Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-86/2023 16.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı X2, Cavabdeh1 nümayəndəsi, eyni zamanda digər cavabdeh Nümayəndə iştirakları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “yaşayış və istifadə hüququnun təmin edilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X7 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1996-cı il tarixdə cavabdeh X9 ilə ailə qurduqdan sonra Şərur rayon Ələkli kəndində birgə yaşadıqları qayınatası Cavabdeh1 adına qeydiyyata alınmış fərdi yaşayış evində yaşayış və istifadə hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı X7 iddia ərizəsində X9 ilə xx.xx.1996-cı il tarixdə el adət-ənənələrinə uyğun olaraq rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, onların bu nikahdan iki övladları - xx.xx.1997-ci il təvəllüdlü X1 və xx.xx.1998-ci il təvəllüdlü X3 doğulduğunu, birgə yaşadıqları müddətdə cavabdeh Şahin Abbasovla və onun valideynləri ilə münasibətlərinin yaxşı olduğunu, hər hansı bir mübahisələrinin olmadığını, ailə təsərrüfatını birgə idarə etdiklərini, ailə qurduqdan sonra 2001-ci ilədək Ələkli kəndində qayınatası Cavabdeh1 Ələkbər oğlunun adına Ələkli kəndində olan fərdi yaşayış evində birgə yaşadıqlarını, 2001-ci ildə isə Ələkli kəndində həyətyanı torpaq sahəsi alıb fərdi yaşayış evi tikərək 2003-cü ilədək həmin fərdi yaşayış evində cavabdehlə birlikdə valideynlərindən ayrı yaşamağa başladıqlarını, daha sonra qaynı Nümayəndə daimi yaşamaq üçün Bakı şəhərinə köçdüyünü, 2003-cü ildə onların həmin torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə 5500 (beş min beş yüz) manata satıb, qayınatası Cavabdeh1 adına Ələkli kəndində olan fərdi yaşayış evini onların adına saldıracaqları barədə razılaşaraq həmin pulu Bakı şəhərində özünə ev alması üçün qaynı Nümayəndə verdiklərini, onların isə həmin vaxtdan yenidən ailəliklə qayınatası Cavabdeh1 adına olan evə köçərək evdə təmirbərpa və əlavə tikinti işləri aparmaqla 02 iyul 2021-ci il tarixədək mübahisəsiz olaraq həmin evdə cavabdeh Şahin Abbasovun valideynləri ilə birlikdə yaşadıqlarını, xx.xx.2022-ci il tarixdə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Şərur rayon Məhkəməsinin 2(110)-76/2022 saylı Qətnaməsinə əsasən cavabdeh X9 ilə aralarında bağlanmış nikah qeydinin pozulduğunu və Şərur rayon Nikah Evindən xx.xx.2022-ci il tarixdə 49 saylı akt qeydi ilə rəsmi qeydiyyatdan keçməklə X6 Şəhadətnamə verildiyini, cavabdehlə aralarında bağlanmış nikah qeydinin xx.xx.2022-ci il tarixdə rəsmi olaraq pozulsa da onların xx.xx.2021-ci il tarixdən cavabdehlə ayrı yaşadıqlarını, onun Ələkli kəndində qardaşının yanında qaldığını, onun başqa qalacaq yeri, yaşayacaq evinin olmadığını, 1996-cı ildə cavabdeh X9 ilə ailə quraraq atası Cavabdeh1 Şərur rayon Ələkli kəndində adına olan fərdi yaşayış evinə gəlin köçdüyünü və 2001-ci ilədək ailəliklə həmin fərdi yaşayış evində yaşadıqlarını, iki il 2001-2003-cü illərdə cavabdehin valideynləri ilə ayrı yaşadıqdan sonra yenidən ailəliklə qayınatası Cavabdeh1 adına olan fərdi yaşayış evinə köçərək cavabdehlə aralarında bağlanmış nikah qeydi pozulanadək mübahisəsiz olaraq həmin evdə yaşadıqlarını, onun 1996-ci ildə el adət-ənənələrinə uyğun olaraq rəsmi nikah qeydiyyatından keçməklə cavabdeh X9 ilə ailə qurduqdan sonra Ələkli kəndində qayınatası Cavabdeh1 adına olan fərdi yaşayış evinə gəlin köçdüyünü və rəsmi olaraq cavabdeh Şahin Abbasovdan boşandıqları bir günə kimi həmin fərdi yaşayış evində mübahisəsiz olaraq birgə yaşadıqlarını, ona görə də Ələkli kəndində cavabdehlə birgə yaşadıqları qayınatası Cavabdeh1 adına Şərur rayon Ələkli kəndində Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış fərdi yaşayış evində mənim yaşayış və istifadə hüququnun təmin edilməli olduğunu hesab etdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X7 məhkəməyə ərizə təqdim edərək ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh1 qarşı “yaşayış və istifadə hüququnun təmin edilməsi” tələbi barədə iddia qaldırdığını, məhkəmə baxışı iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə hazırki mübahisə predmeti olan Şərur rayon Ələkli kəndində yerləşən fərdi yaşayış evinin onun adına qeydə alınmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etdiyini, buna görə də hal-hazırda zərurət yarandığından Nümayəndə da digər cavabdeh kimi işə əlavə edilməsini xahiş etmişdir. Məhkəmə Nümayəndə digər cavabdeh qismində işə cəlb edilməsini qərara almışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X7 iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Nümayəndə izahatında həqiqətəndə iddiaçının qardaşı X9 ilə xx.xx.1996-cı il tarixdə el adət-ənənələrinə uyğun olaraq rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, atası Cavabdeh1 Ələkbər oğlunun adına Şərur rayon Ələkli kəndində olan fərdi yaşayış evinə gəlin köçərək təqribən 2000-ci ilədək həmin evdə yaşadıqlarını, orada yaşadıqları müddətdə iki övladları xx.xx.1997-ci təvəllüdlü X1 və xx.xx.1998-ci il təvəllüdlü X3 doğulduğunu, sonradan qardaşı Fəhradın Şərur rayon Ələkli kəndində olan evinə köçərək 2009-cu ilədək orada yaşadıqlarını, sonradan yenidən atası Cavabdeh1 Ələkbər oğlunun adına Şərur rayon Ələkli kəndində olan fərdi yaşayış evinə köçərək orada yaşamağa davam etdiklərini, xx.xx.2022-ci il tarixdə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Şərur rayon Məhkəməsinin 2(110)-76/2022 saylı qətnaməsinə əsasən iddiaçı ilə qardaşı X9 arasında bağlanmış nikah qeydinin pozulduğunu, iddiaçının qardaşının evinə köçərək orada yaşamağa davam etdiyini, atasının ona məxsus olan hazırki mübahisə predmeti olan evi 2007-ci ildə rəsmi qaydada ona bağışladığını, həmin evi xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyata aldıraraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirdiyini, hazırda onun mülkiyyətində olduğunu, həmin evin iki otaq bir salon və mətbəxdən idarət olduğunu, həmin evdə arvadının və iki uşağının, atasının, anasının, qardaşı Şahinin yaşadığını, iddiaçının orada yaşamağa başladığı təqdirdə bunun mümkün olmayacağını, ailənin bütün üzvlərinin onunla münasibətlərinin pozulduğunu, iddiaçıya iddiasından imtina etməsi müqavilində altı min manat kompensasiya təklif etdiyini, ya da iddiaçı tərəfindən ona iyirmi min manat verəcəyi təqdirdə həmin evi bütünlüklə ona verməyə razı olduğnu, qəbul etmədiyi təqdirdə həmin kompensasiyadan imtina edəcəyini, gələcəkdə məhkəməyə müraciət edərək onun yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini istəyəcəyini, elə olan təqdirdə ona daha aşağı məbləğdə kompensasiya ödəyəcəyini bildirərək məhkəmədən iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 əlavə olaraq izahatında cavabdeh Nümayəndə təklif etdiyi məbləğlə razılaşmadığını, ona on beş min manat məbləğində kompensasiya verəcəyi təqdirdə iddiasından imtina edə biləcəyini, onun iyirmi min manat pulunun olmadığını, iddiasını müdafiə etdiyini bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Nümayəndə iddiaçının tələb etdiyi məbləğin həddən çox olduğunu, həmin evin dəyərinin təqribən on beş - iyirmi min manat dəyərində olduğunu, iddiaçının nə istədiyini özünündə bilmədiyini qeyd edərək məhkəmədən iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatlarına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli, AZ-İ № 401636 nömrəli X6 şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X7 arasında olan nikah 25 iyul 2022-ci il tarixdə pozulmuş və X6 akt qeydi kitabında 49 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Rüstəmova” soyadı verilmişdir; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 03/428 nömrəli məktubundan görünür ki, Ələkli kənd sakini Cavabdeh1 adına Şərur rayon Ələkli kəndində 2107.60 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 75.76 kv.m olan 3 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08.2007-ci il tarixli ******* reystr nömrəli Daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Cavabdeh1 adına Şərur rayon Ələkli kəndində 2107.60 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 75.76 kv.m olan fərdi yaşayış evi mövcuddur; - Cavabdeh1 tərəfindən Şərur rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə məhkəmənin icraatında baxılan 2(110)-890/2022 saylı iş üzrə cavabdeh şəxs qismində xx.xx.2022-ci il tarixdə keçiriləcək məhkəmə hazırlıq iclasında iştirak etməyi ilə bağlı bildiriş aldığını, qeyd olunan bildirişdə oğlu X9 ilə ailəli olan və hazırda rəsmi qaydada boşanmış keçmiş gəlini İddiaçı ona qarşı qaldırdığı yaşayış və istifadə hüququnun təmin olunması barədə iddia ərizəsinə müasnibətini bildirmək üçün nəzərinizə çatdırıram ki, oğlu X9 ilə ailəli olan və hazırda boşanmış İddiaçı ilə ailəli olduqları müddətdə onun yaşadığı ünvanda yox, digər oğlu Fərhad Abbasova məxsus Ələkli kəndində olan fərdi evdə yaşadıqlarını, Fərhadın evi satdıqdan sonra isə onların müxtəlif yerlərdə başqalarına məxsus evlərdə yaşadıqlarını, hazırda isə onun kiçik oğlu Nümayəndə məxsus olan Ələkli kəndində olan fərdi evdə yaşadığını və oğlu X8 da onunla həmin evdə yaşadığını, oğlu Şahin Abbasovun onunla eyni evdə yaşadığı üçün keçmiş gəlinin İddiaçı onun yaşadığı fərdi tikili evdə əsassız olaraq yaşayış və istifadə hüququnun təmin olunması barədə iddia qaldırdığını, İddiaçı onun yaşadığı sizin tərəfinizdən evdə yaşayış və istifadə hüququnun təmin olunması barədə qərar qəbul edilərsə bunun ilkin növbədə qanunsuz və əsassız sayıla biləcəyini, ona görə ki, həmin mənzilin ona yox kiçik oğlu Nümayəndə məxsus olduğunu, ikinci cəhətdən cavabdehin onun yaşadığı evdə yaşayış və istifadə hüququnun təmin olunmasının onun səhhətinə ciddi zərər vura biləcəyini, ona görə ki, onun 82 yaşında olduğunu, oğu Şahin Abbasovun da onunla eyni evdə yaşadığını, cavabdehin onun oğlu ilə eyni evdə yaşamasının qeyri-mümkünsüz olduğunu, oğlu Şahin Abbasov və keçmiş gəlini İddiaçı arasında ailə münasibətlərinin tam pozulduğuna görə onların rəsmi qaydada boşandığını, hazırda isə onların eyni evdə, eyni həyətdə yaşamalarının qeyri mümkün olduğunu, lakin keçmiş gəlini İddiaçı onun yaşadığı evdə yox digər yerlərdə Naxçıvan şəhərində, Şərur rayonunda və yaxud Şərur rayonun hər hansı kəndlərində kirayədə yaşamasını təmin etmək barədə qərar qəbul etməyinizə etirazının olmadığını, əgər keçmiş gəlini İddiaçı onun digər evlərdə yaşayışını təmin etməyini qəbul edərsə, onun 3 (üç) il müddətində kirayə pulunu onun tərəfindən qarşılanacağını bildirmişdir; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli **********05-10301 reystr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, mübahisə predmeti olan Şərur rayon Ələkli kəndində 2108 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 75.76 kv.m olan fərdi yaşayış evi haliyədə Nümayəndə adına qeydiyyata alınmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1996-cı il tarixdə el adət-ənənələrinə uyğun olaraq X9 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, iddiaçı keçmiş qayınatası Cavabdeh1 tərəfindən Şərur rayon Ələkli kəndində hazırkı mübahisə predmeti olan yaşayış evinə qeydşərtsiz gəlin köçürülməklə orada yaşamış və həmin evdə onlarla bərabər birgə yaşamaqla təsərrüfatı birgə idarə etmiş, həmin yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək ixtiyarına malik olmuşdur. Həmçinin iddiaçının uşaqları da Şərur rayon Ələkli kəndində yerləşən mübahisəli fərdi yaşayış evində yaşadığı dövrdə doğulmuşlar. Eyni zamanda cavabdeh Nümayəndə məhkəmə iclasında verdiyi izahatında da bunu etiraf etmişdir. Haliyədə hazırkı mübahisə predmeti olan yaşayış sahəsi cavabdeh Nümayəndə mülkiyyətindədir. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı haliyədə Nümayəndə mülkiyyətində olan Şərur rayon Ələkli kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququ verilməlidir Məhkəmə onu qeyd etməyi zəruri hesab edirki, iddia tələbi üzrə İddiaçı iddia tələbindəki “yaşayış və istifadə hüququnun tanınması” tələbi məhkəmə tərəfindən “yaşayış sahəsindən istifadə hüququ kimi qəbul olunur və bu cür başa düşülməsinin düzgün olması qənaətinə gəlir. Məhkəmə mübahisənin həlli ilə bağlı hansı maddi hüquq normasının tədbiq ediləcəyini müzakirə edərək belə nəticəyə gəlir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək yarandığından mübahisənin həlli zamanı 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tədbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxıldığı zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş): - 123-cü maddəsinin tələbinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər; - 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; - 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer uzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer uzrə qeydiyyata alınmalıdır; - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mulkiyyətci kimi icarə və kirayə muqaviləsi uzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməyə müraciət etməsi ilə əlaqədar iddiaçı X7 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X5 haliyədə cavabdeh Nümayəndə mülkiyyətində olan Şərur rayon Ələkli kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququ verilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar iddiaçı X7 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-86/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-86/2023
16.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver