Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-826/2021 19.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 05.05.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********37406 olan Huawei Y5 2019 markalı telefon üçün 112.4 (yüz on iki manat qırx qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.6 (on bir manat, altmış qəpik) manat cərimə, 31.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45861 olan X3 8 markalı telefon üçün 328 (üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32 (otuz iki) manat cərimə; ümumilikdə 484 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində Cavabdeh iddiaçı "xxxx" MMC ilə 05.05.2020-ci il və 31.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********37406 olan Huawei Y5 2019 markalı telefon və İMEİ Kodu **********45861 olan X3 8 markalı telefon aldığını və nəticədə 484 (dörd yüz səksən dörd) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, və nəticədə 05.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 281.6 (iki yüz səksən bir manat, altmış qəpik) manat (12 ay x 21.8 manat + 20 manat ilkin ödəniş) İMEİ Kodu **********37406 olan Huawei Y5 2019 markalı telefon üçün ümumilikdə 124 (yüz iyirmi dörd) manat olmaqla ondan 112.4 (bir yüz on iki manat qırx qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 11.6 (on bir manat, altmış qəpik) manat cərimə pulu borcu yarandığını, 31.05.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 595 ( beş yüz doxsan beş) manat (12 ay x 45.5 manat +49 manat ilkin ödəniş) olan İMEİ kod **********45861 olan X3 8 markalı telefon üçün ümumilikdə 360 (üç yüz altmış) manat olmaqla ondan 328 (üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32 (otuz iki) manat cərimə borcu hesablandığını, cavabdehin cəmi ödədiyi məbləğin 436.2 (dörd yüz otuz altı manat, iyirmi qəpik) manat təşkil etdiyini qeyd edərək, 05.05.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********37406 olan Huawei Y5 2019 markalı telefon üçün 112.4 (yüz on iki manat qırx qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.6 (on bir manat, altmış qəpik) manat cərimə, 31.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45861 olan X3 8 markalı telefon üçün 328 (üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32 (otuz iki) manat cərimə; ümumilikdə 484 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 04.11.2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 05.05.2020-ci il tarixli 20261408 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "ABC-TELECOM" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri olan əşya- telefon qurasdırma xidmətli, İMEİ kodu **********37406 olan Huawei Y5 2019 model mobil telefondur. Tərəflər arasında bağlanmış 05.05.2020-ci il tarixli 20261408 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 281.6 manat olan İMEİ kodu **********37406 olan Huawei Y5 2019 telefon üçün 20 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 12 ay müddətinə, ayda 21.8 manat ödəməyi öhdəsinə götürüb. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 05.05.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh Huawei Y5 2019 model telefonu tam qüsursuz təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 31.05.2020-ci -ci il tarixli 20321040 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal") "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən ona məxsus fərdi əlamətləri əşya- İMEİ kodu **********45861 olan X3 8 4/128GB model mobil telefondur. Tərəflər arasında bağlanmış 31.05.2020-ci il tarixli 20321040 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 595 (beş yüz doxsan beş) manat olan İMEİ kodu **********45861 olan X3 8 model telefon üçün ilkin ödəniş olaraq 49 manat ödəməklə, qalan məbləği 12 ay müddətinə, ayda 45.5 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 31.05.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ kodu **********45861 olan X3 8 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 08.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin hər iki müqavilə üzrə cəmiyyətə olan borcu 440.4 (dörd yüz qırx manat, qırx qəpik) manat ödənilməmiş hissə, 43.6 (qırx üç manat, altmış qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 484 (dörd yüz səksən dörd) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, 24.09.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ********* nömrəli, 09.10.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 10 (on) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 22.07.2021-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.05.2020-ci il tarixli 20261408 saylı, saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 281.6 manat olan İMEİ kodu **********37406 olan Huawei Y5 2019 model mobil telefon üçün 20 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 12 ay müddətinə, ayda 21.8 manat ödəməyi, 31.05.2020-ci -ci il tarixli 20321040 saylı Müqaviləyə əsasən isə qiyməti 595 (beş yüz doxsan beş) manat olan İMEİ kodu **********45861 olan X3 8 model telefon üçün ilkin ödəniş olaraq 49 manat ödəməklə, qalan məbləği 12 ay müddətinə, ayda 45.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək hər iki müqavilə üzrə telefonlar üçün cəmi 436.2 (dörd yüz otuz altı manat iyirmi qəpik) manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin hər iki müqavilə üzrə cəmiyyətə 440.4 (dörd yüz qırx manat, qırx qəpik) manat ödənilməmiş hissə, 43.6 (qırx üç manat, altmış qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 484 (dörd yüz səksən dörd) manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 05.05.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********37406 olan Huawei Y5 2019 markalı telefon üçün 112.4 (yüz on iki manat qırx qəpik) ödənilməmiş hissə, 11.6 (on bir manat, altmış qəpik) manat cərimə, 31.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45861 olan X3 8 markalı telefon üçün 328 (üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə olmaqla, ümumilikdə 484 (dörd yüz səksən dörd) manat borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzidə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 05.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********37406 olan Huawei Y5 2019 markalı telefon üçün 112.4 (yüz on iki manat qırx qəpik) ödənilməmiş hissə, 11.6 (on bir manat, altmış qəpik) manat cərimə, 31.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45861 olan X3 8 markalı telefon üçün 328 (üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, cəmi 484 (dörd yüz səksən dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 514 (beş yüz on dörd) manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-826/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-826/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver