Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-85/2024 15.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4842 manat borc, 1730 manat vurulmuş əlavə ziyan və ödənilmiş 86 manat dövlət rüsumu olmaqla cəmi 6658 (altı min altı yüz əlli səkkiz) manat pulun Cavabdeh alınaraq onun – İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini, tərəfindən cavabdehin qeydiyyat yeri barədə arayışı əldə etmək imkanının olmamasını nəzərə alınaraq müvafiq arayışın Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən əldə edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh onun yaxın qohumu, bibisi Nailənin əri olduğunu, onun ailə qurduqdan sonra da onlarla aralarında yaxın münasibətlər və qohum olaraq bir-birilərinin evinə gediş-gəlişlərinin olduğunu, onun on ildən artıqdır ki, Siyaqut kənd məktəbində tarix müəllimi vəsifəsində işlədiyini, həyat yoldaşı Nümayəndə da həmin məktəbin direktoru vəzifəsində işlədiyini, münasibətləri yaxşı olduğundan bu münasibətə əsaslanaraq cavabdehin dəfələrlə onlardan müxtəlif məbləğlərdə borc pul aldığını və bu borcunu da razılaşdırılmış müddətdə, bəzən isə az müddət ötürməklə ödədiyini, bununla da özünə etibar qazandığını, sonuncu dəfə isə 2020-ci ilin iyun ayında cavabdehin yenə bu etibarında istifadə edərək onlara gəldiyini və təcili olaraq onun on min manata ehtiyacı olduğunu bildirdiyini, onların da ailəliklə qohumları olduğu üçün kömək etməyi özlərin borc bildiklərini, həmin vaxt məlum səbəblərdən cavabdehin həqiqətən də bu pula çox ehtiyacı olduğunu, göstərilən tarixdə yoldaşının adına artıq götürülmüş kredit olduğu üçün, məcburi qaydada onun adına kreditin götürülərək cavabdeh A. Abdullayevə verilməsi barədə razılaşdıqlarını, hansı ki, kredit borcunu cavabdehin aybaay ödəməyi öz öhdəsinə götürdüyünü, bu məqsədlə 2020-ci ilin iyun ayının 23-də onun illik 27 faizlə beş il müddətinə ödəmək şərtilə X6 filialından 7800 manat kredit götürüb elə bankın önündəccə cavabdehə təhvil veridiyini, həmin vaxt onların yanında cavabdehin həyat yoldaşı – bibisi X2 və digər bibisi X1 olduğunu, onların da həmin hadisəyə şahidlik edə biləcəklərini, pul, kredit müqaviləsi və ödəniş cədvəli cavabdehə təhvil veriləndən sonra cavabdehin onlara minnətdarlığını bildirib, bundan sonra kredit məbləğini aybaay özünün ödəyəcəyinə söz verdiyini, həqiqətən də, kredit verilərkən onların müəllim olaraq tətildə olduqlarından və əməkhaqqı almadıqlarından cavabdehin bir neçə ay krediti ödədiyini, bəzən isə arada ödənişi gecikdirdiyində qohum olaraq onun əvəzindən krediti özünün ödədiyini və sonra cavabdehin həmin ödənişi ona geri qaytardığını, sonra bir neçə ayda isə cavabdehin ümumiyyətlə borcu ödəməkdən imtina etdiyini və bu səbəbdən aralarında münasibətlərin pozulduğunu, bununla bağlı cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqların isə heç bir nəticəsinin olmadığını və onun ona olan borcunu ödəməkdən yayınmaqla ona maddi ziyan da vurduğunu, hazırda da cavabdehin ona olan borcunu başqa yolla ala bilmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olduğunu, qalıq kredit məbləği olaraq 4842 manat və onun tərəfindən ödənilmiş 1730 manat olmaqla 6572 ( altı min beş yüz yetmiş iki) manat pulun cavabdeh A. Abdullayevdən alınaraq ona ödənilməli olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında cavabdehin 2023-cü ilin avqust ayına qədər 1230 manat borcunun yarandığını, 2023-cü ilin iyul ayında 530 manat qaytardığını və 730 manat borcunun qaldığını, həmçinin krediti 2023-cü ilin avqust ayından ödənilmədiyini, avqust-noyabr aylarında özünün banka 1020.05 manat ödədiyini, əlavə xərc olaraq cavabdehin əvəzindən 1750.05 manat ödəsədə, iddia tələbi üzrə əlavə xərc olaraq 1730 manatı tələb etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddiaçıdan 7800 manat məbləğində pulu aldığını etiraf etdiyini, aylıq ödənişləri 2020-ci ilin iyun ayından başlayaraq 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar, mart, aprel, may, iyun aylarında iddiaçının kartından çıxıldığını, 2023-cü ilin avqust ayından aylıq ödənişləri ödəmədiyini təsdiq etdiyini, əvvəlki illərdən 1230 manat borcunun qaldığını, həmin puldan 500 manatını qaytardığını, 730 manat borcunun qaldığını, eyni zamanda 2023-cü ilin avqust-noyabr aylarında ödəniş etmədiyini, bu 4 ayı ödəməməyinin səbəbinin onlar arasındakı mübahisə olduğunu, ona zəng edərək krediti təmamilə bağlamağını dediyini, onun da müqavilənin sonunadək ödəyəcəyini, vatından əvvəl ödəməyəcəyini dediyini, on görə də acığa düşüb aylıq kreditləri ödəmədiyini, borcunu etiraf etdiyini və nə olur olsun ödəyəcəyini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin iddianı müdafiə etmələri, cavabdehin isə iddianı etiraf etməsi barədə izahatlarını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 23 iyun 2020-ci il tarixli, GTKR2138100A133 saylı saylı Kredit müaviləsinə Əlavədən - ödəniş qrafikindən aydın olur ki, "xxxx" ASC tərəfindən İddiaçı 60 ay müddətinə, illik 27.84 % dərəcəsilə 7800 manat kredit verilmişdir; - İddiaçı kart hesabından çıxarışdan görünür ki, onun əmək haqqından müxtəlif aylarda kredit borcu üzrə silinmələr aparılmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı “Kapital Bank" ASC Şərur rayon filialından 7800 (yeddi min səkkiz yüz) manat məbləğində kredit götürərək Şərur rayon Qışlaqabbas kənd sakini Cavabdeh vermiş, Cavabdeh aldığı borcu iddiaçıya qaytarmamışdır. Belə olan təqdirdə iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçıya həqiqətəndə 7800 (yeddi min səkkiz yüz) manat borclu olduğunu məhkəmədə etiraf etmiş, onun etirafının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə audio –video qeydiyyatı aparılmışdır. Cavabdeh tərəfindən borc etiraf edildiyindən məhkəmə borcun etirafına dair müvafiq prosessual hərəkətlərin nəticələrini cavabdehə izah edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; http://e-qanun.az/framework/46945 - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı qəbul olunmaqla iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır...; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia tələbi üzrə ödənilmiş 86 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Qışlaqabbas kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 4842 manat borc, 1730 manat vurulmuş ziyan və 86 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 6658 (altı min altı yüz əlli səkkiz) manat məbləğində pul alınaraq Şərur rayon Siyaqut kəndində qeydiyyatda olan və yaşayan İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-85/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-85/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver