Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-828/2021 19.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddi ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 14.08.2019-cu il tarixli müqavilə üzrə HOFFMAN markalı soyuducu, mini soba, qabyuyan, Philips markalı ütü, tozsoran, Braun markalı ütü masası, SAMSUNG markalı mikrodalğalı soba, paltaryuyan üçün 2653 (iki min altı yüz əlli üç) manat ödənilməmiş hissə, 265 (iki yüz altmış beş) manat cərimə; 14.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********98680 X3 7 markalı telefon üçün 465 (dörd yüz altmış beş) ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə; 15.08.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı paltaryuyan üçün 728 (yeddi yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə miqdarında borcu yarandığını, ümumilikdə 4229 manat borc və 62.29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində Cavabdeh İddiaçı MMC ilə bağladığı 14.08.2019-cu il, 14.08.2019-cu il, 15.08.2019-cu il tarixli müqavilələrə əsasən HOFFMAN markalı soyuducu, mini soba, qabyuyan, Philips markalı ütü, tozsoran, Braun markalı ütü masası, SAMSUNG markalı mikrodalğalı soba, paltaryuyan, İMEİ kodu **********98680 X3 7 markalı telefon və LG markalı paltaryuyan aldığını və nəticədə 14.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 5759 (beş min yeddi yüz yüz əlli doqquz) manat (18 ay x 318 manat + 35 manat ilkin ödəniş) olan HOFFMAN markalı soyuducu, mini soba, qabyuyan, Philips markalı ütü, tozsoran, Braun markalı ütü masası, SAMSUNG markalı mikrodalğalı soba, paltaryuyan üçün ümumilikdə 2918 (iki min doqquz yüz on səkkiz) manat olmaqla, ondan 2653 (iki min altı yüz əlli üç) manat ödənilməmiş hissə, 265 (iki yüz altmış beş) manat cərimə; 14.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 585 (beş yüz səksən beş) manat (9 ay x 65 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********98680 X3 7 markalı telefon üçün ümumilikdə 511 (beş yüz on bir) manat olmaqla ondan 465 (dörd yüz altmış beş) manat ödənilməmiş hissə 46 (qırx altı) manat cərimə, 15.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1008 (min səkkiz) manat (18 ay x 56 manat +0 manat ilkin ödəniş) LG markalı paltaryuyan üçün ümumilikdə 800 (səkkiz yüz) manat olmaqla ondan 728 (yeddi yüz iyirmi səkiz) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 72 (yetmiş iki) manat cərimə miqdarında borcu yarandığını, cavabdehin 14.08.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğin 1466 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 1640 manat, ümumilikdə 3106 manat təşkil etdiyini, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğin isə 400 manat təşkil etdiyini qeyd edərək, 14.08.2019-cu il tarixli müqavilə üzrə HOFFMAN markalı soyuducu, mini soba, qabyuyan, Philips markalı ütü, tozsoran, Braun markalı ütü masası, SAMSUNG markalı mikrodalğalı soba, paltaryuyan üçün 2653 (iki min altı yüz əlli üç) manat ödənilməmiş hissə, 265 (iki yüz altmış beş) manat cərimə; 14.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********98680 X3 7 markalı telefon üçün 465 (dörd yüz altmış beş) ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə; 15.08.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı paltaryuyan üçün 728 (yeddi yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə miqdarında borcu yarandığını, ümumilikdə 4229 manat borc və 62.29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 04.11.2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi 18.11.2021-ci il tarixdə Şərur Rayon Məhkəməsinin elektron poçt ünvanına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək ərizəsində, Cavabdeh qarşı iddiaları üzrə başlamış işin Şərur Rayon Məhkəməsinin icraatında olduğunu, 14.08.2019-cu il tarixli müqavilədə ətçəkən Philips qeyd olunmasına baxmayaraq texniki səhvlik nəticəsində ərizələrində bu məhsulun yazılmadığını, bu səbəbdən iddialarının dəqiqləşdirilməsi zərurətinin yarandığını qeyd edərək məhkəmədən 14.08.2019-cu il tarixli müqavilə üzrə HOFFMAN markalı soyuducu, HOFFMAN markalı mini soba, HOFFMAN markalı qabyuyan, Philips markalı ətçəkən, Philips markalı ütü, tozsoran, Braun markalı ütü masası, SAMSUNG markalı mikrodalğalı soba, LG markalı paltaryuyan üçün 2653 manat ödənilməmiş hissə, 265 manat dəbbə pulu, 14.08.2019cu il tarixli müqavilə üzrə İMEİ kodu **********98680 X3 7 markalı telefon üçün 465 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu, 15.08.2019-cu il tarixli müqaviləsinə əsasən, SAMSUNG markalı paltaryuyan üçün 728 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu, ümumilikdə 4229 manat miqdarında borc və 62.29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 2(110)-828/2021 nömrəli, 19.11.2021-ci il tarixli qərardadla müllki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 14.08.2019-cu il tarixli 00846610 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- HOFFMAN NF-177SD markalı soyuducu, HOFFMAN M-4570 markalı mini soba, HOFFMAN DW-714X (gümüşü) markalı qabyuyan, Philips HR2713/30 markalı ətçəkən, Philips GC6730/30 markalı ütü, Philips FC8294/01 markalı tozsoran, Braun İB 3001BK markalı ütü masası, SAMSUNG MG23F302TAS/BW markalı mikrodalğalı soba, SAMSUNG WW90K6414QX/LP markalı paltaryuyandır. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 14.08.2019-cu il tarixli 00846610 saylı, Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 5759 manat olan HOFFMAN markalı soyuducu, mini soba, qabyuyan, Philips markalı ütü, tozsoran, Braun markalı ütü masası, SAMSUNG markalı mikrodalğalı soba, paltaryuyan üçün ilkin ödəniş olaraq 35 manat ödəməklə qalan məbləği 18 ay müddətinə, ayda 318 manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 14.08.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh HOFFMAN markalı soyuducu, mini soba, qabyuyan, Philips markalı ütü, tozsoran, Braun markalı ütü masası, SAMSUNG markalı mikrodalğalı soba, paltaryuyanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 14.08.2019-cu il tarixli 00846760 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- 1 il yeni qızıl zemanetli, İMEİ kodu **********98680 olan X3 7 GB/64GB model mobil telefondur. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 14.08.2019-cu il tarixli 00846760 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 585 manat olan İMEİ kodu **********98680 X3 7 markalı telefon üçün ilkin ödəniş ödəməyərək həmin məbləği 9 ay müddətinə, ayda 65 manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 14.08.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh X3 7GB/64GB markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış 15.08.2019-cu il tarixli 00848575 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- LG F2J6HS8S (gümüşü) markalı paltaryuyandır. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış 15.08.2019-cu il tarixli 00848575 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1008 manat olan LG F2J6HS8S (gümüşü) markalı paltaryuyan üçün ilkin ödəniş ödəməyərək həmin məbləği 18 ay müddətinə, ayda 56 manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 15.08.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh LG markalı paltaryuyanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 11 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 3846 manat ödənilməmiş hissə, 383 manat məbləğində cərimə, ümumilikdə 4229 manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, 01.10.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ********* nömrəli, 12.10.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 32.29 (otuz iki manat, iyrmi doqquz qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 09.01.2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.08.2019-cu il tarixli Müqaviləyə üzrə alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 5759 (beş min yeddi yüz əlli doqquz) manat olan HOFFMAN markalı soyuducu, HOFFMAN markalı mini soba, HOFFMAN markalı qabyuyan, Philips markalı ətçəkən, Philips markalı ütü, tozsoran, Braun markalı ütü masası, SAMSUNG markalı mikrodalğalı soba, SAMSUNG markalı paltaryuyan üçün ilkin olaraq 35 manat ödəməklə qalan məbləği 18 (on səkkiz) ay müddətinə, ayda 318 (üç yüz on səkkiz) manat ödəməyi, 14.08.2019-cu il tarixli 00846760 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 585 manat olan İMEİ kodu **********98680 X3 7 markalı telefon üçün ilkin ödəniş ödəməyərək 9 (doqquz) ay müddətinə, ayda 65 (altmış beş) manat ödəməyi, 15.08.2019-cu il tarixli 00848575 saylı müqaviləyə əsasən qiyməti 1008 (bir min səkkiz) manat LG markalı paltaryuyan üçün ilkin ödəniş ödəməyərək 18 (on səkkiz) ay müddətinə, ayda 56 (əlli altı) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək cəmi 3506 (üç min beş yüz altı) manat ödəniş etmişdir.İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin hər üç müqavilə üzrə cəmiyyətə 3846 manat ödənilməmiş hissə, 383 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4229 manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 14.08.2019-cu il tarixli müqavilə üzrə HOFFMAN markalı soyuducu, HOFFMAN markalı mini soba, HOFFMAN markalı qabyuyan, Philips markalı ətçəkən, Philips markalı ütü, tozsoran, Braun markalı ütü masası, SAMSUNG markalı mikrodalğalı soba, SAMSUNG markalı paltaryuyan üçün 2653 (iki min altı yüz əlli üç) manat ödənilməmiş hissə, 265 (iki yüz altmış beş) manat cərimə, 14.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********98680 X3 7 markalı telefon üçün 465 (dörd yüz altmış beş) ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə, 15.08.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı paltaryuyan üçün 728 (yeddi yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə olmaqla, 4229 manat miqdarında borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 62.29 (altmış iki manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 14.08.2019-cu il tarixli müqavilə üzrə HOFFMAN markalı soyuducu, HOFFMAN markalı mini soba, HOFFMAN markalı qabyuyan, Philips markalı ətçəkən, Philips markalı ütü, tozsoran, Braun markalı ütü masası, SAMSUNG markalı mikrodalğalı soba, SAMSUNG markalı paltaryuyan üçün 2653 (iki min altı yüz əlli üç) manat ödənilməmiş hissə, 265 (iki yüz altmış beş) manat cərimə, 14.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********98680 X3 7 markalı telefon üçün 465 (dörd yüz altmış beş) ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə, 15.08.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı paltaryuyan üçün 728 (yeddi yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə, cəmi 4229 (dörd min iki yüz iyirmi doqquz) manat miqdarında borc və 62.29 (altmış iki manat, iyirmi doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 4291.29 (dörd min iki yüz doxsan bir manat, iyirmi doqquz qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-828/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-828/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver