Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-846/2022 15.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Cavabdeh qarşı “yaşayış və istifadə hüququnun təmin edilməsi tələbi barədə” iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Ələkli kəndində birgə yaşadıqları ata evində, sonradan qaynı Cavabdeh adına qeydiyyata alınmış fərdi yaşayış evində yaşayış və istifadə hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, “Elektron məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, iddiaçı tərəfindən aidiyyat qaydaları pozulmaqla hazırkı iddia ilə Şərur Rayon Məhkəməsinə müraciət edilmişdir. Ərazi aidiyyatı qaydalarının pozulmasına yol verilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - 40.1-ci maddəsin əsasən ərazi aidiyyat qaydalarının pozulmasına yol verilmir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanı aradan qaldırdıqdan sonra ərazi adiyyatı üzrə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsində əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 12403 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda eyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh qarşı “yaşayış və istifadə hüququnun təmin edilməsi tələbi barədə” iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 12403 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya qərardadda qeyd edilən nöqsanı aradan qaldırdıqdan sonra ərazi adiyyətinə görə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-846/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-846/2022
15.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver