Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-825/2025 17.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Mahiyyədin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Mahiyyədin oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mahiyyədin oğlu tərəfindən ona vurulmuş maddi zərərə görə 1000 (bir min) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pulun Cavabdeh Mahiyyədin oğlundan alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı ərizə təqdim edərək, məhkəmənin icraatında olan 2(110)-825/2025 saylı mülki iş üzrə iddiaçı qismində iştirak etdiyini, Cavabdeh Mahiyyədin oğlu ilə aralarında barışıq əldə olunması və ona dəymiş zərərin cavabdeh tərəfindən qarşılanmasını nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılması və iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında Cavabdeh Mahiyyədin oğlu ərizə təqdim edərək, məhkəmənin icraatında olan 2(110)-825/2025 saylı mülki iş üzrə cavabdeh qismində iştirak etdiyini, İddiaçı ilə aralarında barışıq əldə olunduğunu, iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazı olmadığını, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, iddiaçının ərizənin baxılmamış saxlanılması barədə ərizəsi əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 259.0.11, 260, 263-264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh Mahiyyədin oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı geri ödənilsin. İddiaçı izah olunur ki, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elekron Məhkəmə Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №2(110)-825/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-825/2025
17.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver