimənin və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən onun 2199 (iki min yüz doxsan doqquz) manat dəyərində olan «Samsung» markalı telefon aldığını, cavabdehin pulu hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü, telefonun işlək vəziyyətdə təhvil verildiyini, cavabdehin müqavilə üzrə 1980 manat borcu ödəməyərək öhdəliyin icrasından yayındığını, cavabdehə dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınıb iddiaçıya ziyan vurduğunu qeyd edərək Cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı alqı-satqı müqaviləsi üzrə 1980 (bir min doqquz yüz səksən) manat əsas borcun, 198 (bir yüz doxsan səkkiz) manat cərimənin və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun tutularaq Sky ElektroniksMMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmiş, iş materialında olan poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh bildirişi almişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş müqavilədən və digər sənədlərdən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı Müqaviləsinin 1.1, 2.2, 3.1 və 3.4-cü bəndlərinə əsasən, “Satıcı” Samsung markalı Galaxy S10 plus model telefonu 2199 (iki min bir yüz doxsan doqquz) manata “Alıcıya” verməyi, “Alıcı” isə onu qəbul edib onun qiymətini 12 ay müddətinə hissə-hissə “Satıcıya” ödəməyi öhdəsinə götürür. Həmin Müqaviləsinin 8.1 bəndlərinə əsasən “Alıcı” “Satıcıya” vaxtı keçmiş məbləğə hər gün üçün 0,01 % cərimə ödəyir. Həmin Müqavilənin 11.1 və 11.2-ci bəndlərinə əsasən müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələrin danışıq yolu ilə həll ediləcəyi, bu mümkün olmadıqda isə məhkəmə qaydasında həll olunacağı nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş alqı-satqı Müqaviləsinə əlavə olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə 2199 (iki min yüz doxsan doqquz) manat məbləğində Samsung markalı Galaxy S10 plus model telefon üçün 219 manat ilkin ödəniş edərək qalan 1980 manatı 12 ay müddətinə hər ay 165 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən hal-hazırda cavabdehin iddiaçıya 1980 (bir min doqquz yüz səksən) manat əsas borc və 198 (bir yüz doxsan səkkiz) manat cərimə borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli satılmış əşyanın təhvil verilməsi haqqında aktdan görünür ki, “Satıcı” - İddiaçı MMC qiyməti 2199 (iki min yüz doxsan doqquz) manat olan Samsung markalı Galaxy S10 plus model telefonu “Alıcı”- Cavabdeh qüsursuz təhvil vermişdir. İş materiallarına əlavə olunmuş Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra 3 (üç) gün müddətində borcunu ödəmədiyi təqdirdə müvafiq məhkəməyə müraciət olunacağı və şəkilmiş xərclərin onun tərəfindən ödəniləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş müqavilədən və digər sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı Müqaviləsinə əsasən alıcı Cavabdeh İddiaçı MMC-dən qiyməti 2199 (iki min yüz doxsan doqquz) manat olan Samsung markalı Galaxy S10 plus model telefon üçün 219 manat ilkin ödəniş edərək qalan 1980 manatı hər ay 165 manat olmaqla 12 (on altı) ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən borcun ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 198 (bir yüz doxsan səkkiz) manat cərimənin alınması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 198 (bir yüz doxsan səkkiz) manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 50 (əlli) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun 2.0 (iki) manatı iddiaçıya aid edilməli, 40 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Alıcı” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Satıcı” “Alıcı”ya qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 1980.0 (bir min doqquz yüz səksən) manat əsas borc, 50 (əlli) manat cərimə, cəmi 2030 (iki min otuz) manat borc və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun 40.0 manatı olmaqla, ümumilikdə 2070 (iki min yetmiş) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 1980 (bir min doqquz yüz səksən) manat əsas borc, 50 (əlli) manat cərimə, cəmi 2030 (iki min otuz) manat borc və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun 40.0 manatı olmaqla, ümumilikdə 2070 (iki min yetmiş) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-820/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-820/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver