Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-834/2024 30.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı Cabbarova (Əhmədova) Leyla İbrahim qızının və cavabdehin Cavabdeh iştirakı ilə, İddiaçı Cabbarova (Əhmədova) Leyla İbrahim qızının və cavabdehin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cabbarova (Əhmədova) Leyla İbrahim qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Cavabdeh ondan borc aldığı 1561.56 (bir min beş altmiş bir manat əlli altı qəpik) manat və dövlət rüsumu olaraq ödədiyi 35.62 (otuz beş manat altmış iki qəpik) manat, cəmi 1597.18 (bir min beş yüz doxsan yeddi manat on səkkiz qəpik) manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cabbarova (Əhmədova) Leyla İbrahim iddia ərizəsində bildirmişdir ki, X1 bir həmkəndli və qonşu olaraq tanıyıram, onunla hər hansı bir düşmənçiliyim və ya ədavətim olmayıb.Bildirirəm ki, təqribən 2020-ci ilin fevral ayının sonlarında Hüsniyə Əliyeva bizə gələrək qardaşı X3 işi ilə əlaqədar pul lazım olduğunu, adlarına kredit olduğundan pul götürə bilmədiklərini və məndən Bankdan kredit götürüb kredit müqaviləsinə əlavə edilmiş aylıq ödəniş cədvəlinə uyğun olaraq ödəmək şərti ilə onlara borc verməyimi xahiş etdi. İlk olaraq mən buna razı olmasam da sonradan Hüsniyə Əliyevanın həmkəndli, qonşu olmasını nəzərə alıb, Bankdan kredit götürüb aylıq ödəniş cədvəlinə uyğun olaraq ödəmək şərti ilə ona borc verməyə razı oldum və xx.xx.2020-ci il tarixdə X9 rayon Filialına müraciət edərək 2000 (iki min) manat məbləğində kredit götürərək kredit müqaviləsi və müqaviləyə uyğun olaraq ödəniş cədvəli ilə bilikdə X2 verdim. Bir neçə gün sonra Hüsniyə Əliyeva bizə gələrək yenə də pul lazım olduğunu bildirərək Birkart krediti götürərək ona verməyimi xahiş etdi və xx.xx.2020-ci il tarixdə X9 rayon Filialından 800 (səkkiz yüz) manatlıq Birkart krediti götürərək həmin kartı da Cavabdeh verdim. Təqribən bir il sonra Hüsniyə Əliyeva yenə də onlara pul lazım olduğunu bildirərək yeni kredit götürüb ona verməyimi xahiş etdi və mən xx.xx.2021-ci il tarixdə X9 rayon Filialına müraciət edərək 1000 (bir min) manat kredit götürərək kredit müqaviləsi və müqaviləyə əlavə olunmuş ödəniş cədvəli ilə birlikdə Hüsniyə Əliyevaya verdim. Bildirirəm ki, ilk vaxtlar cavabdeh Hüsniyə Əliyeva kredit borcunu aylıq ödəniş cədvəlinə uyğun olaraq vaxtlı-vaxtında ödəniş etmiş, kredit ödənişlərində heç bir yubanma olmamışdır. Bir müddət sonra hər ay mənim pensiya kartımdan tutqular olduğunu və pensiya məbləğində azalma olduğunu gördüm və bu barədə X9 rayon filialına müraciət etdim. Bankdan mənə kredit borcumun müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq vaxtlı-vaxtında ödənilmədiyindən borc yarandığını və həmin borcu pensiya kartından tutulduğunu bildirdilər. Mən bu barədə cavabdeh Hüsniyə Əliyevaya bildirdikdə o maaşlarının vaxtında verilmədiyini, ona görə də krediti ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəyə bilmədiyini bildirərək ödənişlərin mənim pensiyama yönəlməsini və hər ay maaşlarını aldıqdan sonra mənə ödənişi etməsini xahiş etdi. Mən yenə də bir həmkəndli və qonşu olaraq Hüsniyə Əliyevaya inandım və kreditin mənim pensiyama yönəlməsinə razılıq verdim. Bildirirəm ki, bu müddət ərzində mənim pensiyamdan kredit borcuna 4284.56 (dörd min iki yüz səksən dörd manat əlli altı qəpik) manat pul tutlmuş, cavabdeh Hüsniyə Əliyeva tərəfindən mənə 2473 (iki min dörd yüz yetmiş üç) manat pul ödənilmiş, xx.xx.2024-cü il tarixdə isə əlavə ola raq 250 manat pul ödəmiş, onun mənə 1561.56 manat borcu qalmışdır. Mən dəfələrlə ona kredit borcuna görə pensiyamdan tutulan pulun qalanını qaytarmasını bildirsəm də hər dəfə cavabdeh Hüsniyə Əliyeva pulunun olmadığını bildirərək mənə olan borcunu qaytarmaqdan yayınır. Mən kredit borcuna görə ödədiyim pulun qalanının və dövlət rüsumu olaraq ödədiyim pulun cavabdeh Hüsniyə Əliyevadan alınaraq mənə ödənilməsini istəyirəm. Ona görə də cavabdeh Hüsniyə Əliyevaya qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Cabbarova (Əhmədova) Leyla İbrahim qızı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının qeyd etdiklərinin həqiqət olduğunu, iddiaçıdan pulu alıb borclarını ödəməsi üçün qardaşına verdiyini, qardaşının həmin pulu qaytarmadığı üçün iddiaçının ondan tələb etdiyini, iddiaçıya olan borcunu etiraf etdiyini, lakin indi ödəyə bilmədiyini, Banka müraciət edərək kredit götürüb ona olan borcunu ödəyəcəyini qeyd edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 6988 saylı Qəbzdən görünür ki, iddiaçı X5 tərəfindən məhkəmədə iddia qaldırması üçün "xxxx" ASC-nin Şərur filialı vasitəsilə dövlət büdcəsinə 35.62 manat rüsum ödəmişdir Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı Cabbarova (Əhmədova) Leyla İbrahim qızı iddia ərizəsində cavabdehin Cavabdeh 1561.56 (bir min beş altmiş bir manat əlli altı qəpik) manat məbləğində pul tələb etmiş, məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh isə izahatında həqiqətəndə Cabbarova (Əhmədova) Leyla İbrahim qızına 1561.56 (bir min beş altmiş bir manat əlli altı qəpik) manat borcunun olduğunu məhkəmədə etiraf etmiş və Bankdan kredit götürərək borcunu tam ödəyəcəyini bildirmişdir. Cavabdehin etirafının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə audio - video qeydiyyatı aparılmışdır. Cavabdeh tərəfindən borc etiraf edildiyindən məhkəmə borcun etirafına dair müvafiq prosessual hərəkətlərin nəticələrini cavabdehə izah edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; http://e-qanun.az/framework/46945 - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı qəbul olunmaqla iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia tələbi üzrə ödənilmiş 35.62 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Həmzəli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 1561.56 (bir min beş altmiş bir manat əlli altı qəpik) manat borc və ödənilmiş 35.62 (otuz beş manat altmış iki qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1597.18 (bir min beş yüz doxsan yeddi manat on səkkiz qəpik) manat məbləğində pul alınaraq Şərur rayon Həmzəli kəndində qeydiyyatda olan və yaşayan iddiaçı Cabbarova (Əhmədova) Leyla İbrahim qızına ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-834/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-834/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver