Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-842/2024 16.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı X4, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 12000 (on iki min) manat pul vəsaitinin və iş üzrə ödəmiş olduğu 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X10 iddia ərizəsində onun torpaq sahəsi almaq istədiyini, ona görə də yaxın qohumlarına Naxçıvan şəhərində bildiyiniz münasib qiymətə torpaq sahəsi satan olsa mənə deyin gedib baxaram əgər xoşuma gəlsə torpaq sahibi ilə razılaşsaq alacam dediyini, həmin vaxt anasının yaxın qohumu olan Cavabdeh (Aytən) Həsən qızının onda pul olduğunu hardansa eşitdiyinə görə onlara gəldiyini və oğlunun borcuna görə cinayət işi açıblar əgər həmin şəxslərin borcunu qaytarmasalar onu tutacaqlarını bildirdiyini, mənə 10000 manat borc ver oğlumun borcunu qaytaraq tutmasınlar tez bir zamanda 6 aya kimi borcunu qaytaracam dediyini, təqribən 2-3 gün ara verməklə gəlib hərdən 1000 manat da cəmi 12000 manat borc aldığını, əgər qaytara bilməsəm Naxçıvan şəhəri, Əliabad qəsəbəsində torpaq sahəm var onu sənin adına sənədləşdirəcəm yadaki istəsən Naxçıvan şəhərində Ali Məclisin binasının yanında 1 otaqlı evim var 45000 manata satacam mənə borc kimi verdiyin pulun üstünü düzəldib versən sənin adına sənədləşdirərəm dediyini, həmin vaxtdan bir müddət sonra nəsibəyə pulun qaytarılması üçün zəng vurduğunu, hərdən bir bəhanə ilə bu gün sabaha salıb qaytarmadığını, hazırda isə telefon zənglərinə cavab vermədiyini, ondan qaçıb gizləndiyini, həyat yoldaşının əvvəllər hərbi işlədiyini, hazırda işdən də çıxarıldığını, onun özünün həmin pula çox böyük ehtiyacının olduğunu, bu səbədən də məcbur qalıb məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X10 izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında Aytən kimi tanıdığı Cavabdeh 2018-ci ilin sonlarında əvvəlcə 10000 (on min) manat, sonra isə iki dəfə 1000 (min) manat olmaqla 2000 (iki min) manat borc pul verdiyini, cavabdehin ümumilikdə ona 12000 (on iki min) manat borcunun olduğunu, cavabdeh həmin borcu 6 ay ərzində ona qaytaracağını dediyini, sonra dəfələrlə ondan pulumu tələb etsəm də hər dəfəsində müxtəlif bəhanələrlə bu gün, sabah, qısa zamanda mənə pulunu verəcəyini bildirdiyini, hətta 2022-ci ildə telefonla danışdıqları zaman çarəsiz qalıb cavabdehlə aralarında telefonda danışıqlarını öz telefonuna yazdığını, həmin danışıqlarda Aytən kimi tanıdığı Cavabdeh özü etiraf edərək bildiririr ki, ondan aldığı 10000 manat, 1000 manat, 1000 manat olmaqla, ümumillikdə 12000 manat pulu geri qaytaracağını, əgər qaytara bilməsə Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən torpaq sahəsini və ya Naxçıvan şəhərində Ali Məclisin yanında bir otaqlı mənzili borc pulun qarşılığında ona verəcəyini bildirdiyini, eyni zamanda, bir neçə il uşaqları düşük olduğu üçün aylarla Naxçıvan şəhərində Doğum Mərkəzində yatılı şəraitdə müalicə aldığını, korono virusun yayıldığı zaman Xaçmaz şəhərində olduğunu, Naxçıvan şəhərinə qayıda bilmədiyini, sonuncu müalicəsini 2022-ci ilin may – iyun aylarında Naxçıvan şəhərində Doğum Mərkəzində yataq şəraitində aldığını, 27 iyun 2022-ci ildə evə buraxıldığını, səhhətində olan problemlərlə əlaqədar, həmçinin cavabdehin ona verdiyi yalan vədlərə inanaraq məhkəməyə müraciət etmədiyini, cavabdeh məhkəməyə müraciət edəcəyi günədək borcunu etiraf etdiyini, indi gəlib məhkəmədə yalandan borcunu qaytardığını dediyini, lakin yalan danışdığını, həmin puldan bir manat olsun geri qaytarmadığını, yuxarıda qeyd etdiyi kimi 2022-ci ildə telefon danışığı zamanı borcunu etiraf etdiyini, məhkəməyə müraciət etmək üçün iddia müddətini buraxmadığını, artıq cavabdehin ona borcunu ödəməyəcəyini başa düşdüyü üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının ona 2018-ci ildə 1200 manat borc verdiyini, həmin səs yazılarında bunu etiraf etdiyini, həmin səs yazılarının nə vaxt yazıldığını xatırlamasada çoxdan olduğunu, lakin həmin pulun hamısını eyni vaxt qaytara bilməsədə hissə-hissə iddiaçının özünə, həmçinin onların evlərinə apararaq anasına, qardaşına geri ödədiyini, iddiaçıya heç bir borcunun qalmadığını, iddiaçının həmçinin iddia müddətini buraxdığını, bu barədə məhkəməyə ərizə də verdiyini bildirərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə təqdim etdiyi ərizənin məzmunundan görünür ki, o ərizəsində İddiaçı iddia qaldıraraq təxminən 2018-cı il tarixində aralarında olan borcla bağlı mənkəmədə iddia qaldırdığını, 2018-ci il tarixdən yaranan borcu, 2024cü il tarixində məhkəmədə iddia qaldırmaqla tələb etdiyini, 2015-ci il tarixdən bu günədək 8 il keçdiyini, bu da iddia müddətinin keçməsi olaraq tanınmalı olduğunu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Məcəllənin 373.2 va 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarında qeyd olunur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərının müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıdığını, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdenlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar biləcəyini, mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruduğunu və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini bildirmiş, iddiaçı X6 tərəfindən qaldırılmış iddia tələbi, iddia müddətinin keçməsi nəzərə alınmaqla iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin də İddiaçı Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə dair məhkəməyə mülahizə göndərərək mülahizəsində qeyd etmişdir ki, İddiaçı qarşı Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə Ərizəyə münasibətdə bildirirəm ki, mən Cavabdeh borc pul verdikdən sonra dəfələrlə ondan pulumu tələb etsəm də hər dəfəsində müxtəlif bəhanələrlə bugün, sabah, qısa zamanda mənə pulunu verəcəyini bildirmişdir. Hətta 2022ci ilin ortalarında çarəsiz qalıb telefonda danışıqlarımızı telefonuma yazdırdım. Həmin səsdə Cavabdeh özü mənə etiraf edərək bildiririr ki, məndən aldığı 10000 manat, 1000 manat, 1000 manat, ümumillikdə 12000 manat pulu mənə qaytaracağını, əgər qaytara bilməsə Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən torpaq sahəsini və ya Naxçıvan şəhərində Ali Məclisin yanında bir otaqlı mənzili borc pulun qarşılığında mənə verəcəyini bildirmişdir. Bütün bunlar onu göstərir ki, 2022-ci ilin ortalarında cavabdeh özü öz səsi ilə etiraf edir ki, mənə 12000 manat pul borcludur və bunu müəyyən yollarda özümə geri qaytaracaqdır.Həmçinin bildirmək istəyirəm ki, Cavabdeh təxminən 5-6 ay bundan öncə mənim dayım Nazimin həyat yoldaşı X1(Ünvan: Naxçıvan şəhəri, İ.Məmmədov küçəsi döngə 2, ev 5) və həmin vaxt onun yanında olan X7 (ünvan: ünvan 1l olsun ki, hamı məni pul borcuma görə polisə versə də Sevinc bu vaxtda dək məni polisə, məkhkəməyə verməmişdir, bu səbəbdən də mən onun pulunu tez zamanda özünə qaytaracağam”. Həmin şəxslərin də məhkəmədə şahid qismində çağırılaraq dindirilməsini istəyirəm. Eyni zamanda bildirirəm ki, bir neçə il mən məcbur uşaq doğusu ilə bağlı xəstəxanalarda qalmışam. Korono virus olan zaman Xaçmaz şəhərində olmuşam, Naxçıvan şəhərinə qayıda bilməmişəm. Həmin məsələlərlə bağlı sübutları məhkəməyə təqdim edəcəyəm. Hesab edirəm ki, cavabdeh mənim məhkəməyə müraciət etmək hüququma bu cür yanaşması pozulmuş hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququmu məhdudlaşdırır və bu qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olan bir yanaşmadır. Belə ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir. Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər. Çünki, müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər. Lakin, qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusiya hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbul edilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır (E.Axundovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun 06 oktyabr 2023-cü il qərarı). Məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Cavabdehin iddia müddətinin tətbiqinə dair məhkəməyə təqdim etdiyi yazılı ərizəyə əsasən, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin, iddia müddətinin tətbiqi barədə ərizənin mövcudluğu hər zaman iddianın rədd olunmasına əsas vermir. Belə ki, iddia müddətinin tətbiqi ərizəsinə qiymət verilərkən əvvəla məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Məhkəmə bu məsələləri araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. Çünki subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur (X8 şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı). Belə ki, AR Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddə ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də AR-nın qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (V.Ozerovun şikayəti ilə əlaqədar AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı). Baxılan iş üzrə AR Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Bu hissədə xüsusilə qeyd edirəm ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Ona görə də iddia müddəti keçmiş olsaydı belə bu iş üzrə müddətin keçməsi əsasına görə məhkəmə iddiadan imtinada haqlı ola bilməz. İddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə Konstitusiya Məhkəməsinin həmin ərizənin tərtib olunmasına dair konkret tələbləri mövcuddur. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun - iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir (L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarı). Lakin, cavabdehin iddia müddətinin tətbiqinə dair məhkəməyə təqdim etdiyi yazılı ərizəsi Konstitusiya Məhkəməsinin həmin ərizəyə qoyduğu konkret tələblərə uyğun deyildir. Belə ki, həmin ərizədə iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas göstərilməmiş, habelə ərizənin verilməsi qaydasını ehtiva edən və təbiətcə hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edən maddi hüquq normasının mövcudluğu müəyyən olunmur. Bu xüsusatları nəzərə alaraq qeyd edirəm ki, cavabdeh iddia müddətinin tətbiqinə dair yazılı ərizəsi iddiamın rədd olunması üçün əsas sayıla bilməz. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Digər tərəfdən, əgər iddia müddəti üzürlü və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qərar qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəməyə müraciət etmək hüququnun məzmununa və mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilib verilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddia müddəti üzürlü səbəblərdən ötürülmüşdür, məhkəmə həmin müddəti bərpa edir və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda-və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə İşgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Xüsusilə qeyd olunmalıdır məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Ona görə də iddia müddəti keçmiş olsaydı belə bu iş üzrə müddətin keçməsi əsasına görə birinci instansiya məhkəməsi iddiadan imtinada haqlı ola bilməzdi.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008- ci il 8 may tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur. Hər hansı bir mülki mübahisənin- qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı, olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib- etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü, maddəsinin tələbinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinin mənasına görə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən Cavabdeh tərəfindən verilmiş iddia müddətin tətbiq edilməsi barədə ərizəsi əsassız və qanunsuz olduğundan nəzərə alınmayaraq iddia tələbini araşdırılaraq təmin olunmasını xahiş etmişdir. 06 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X2 ifadəsində iddiaçının onun bacısı olduğunu, 2019-cu ilin payız aylarına Nəsibənin onlara gəldiyini, bacısından 10000 manat pul aldığını, amma nə vaxt qaytaracağını bilmədiyini, sonradan bacısının Nəsibəyə əlavə 2000 manat da borc pul verdiyini eşitdiyini, cavabdehin həmin borc puldan 3000 (üç min) bacısına verməsi üçün ona verdiyini dediyini, bunun tamamilə yalan olduğunu, ona heç bir məbləğdə pul vermədiyini, bacısının dəfələrlə ondan pulunu tələb etməsinin şahidi olduğunu, Nəsibə pulu qaytarmadığı üçün bacısının məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: - iddiaçı tərəfindən əlavə olunmuş səs yazıları ilə müəyyən edilir ki, Cavabdeh iddiaçıya həqiqətəndə 12000 (on iki min) manat borclu olduğunu etiraf edib; - xx.xx.2024-cü il tarixli, 29570 nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün X10 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə dövlət büdcəsinə 127 manat məbləğində dövlət rüsumu ödənilmişdir; - Naxçıvan MR Perinatal Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş stasionar xəstənin tibbi kartalarından çıxarışlardan görünür ki, X10 xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək bir neçə dəfə həmin müalicə müəssəsində stasionar şəraitdə müalicə almışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı X3 12000 (on iki min) manat borc pul almış, aradan uzun müddət keçməsinə baxmayaraq aldığı borcu iddiaçıya qaytarmamışdır. Belə olan təqdirdə iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçıya həqiqətəndə 12000 (on iki min) manat məbləğində pul aldığını etiraf etmiş, lakin borcunu tamamilə iddiaçıya qatardığını bildirsədə, məhkəməyə bunu təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdır. Belə olan təqdirdə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı iddia tələbini sübut etmiş, cavabdeh isə məhkəməyə bunu təkzib edəcək hər hansı bir mötəbər sübut təqdim etməmiş, izahatında yalnız iddia tələbinə etiraz etməklə kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; -18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə cavabdeh məhkəməyə təqdim etdiyi iddia tələbinin tətbiq edilməsi barədə ərizəsində iddiaçının 2018 - ci il tarixdə yaranan borcu 2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla tələb etdiyini, 2015-ci il tarixdən (burada anlaşılmazlıq mövcuddur) bu günədək 8 il müddətin keçdiyini, bu halda iddia müddətinin keçməsi olaraq tanınmalı olduğunu, bu əsasla iddianın rədd edilməsini xahiş etsə də, iddiaçı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz edərək “cavabdehin 2018-ci ilin sonlarında ümumilikdə ondan 12000 (on iki min) manat borc pul aldığını, həmin borcu 6 ay ərzində ona qaytaracağını dediyini, lakin qaytarmadığını, cavabdehin ona borcunun olmasını 2022-ci ildə aralarında telefon danışığı zamanı etraf etdiyini, bunun sübutu olaraq aralarında olan danışıqları yazdığını, onlar arasında olan danışıqların qeyd edildiyi “Flash disc”i məhkəməyə təqdim etdiyini” qeyd edərək, iddia müddətini ötürmədiyini bidirmişdir. Məhkəmə, iş materialında olan “Flash disc”i tədqiq edib cavabdehin iddia müdətinin tətbiqinə dair ərizəsini, iddiaçının izahatını tədqiq edərək hesab edir ki, sözügedən səs yazılarında Cavabdeh iddiaçıya olan borcunu etiraf etdiyindən iddia müddətinin axımı kəsilmişdir və fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti keçməmişdir və buna görə də, Cavabdeh bu barədə ərizəsinin tətbiqi əsasları müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; - 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; - 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; - 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12000 (on iki min) manat məbləğində məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan və iddiaçı ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etdiyindən, ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində borc pul və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 12126 (on iki min bir yüz iyirmi altı) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-842/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-842/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver