Məhkəmə qərarları › İş №2(110)-845/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-845/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-845/2022 15.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 794 (yeddi yüz doxsan dörd manat) manat və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat, cəmisi 824 (səkkiz yüz iyirmi dord) manat pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin rəsmi qeydə alındığı və yaşadığı poçt ünvanını göstərsə də cavabdehin rəsmi qeydə alındığı və yaşadığı poçt ünvanını təsdiq edən müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, MAPS arayışı) ərizəyə əlavə etməmişdir. Lakin iddia ərizəsində vəsatətlə çıxış edərək cavabdehin yaşayış yeri barədə arayışı müstəqil əldə edə bilmədiyindən həmin arayışın məhkəmə tərəfindən alınaraq iş materialına əlavə olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən verilən vəsatətlə əlaqədar Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarının müəyyən olunmasına dair “Elektron məhkəmə” informasiya sistemində verilən sorğunun nəticəsində Cavabdeh barəsində hər hansı məlumatın olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsində işdə iştrak edən şəxslərin adlarının, onların poçt ünvanlarının əlavə etməsinin məqsədi işin məhkəmə baxışının ərazi aidiyyəti baxımından konkret olaraq cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəmədə baxılmasının müəyyən edilməsi, ona qarşı irəli sürülmüş iddiaya dair onun öz tələb və etirazlarını, həmçinin məhkəmə sənədələrinin onların yaşadığı yer üzrə çatdırılması və tərəflərin iştirakı ilə məhkəmə baxışı iclaslarının keçirilməsinin təmin edilməsindən ibarətdir. Məhz bu baxımından cavabdehlərin rəsmi qeydə alındığı yerin müəyyən edilməsi haqda arayışın iddia ərizəsinə əlavə edilməsi zəruridir. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardad da qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; - 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixli 787 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixli 787 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar