Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-845/2025 10.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli 2(110)-100/2016 nömrəli məhkəmə qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ona alimentin ödənilməsi barədə məhkəmə qətnaməsində dəyişiklik edilərək xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün, bir uşaq üçün 200 (iki yüz) manat, iki uşaq üçün hər ay sabit pul məbləğində 400 (dörd yüz) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə 2013-cü ildə rəsmi nikah qeydindən keçməklə ailə həyatı qurduqlarını, birgə nikahlarından iki övladlarının - xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 doğulduqlarını, cavabdehlə xasiyyətlərinin uyğun gəlmədiyindən onun iddia ərizəsi əsasında aralarında bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə 2016-cı ildə pozulduğunu, Şərur Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli, 2(110)-100/2016 nömrəli məhkəmə qətnaməsinə əsasən cavbdehdən iki uşağın saxlanılması üçün hər növ aylıq qazancının 33 %-i yəni qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsinin xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün alimentin müəyyən olunduğunu, cavbdehin ayda 195 manat, son zamanlar isə iki uşağın saxlanılması üçün ayda cəmi 200 manat aliment ödədiyini, övladlarının böyüyüb orta məktəbdə təhsil aldıqlarını, onların saxlanılması üçün xərclərin artdığını, ödənilən alimentin məbləğinin onların tələbatını ödəmədiyini, uşaqların normal qidalanmasına, onların müalicəsinə, istirahətinə, təhsilini təmin etməyə kifayət etmədiyini, cavabdehin uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona əlavə maddi köməklik göstərilməsindən boyun qaçırdığını, ilkin mediasiya sessiyasında alimentin artırılması barədə razılığa gələ bilmədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müvafiq misli nisbətində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında yenidən nikaha daxil olduğunu və həmin nikahdan üç uşağının olduğunu, hazırda işsiz olduğunu, tələb olunan alimenti ödəmək üçün maddi imkanının yaxşı olmadığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2013-cü il təvəllüdlü X4 valideyinləridir; - Şərur Rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2014-cü il təvəllüdlü X5 valideyinləridir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(110)-100/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı xx.xx.2013-cü il tarixli 04 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra onların birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün xx.xx.2016-cı il tarixdən hesablanmaqla Cavabdeh qazancının üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir; - Naxçıvan Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görsənir ki, Cavabdeh mediasiya sessiyasında iştirakdan imtina etmişdir. - Şərur Rayon Qeydiyyat Şöbəsində 02 №-li akt qeydi ilə rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli İİ № 516033 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, X3 Respublikası vətəndaşı X7 ilə rəsmi nikaha daxil olduğuna görə o, "Öztalan" soyadını qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Ailə Məcəlləsində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində.İşin faktiki hallarından isə müəyyən olur ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozularkən iddiaçının tələbi əsasında məhkəmə uşağın saxlanılması üçün alimenti cavabdehin aylıq qazancının (gəlirinin) 3/1 (üçdə bir) hissəsi miqdarında müəyyən etmişdir. İddiaçının isə hazırki tələbi cavabdehdən onların birgə nikahından doğulmuş iki uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının faizi nisbətində tutulması və əvvəl müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələbini rəhbər tutaraq iddiaçıya bildirir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasını eyniləşdirmək olmaz. Belə ki, alimentin tutulması iki qaydada, yəni onu ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və ya sabit pul məbləğində həyata keçirildiyi halda, alimentin miqdarının dəyişdirilməsi isə tutulma qaydasına uyğun olaraq məhkəmə qaydasında müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbinə görə alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Alimentin miqdarının müəyyən edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı və əlaqəli şəkildə təhlil edən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan normaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artırılması özlüyündə müəyyən meyar kimi çıxış edərək alimentin artırılması üçün yeni əsasın yaranmasına dəlalət edir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 120 manatdır ki, bu da il ərzində 1200 manat (120x12) təşkil etdiyindən buna müvafiq olaraq da 42 (qırx iki) manat (30+200x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi:
1. İddia qismən təmin edilsin.
2. Şərur Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(110)-100/2016 saylı qətnaməsi ilə cavabdehin qazancının üçdə bir hissəsi məbləğində müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin.
3. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı məbləğinin 0.40 misli həcmində olmaqla ümumilikdə iki uşaq üçün cəmi ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.80 misli həcmində aliment uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh tutularaq İddiaçı ödənilsin.
4. İddia qalan hissədə rədd edilsin.
5. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 42 (qırx iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: İlkin Zeynalov