Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-874/2021 23.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********50279 olan X2 markalı telefon və Xiaomi Redmi markalı qulaqlıq üçün 40 manat ödənilməmiş hissə, 4 manat cərimə, ümumilikdə 44 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin araşdırılması zamanı məlum olmuşdur ki, "xxxx" MMC cavabdehə malı saz və ya korlanmamış vəziyyətdə geri qaytarması, bu mümkün olmadıqda isə həmin malıın dəyərini könüllü ödənilməsi ilə bağlı əvvəlcədən hər hansı bir rəsmi xəbərdarlıq etmədən (pretenziya qaydasına riayət etmədən) birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada keçirilən məhkəmə baxışında yol verilir. Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarının tədqiqindən aydın olur ki, tərəflər arasında bağlanmış 12.11.2019cu il tarixli 01045188 nömrəli alqı satqı müqaviləsinə əsasən: - 2.2, 2.3 və 3.7-ci bəndlərindən aydın olur ki, müqavilənin predmeti təşkil edən mala dair məlumat və malın qiyməti həmin müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malları ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; - 2.4-cü bəndə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir; -2.5-ci bəndə görə müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri yerinə yetirildiyi təqdirdə mala mülkiyyət hüququ müştəriyə keçir; -2.6 və 2.7-ci bəndlərdə qeyd edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamı ilə mala mülkiyyət hüququ müştəriyə keçir. Müqavilənin əlavəsinə əsasən bütün ödəmələr mal müştərinin mülkiyyətinə keçənədək avans kimi qəbul edilir; -3.1 və 3.2-ci bəndlərin tələbinə görə müştəri müqavilənin şərtlərini pozduğu halda malı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə geri qaytarmalıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 3.1-ci bənddə müəyyən edilmiş qaydada qaytarılmış malın, həmçinin 3.15-ci bənddəki hala aid olan malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib müştərinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir; -3.11-ci bəndə əsasən müştəri 2.1-ci bənddə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öhdəliklərini pozarsa, hər hansı bir səbəbdən onu qaytararsa və ya başqa formada mala dəyişərsə, bu zaman güzəştli şərtlərlə (ödənişsiz) əldə etmiş olduğu malı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin malı müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə qeyd edilmiş dəyərini tam şəkildə ödəməlidir; - 4.3-cü bənd ilə müəyyən edilir ki, müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir. Müqaviləyə edilmiş əlavələrin 2-ci, 3-cü və 5-ci bəndlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür. Müştəri ödəniş cədvəlinin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə malı geri qaytarır , bu zaman mal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özü və ya onun müəyyənləşdiriyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. Müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 51 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Belə ki müqavilənin şərtlərinin təhlil edərək belə nəticəyə gəlmək olur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı müqavilədə nəzərdə tutulan əşyanı cavabdehdə verməyi öhdəsinə götürür, cavabdeh isə müqaviləyə uyğun olaraq razılaşdırılmış haqqı iddiaçıya ödəməyi öhdəsinə götürür. Cavabdeh icbari ödənişləri ödədikdən sonra iddiaçı əşyanı ona təqdim edir. Müqavilənin tam şərtləri yerinə yetirilənə qədər əmlak iddiaçının mülkiyyətin hesab olunur. Cavabdeh müqavilənin şərtlərini pozduğu halda cavabdeh əşyanı iddaçıya geri qaytarmalıdır. Cavabdeh müqavilənin şərtlərini pozduğu halda iddiaçının tələbi ilə əşyanı saz və korlanmış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda isə müqaviləyə uyğun olaraq əşyanın dəyərini tam şəkildə ödəməlidir. Yuxarıda qeyd etdiklərimizə əsasən iddiaçı ilk növbədə cavabdehdən əşyanı saz və ya korlanmış vəziyyətdə tələb etməlidir, lakin iş materiallarında əşyanın cavabdehdən geri qaytarılması tələb etməsi və əşyanın geri qaytarılmasının mümkünsüzlüyünü təsdiq edəcək hər hansı sübut öz əksini tapmamışdır. Bununla da iddiaçı pretenziya qaydasına əməl etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin baxılmamış saxlanılması iddiaçı tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni baxılmamış saxlayarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, iddiaçı tərəfindən 16.11.2021-ci il tarixli ********* nömrəli qəbzə əsasən Mərkəzi Bank vasitəsilə X1 ödədiyi 30 (otuz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçının nümayəndəsi tərəfindən 16.11.2021-ci il tarixli ********* nömrəli qəbzə əsasən Mərkəzi Bank vasitəsilə X1 ödədiyi 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-874/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-874/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver