Məhkəmə qərarları › İş №2(110)-824/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-824/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-824/2021 19.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 27.02.2020-ci il tarixli müqaviləsinə əsasən Nevresim Takımı üçün 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMAN markalı mini soba üçün 225.2 (iki yüz iyirmi beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMAN maralı paltaryuyan, Magic Power paltaryuyan maşın üçün vasitə, Magnum çarpayı, URETAN markalı döşək üçün 985.2 (doqquz yüz səksən beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat cərimə; 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən Xiaomi Redmi markalı qulaqlıq üçün 49.6 (qırx doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodları **********72327 və **********16928 olan HOFFMAN X Ultra markalı telefonlar üçün 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə 44 (qırx dörd) manat cərimə; 18.06.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd HOFFMAN markalı ventilyator üçün 194.4 (yüz doxsan dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə 19 (on doqquz) manat cərimə; 02.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12258 olan X8 9S markalı telefon üçün 661.6 (altı yüz altmış bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə, ümumilikdə 2919 manat borc və 49.19 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində cavabdeh, iddiaçı "xxxx" MMC ilə 27.02.2020, 14.03.2020, 27.12.2019, 27.12.2019, 30.09.2019, 18.06.2020 və 02.06.2020-ci il tarixli müqavilələrə əsasən Nevresim Takımı, HOFFMAN markalı mini soba, paltaryuyan, 2 ədəd ventilyator, Magic Power paltaryuyan maşın üçün vasitə, Magnum markalı çarpayı, URETAN markalı döşək, Xiaomi Redmi markalı qulaqlıq, İMEİ kodları **********72327 və **********16928 olan 2 ədəd HOFFMAN X Ultra və **********12258 olan X8 9S markalı telefonlar aldığını və nəticədə 2919 (iki min doqquz yüz on doqquz) manat borc yarandığını, cavabdeh müqavilənin şərtlərini pozduğunu və nəticədə 27.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı satqı qiyməti 132 (yüz otuz iki) manat (12 ay x 11 manat + 0 manat ilkin ödəniş) Nevresim Takımı üçün ümumilikdə, 109 (yüz doqquz) manat olmaqla ondan, 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozduğunu və nəticədə 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı satqı qiyməti 271.2 (iki yüz yetmiş bir manat iyirmi qəpik) manat (12 ay x 22.6 manat + 0 manat ilkin ödəniş) HOFFMAN markalı mini soba üçün ümumilikdə , 247.2 (iki yüz qırx yeddi manat, iyirmi qəpik) manat olmaqla ondan, 225.2 (iki yüz iyirmi beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozduğunu və nəticədə 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı satqı qiyməti 1267.2 (min iki yüz altmış yeddi manat, iyirmi qəpik) manat (18 ay x 70.4 manat + 0 manat ilkin ödəniş) HOFFMAN markalı paltaryuyan, Magic Power paltaryuyan maşın üçün vasitə, Magnum markalı çarpayı, URETAN markalı döşək üçün ümumilikdə 1093.2 (min səksən üç manat iyirmi qəpik) manat olmaqla ondan, 985.2 (doqquz yüz səksən beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat cərimə; cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı satqı qiyməti 75.6 (yetmiş beş manat, altmış qəpik) manat (12 ay x 6.3 manat + 0 manat ilkin ödəniş) Xiaomi Redmi markalı qulaqlıq üçün ümumilikdə, 54.6 (əlli dörd manat altmış qəpik) manat olmaqla ondan 49.6 (qırx doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı satqı qiyməti 722 (yeddi yüz iyirmi iki) manat (18 ay x 40 manat + 2 manat ilkin ödəniş) İMEİ kodları **********72327 və **********16928 olan HOFFMAN X Ultra markalı telefonlar üçün ümumilikdə, 484 (dörd yüz səksən dörd) manat olmaqla ondan 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə; cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 02.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı satqı qiyməti 711.6 ( yeddi yüz on bir manat, altmış qəpik) manat (12 ay x 59.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********12258 olan X8 9S markalı telefon üçün ümumilikdə, 727.6 (yeddi yüz iyirmi yeddi manat, altmış qəpik) manat olmaqla ondan 661.6 (altı yüz altmış bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə; cavabdehin cəmi ödədiyi məbləğin 719 manat təşkil etdiyini qeyd edərək, 27.02.2020-ci il tarixli müqaviləsinə əsasən Nevresim Takımı üçün 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMAN markalı mini soba üçün 225.2 (iki yüz iyirmi beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMAN maralı paltaryuyan, Magic Power paltaryuyan maşın üçün vasitə, Magnum çarpayı, URETAN markalı döşək üçün 985.2 (doqquz yüz səksən beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat cərimə; 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən Xiaomi Redmi markalı qulaqlıq üçün 49.6 (qırx doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodları **********72327 və **********16928 olan HOFFMAN X Ultra markalı telefonlar üçün 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə 44 (qırx dörd) manat cərimə; 18.06.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd HOFFMAN markalı ventilyator üçün 194.4 (yüz doxsan dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə 19 (on doqquz) manat cərimə; 02.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12258 olan X8 9S markalı telefon üçün 661.6 (altı yüz altmış bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə, ümumilikdə 2919 manat borc və 49.19 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 04 noyabr 2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh(müştəri) arasında bağlanmış 30.09.2019-cu il tarixli 00948135 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- 2 il X5, X1, İMEİ kodları **********72327 və **********16928 olan HOFFMAN X Ultra markalı telefonlardır. Tərəflər arasında bağlanmış 30.09.2019-cu il tarixli 00948135 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı cəmi qiymətləri 722 manat olan, HOFFMAN X Ultra markalı telefonlar üçün ilkin ödəniş olaraq 2 manat ödəməklə, qalan məbləği 18 ay müddətinə ayda 40 manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 30.09.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh HOFFMAN X Ultra model telefonları tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 27.12.2019-cu il tarixli 01163780 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri olan əşya- 4 il X6, HOFFMAN WFL-611W (ağ) markalı paltaryuyan, paltaryuyan maşının ilk işə salınması üçün vasitə olan Magic Power MP-843, Magnum model bazalı çarpayı, URETAN markalı döşəkdir. Tərəflər arasında bağlanmış 27.12.2019-cu il tarixli 01163780 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1267.2 manat olan - HOFFMAN WFL-611W (ağ) markalı paltaryuyan, paltaryuyan maşının ilk işə salınması üçün vasitə olan Magic Power MP-843, Magnum model bazalı çarpayı, URETAN markalı döşək üçün ilkin ödəniş ödəmədən həmin məbləği 18 ay müddətinə ayda 70.4 manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 27.12.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh HOFFMAN WFL-611W (ağ) markalı paltaryuyan, paltaryuyan maşının ilk işə salınması üçün vasitə olan Magic Power MP-843, Magnum model bazalı çarpayını, URETAN markalı döşəyi tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 27.12.2019-cu il tarixli 01163947 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- X7 Black BT 5,0 model qulaqlıqdır. Tərəflər arasında bağlanmış 27.12.2019-cu il tarixli 01163947 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 75.6 manat olan X7 Black BT 5,0 model qulaqlıq üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 12 ay müddətinə ayda 6.3 manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 27.12.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Əliyev X4 Redmi Airdots Black BT 5,0 model qulaqlığı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 27.02.2020-ci il tarixli 20131557 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- Nevresim takımıdır. Tərəflər arasında bağlanmış 27.02.2020-ci il tarixli 20131557 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 132 manat olan, Nevresim Takımı üçün ilkin ödəniş ödəmədən, həmin mələği 12 ay müddətinə ayda 11 manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 27.02.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Əliyev X2 Takımını tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 14.03.2020-ci il tarixli 20175897 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri olan əşya- 2 il X5, HOFFMAN M4570 markalı mini sobadır. Tərəflər arasında bağlanmış 14.03.2020-ci il tarixli 20175897 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 271.2 manat olan 2 il X5, HOFFMAN M4570 markalı mini soba üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 12 ay müddətinə, ayda 22.6 manat ödəməyi öhdəsinə götürüb. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 14.03.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh HOFFMAN M4570 markalı mini sobanı tam qüsursuz təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 02.06.2020-ci il tarixli 20325224 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya-2 il X5, telefon quraşdırma xidmetli, İMEİ kodu **********12258 olan X8 9S 4GB/64GB model mobil telefondur. Tərəflər arasında bağlanmış 02.06.2020-ci il tarixli 20325224 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 711.6 manat olan, X8 9S model telefon üçün ilkin ödəniş ödəmədən, həmin mələği 12 ay müddətinə ayda 59.3 manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 02.06.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Əliyev X4 Redmi Note 9S model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 18.06.2020-ci il tarixli 20359075 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- HOFFMAN DGT 130 W və HOFFMAN SMP 125 W markalı 2 ədəd ventilyatordur. Tərəflər arasında bağlanmış 18.06.2020-ci il tarixli 20359075 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 194.4 manat olan 2 ədəd HOFFMAN markalı ventilyator üçün ilkin ödəniş ödəmədən həmin məbləği 12 ay müddətinə ayda 16.2 manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 11.01.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh HOFFMAN markalı 2 ədəd ventilyatoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 20 sentyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin hər yeddi müqavilə üzrə cəmiyyətə olan borcu 2655 manat ödənilməmiş hissə, 264 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2919 manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, 01.10.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ********* nömrəli, 09.10.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 19.59 (on doqquz manat, əlli doqquz qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 11.12.2021-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qısa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.09.2019-cu il tarixli 00948135 saylı müqaviləyə əsasən qiyməti qiyməti 722 manat manat olan, İMEİ kodları **********72327 və **********16928 olan HOFFMAN X Ultra markalı telefonlar üçün ilkin ödəniş olaraq 2 manat ödəməklə, qalan məbləği 18 ay müddətinə ayda 40 manat ödəməyi, 27.12.2019-cu il tarixli 01163780 saylı Müqaviləyə əsasən alıcı qiyməti qiyməti 1267.2 manat olan - HOFFMAN WFL-611W (ağ) markalı paltaryuyan, paltaryuyan maşının ilk işə salınması üçün vasitə olan Magic Power MP-843, Magnum model bazalı çarpayı, URETAN markalı döşək üçün ilkin ödəniş ödəmədən həmin məbləği 18 ay müddətinə ayda 70.4 manat ödəməyi, 27.12.2019-cu il tarixli 01163947 saylı Müqaviləyə əsasən alıcı qiyməti 75.6 manat olan X7 Black BT 5,0 model qulaqlıq üçün ilkin ödəniş ödəmədən, qalan məbləği 12 ay müddətinə ayda 6.3 manat ödəməyi, 27.02.2020-ci il tarixli 20131557 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 132 manat olan, Nevresim Takımı üçün ilkin ödəniş ödəmədən, həmin mələği 12 ay müddətinə ayda 11 manat ödəməyi, 14.03.2020-ci il tarixli 20175897 saylı Müqaviləyə əsasən isə qiyməti 271.2 manat olan HOFFMAN M4570 markalı mini soba üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 12 ay müddətinə, ayda 22.6 manat ödəməyi, 02.06.2020-ci il tarixli 20325224 saylı Müqaviləyə əsasən qiyməti 711.6 manat olan, X8 9S model telefon üçün ilkin ödəniş ödəmədən, həmin mələği 12 ay müddətinə ayda 59.3 manat ödəməyi, 18.06.2020-ci il tarixli 20359075 saylı müqaviləyə əsasən qiyməti 194.4 manat olan 2 ədəd HOFFMAN markalı ventilyator üçün ilkin ödəniş ödəmədən həmin məbləği 12 ay müddətinə ayda 16.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək yeddi müqavilə üzrə telefonlar paltaryuyan, paltaryuyan maşının ilk işə salınması üçün vasitə, çarpayı, döşək, qulaqlıq, Nevresim takımı, mini soba, 2 ədəd ventilyator üçün cəmi 719 manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin yeddi müqavilə üzrə cəmiyyətə 2655 manat ödənilməmiş hissə, 264 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2919 manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodları **********72327 və **********16928 olan HOFFMAN X Ultra markalı telefonlar üçün 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə 44 (qırx dörd) manat cərimə; 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMAN maralı paltaryuyan, Magic Power paltaryuyan maşın üçün vasitə, Magnum çarpayı, URETAN markalı döşək üçün 985.2 (doqquz yüz səksən beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat cərimə; 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən Xiaomi Redmi markalı qulaqlıq üçün 49.6 (qırx doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; 27.02.2020-ci il tarixli müqaviləsinə əsasən Nevresim Takımı üçün 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMAN markalı mini soba üçün 225.2 (iki yüz iyirmi beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; 02.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12258 olan X8 9S markalı telefon üçün 661.6 (altı yüz altmış bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə 18.06.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd HOFFMAN markalı ventilyatorlar üçün 194.4 (yüz doxsan dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə 19 (on doqquz) manat cərimə olmaqla, ümumilikdə 2919 manat borc pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 49.19 (qırx doqquz manat on doqquz qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 30.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodları **********72327 və **********16928 olan HOFFMAN X Ultra markalı telefonlar üçün 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə 44 (qırx dörd) manat cərimə, 27.12.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMAN maralı paltaryuyan, Magic Power paltaryuyan maşın üçün vasitə, Magnum çarpayı, URETAN markalı döşək üçün 985.2 (doqquz yüz səksən beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat cərimə; 27.12.2019-cu il tarixli müqaviləyə əsasən Xiaomi Redmi markalı qulaqlıq üçün 49.6 (qırx doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 27.02.2020-ci il tarixli müqaviləyə əsasən Nevresim Takımı üçün 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 14.03.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMAN markalı mini soba üçün 225.2 (iki yüz iyirmi beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, 02.06.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********12258 olan X8 9S markalı telefon üçün 661.6 (altı yüz altmış bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə 18.06.2020-ci il tarixli müqaviləyə əsasən 2 ədəd HOFFMAN markalı ventilyator üçün 194.4 (yüz doxsan dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə 19 (on doqquz) manat cərimə, cəmi 2919 manat borc və 49.19 (qırx doqquz manat, on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2968.19 (iki min doqquz yüz altmış səkkiz manat on doqquz qəpik) məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar