Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-825/2023 01.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13074 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcuna görə 222 (iki yüz iyirmi iki) manat, hər ay üçün 10 (on) faiz olmaqla ödənilməmiş 7 ay üzrə 155.40 (bir yüz əlli beş manat qırx qəpik) manat və 13200 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcuna görə 482 (dörd yüz səksən iki) manat, hər ay üçün 10 (on) faiz olmaqla ödənilməmiş 5 ay üzrə 241 (iki yüz qırx bir) manat, 280 manat vəkil xərci, 20 (iyirmi) manat marka pulu və 35 (otuz beş) manat dövlət rüsumunun, ümumilikdə 1400.40 (bir min dörd yüz qırx manat qırx qəpik) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun İddiaçı Naxçıvan şəhəri, “Gənclik” adlanan ticarət məişət avadanlığı mağazası işlətdiyini, onunla Şərur rayonu, Xətai kəndində qeydiyyatda olan Cavabdeh arasında bağlanan 18 dekabr 2022-ci il tarixli 13074 nömrəli kredit müqaviləsi ilə 282 (iki yüz səksən iki) manat dəyərində bir ədəd səs gücləndirici (slutel) və 08 fevral 2023-cü il tarixli 13200 nömrəli kredit müqaviləsi ilə 620 (altı yüz iyirmi) manat dəyərində Redmi Note 11S telefonunu cavabdehə kreditə verdiyini, kredit müqvilələri üzrə iddiaçı ilə cavabdehin öz xətti ilə yazılaraq və öz imzası ilə imzası ilə yazılaraq bağlanmış 13074 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 282 (iki yüz səksən iki) manat, ilkin ödəniş məbləği 30 (otuz) manat, kreditin qalıq məbləği 252 (iki yüz əlli iki) manat olmaqla, 9 (doqquz) ay müddətində aylıq 28 (iyirmi səkkiz) manat və 13200 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 620 (altı yüz iyirmi) manat, ilkin ödəniş məbləği 138 (yüz otuz səkkiz) manat, kreditin qalıq məbləği 482 (dörd yüz səksən iki) manat olmaqla, 7 (yeddi) ay müddətində aylıq 68,85 (altmış sıkkiz manat səksən beş qəpik) manat olmaqla nağd və ya köçürmə yolu ilə iddiaçıya kredit borcunu qaytaracağını öhdəsinə götürdüyünü, Cavabdeh 13074 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödədiyini, İddiaçı ilkin ödəniş daxil olmaqla 282 (iki yüz səksən iki) manat kredit borcundan cəmi 60 ( altmış) manat və 13200 nömrəli kredit müqaviləsi üzrə isə 620 (altı yüz iyirmi) manat kredit borcundan cəmi 138 (yüz otuz səkkiz) manat pulu iddiaçıya qaytardığını, lakin cavabdehin kredit borcundan qalmış 13074 nömrəli kredit müqaviləsi üzrə 222 (iki yüz iyirmi iki) manat kredit borcun və 13200 nömrəli kredit müqviləsi üzrə isə 482 (dörd yüz səksən iki) manat kredit borcunu bugünədək iddiaçıya qaytarmadığını, cavabdehə bir neçə dəfə iddiaçıya borclu qaldığı pulu qaytarmalı olduğu bildirildiyini, və bu barədə ona yazılı pretenziya ərizəsi göndərildiyini, cavabdehin hər dəfəsində müxtəlif bəhanələrlə iddiaçıya ödəməli olduğu borcunu verməkdən boyun qaçırdığını, artıq bu səbəbdən iddiaçının məhkəməyə müraciət etmək qərarına gəldiyini, həmçinin o bildirir ki, cavabdeh ilə bağlanılmış 13074 və 13200 nömrəli kredit müqavilələrinin 3.7 bəndinə əsasən iddiaçı ilə aralarındakı razılığa əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün malın ödənilməmiş qalmış dəyərinin 10 (on) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürdüyünü, bu səbəbdən cavabdehin iddiaçıya 18 dekabr 2022-ci il tarixli 13074 nömrəli kredit müqaviləsi üzrə 222 (iki yüz iyirmi iki) manat 10 (on) ay ərzində ödəməli olduğu kredit borcunu borcunu bu günədək ödəmədiyinə görə qalmış olan 222 ( iki yüz iyirmi iki) manat dəyərinin 10 (on) faizi olmaqla, ödənilməmiş 8 ay üzrə 177.60 (yüz yetmiş yeddi manat altmış qəpik) manat pulu və 08 fevral 2023cü il tarixli 13200 nömrəli kredit müqaviləsi üzrə isə 482 (dörd yüz səksən iki) manat dəyərinin 10 (on) faizi olmaqla, ödənilməmiş 5 ay üzrə 241 (iki yüz qırx bir) manat pulun da ödənilməsini istədiyini, artıq iddiaçının pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli və tələb tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul tələbinin təmin edilməli olduğunu bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçının iddiaçının vəkili və nümayəndəsi izahatına və iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 18 dekabr 2022-ci il tarixli 13074 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərilərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, müqaviləyə əsasən satıcı əvvəlcədən razılaşdırılmış mebeli alıcıya satmağı, alıcı isə həmin malı alır müqavilədə nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Müqavilələrin 2-ci bəndinə əsasən alıcı aldığı malın ümumi dəyəri olan 282 manat pulun ilkin ödəniş olaraq 30 manat ödədikdən sonra, qalan 252 manat pulu 9 ay müddətinə hər ay 28 manat olmaqla nağd və ya köçürmə yolu ilə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilələrin 3.7-ci bəndinə əsasən alınmış mal üçün ödnilməli olan pul məbləğinin hər gecikdirilmiş ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyərinin 10 (on) faizi miqdarında kompensasiya (cərimə) ödənilir. Tərəflər arasında bağlanmış 08 fevral 2023-cü il tarixli 13200 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərilərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, müqaviləyə əsasən satıcı əvvəlcədən razılaşdırılmış Redmi Note 11 S markalı telefonu alıcıya satmağı, alıcı isə həmin malı alır müqavilədə nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Müqavilələrin 2-ci bəndinə əsasən alıcı aldığı malın ümumi dəyəri olan 620 manat pulun ilkin ödəniş olaraq 138 manat ödədikdən sonra, qalan 482 manat pulu 7 ay müddətinə hər ay 68.85 manat olmaqla nağd və ya köçürmə yolu ilə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilələrin 3.7-ci bəndinə əsasən alınmış mal üçün ödnilməli olan pul məbləğinin hər gecikdirilmiş ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyərinin 10 (on) faizi miqdarında kompensasiya (cərimə) ödənilir. İş materiallarına əlavə olunmuş 13200 nömrəli müqavilə üzrə xx.xx.2023 tarixli ödəniş çekindən görünür ki, cavabdeh tərəfindən 138 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş 13074 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş çeklərindən görünür ki, cavabdeh tərəfindən ümumilikdə 60 manat ödəniş edilmişdir İş materiallarına əlavə olunmuş 04/450 nömrəli xx.xx.2023-cü il tarixli Hüquqi yardım göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamışdır. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2023-cü il tarixdə 3885 saylı qəbzlə Naxçıvan MR Vəkillər Kollegiyasının **********31003635 saylı hesabına 280 (iki yüz səksən) manat müqavilə haqqı ödənilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2023-cü il tarixdə 28360 saylı qəbzlə Naxçıvan MR Vəkillər Kollegiyasının **********31003635 saylı hesabına 20 (iyirmi) manat marka pulu ödənilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2023-cü il tarixdə 17136 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2022-ci il tarixli 13074 nömrəli Kredit Müqaviləsinə əsasən Alıcı alqı-satqı qiyməti 282 manat olan Mebel üçün xx.xx.2022-ci il tarixdə 30 manat ilkin ödəniş ödəyəcəyi, qalan 252 manat məbləğində pulu 9 ay müddətinə ayda 28 manat olmaqla, 08 fevral 2023-cü il tarixli 13200 nömrəli Kredit Müqaviləsinə əsasən isə Alıcı alqı-satqı qiyməti 620 manat olan X3 11S model telefon üçün xx.xx.2023-cü il tarixdə 138 manat ilkin ödəniş ödəyərək, qalan 482 manat məbləğində pulu 7 ay müddətinə ayda 68.85 manat olmaqla Alıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əsasən ödənişlərdə gecikmələr aşkarlanarsa, hər gecikdirilən ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyərinin 10 (on) faizi miqdarında cərimə ödəməsi nəzərdə tutulmuşdur. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək 18 dekabr 2022-ci il tarixli 13074 nömrəli Kredit Müqaviləsi üzrə ümumilikdə 60 manat, 08 fevral 2023-cü il tarixli 13200 nömrəli Kredit Müqaviləsi üzrə isə 138 manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrin şərtlərinə müvafiq olaraq da, iddiaçı cavabdehə qarşı borcun alınaraq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qeyd edir ki, cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün halları üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin 18 dekabr 2022-ci il tarixli 13074 nömrəli müqavilə üzrə hesablanmış 155.40 manat dəbbə pulunun və 08 fevral 2023-cü il tarixli 13200 nömrəli müqavilə üzrə hesablanmış 241 manat dəbbə pulunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, məhkəmə 18 dekabr 2022-ci il tarixli 13074 nömrəli müqavilə üzrə hesablanmış 155.40 manat dəbbə pulunun və 08 fevral 2023-cü il tarixli 13200 nömrəli müqavilə üzrə hesablanmış 241 manat dəbbə pulunun məbləğinin əsas məbləğlərə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, 18 dekabr 2022-ci il tarixli 13074 nömrəli müqavilə üzrə tələb olunan dəbbə pulunun 16 (on altı) manat həcmində, 08 fevral 2023-cü il tarixli 13200 nömrəli müqavilə üzrə isə tələb olunan dəbbə pulunun 24 (iyirmi dörd) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Eyni zamanda məhkəmə iddiaçı pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə vəkilə ödənilmiş xərcin cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı bildirir ki, iş materiallarına əlavə olunmuş 04/450 nömrəli xx.xx.2023-cü il tarixli Hüquqi yardım göstərilməsi haqqında müqavilənin, 3885 və 28360 nömrəli qəbzlərin surətlərindən görünür ki, İddiaçı məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və hüquqi xidmətə görə vəkilə 280 (iki yüz səksən) manat, marka pulu olaraq 20 (iyirmi) manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə münasibətdə iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 280 (iki yüz manat) manat xidmət haqqı və marka pulu olaraq 20 (iyirmi) manat məhkəmə xərcinin əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını tələb etdiyindən və iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun 9.0 manatı iddiaçıya aid edilməli, qalan 26 (iyirmi altı) manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 18 dekabr 2022-ci il tarixli 13074 nömrəli Kredit Müqaviləsinə əsasən 222 (iki yüz iyirmi iki) manat ödənilməmiş hissə, 16 (on altı) manat dəbbə pulu, 08 fevral 2023-cü il tarixli 13200 nömrəli Kredit Müqaviləsinə əsasən 482 (dörd yüz səksən iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd ) manat dəbbə pulu, 280 manat vəkil xərci, 20 manat marka pulu, cəmi 1044 (bir min qırx dörd) manat və ödənilmiş 35 manat dövlət rüsumunun 26 (iyirmi altı) manatı olmaqla, ümumilikdə 1070 (bir min yetmiş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18 dekabr 2022-ci il tarixli 13074 nömrəli Kredit Müqaviləsinə əsasən 222 (iki yüz iyirmi iki) manat ödənilməmiş hissə, 16 (on altı) manat dəbbə pulu, 08 fevral 2022-ci il tarixli 13200 nömrəli Kredit Müqaviləsinə əsasən 482 (dörd yüz səksən iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd ) manat dəbbə pulu, 280 (iki yüz səksən) manat vəkil xərci, 20 (iyirmi) manat marka pulu, cəmi 1044 (bir min qırx dörd) manat borc və ödənilmiş 35 manat dövlət rüsumunun 26 (iyirmi altı) manatı olmaqla, ümumilikdə 1070 (bir min yetmiş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-825/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-825/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver