Məhkəmə qərarları › İş №2(110)-875/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-875/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-875/2021 03.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin cavabdeh X2 qarşı “pul tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.01.2021-ci il tarixli müqaviləsinə əsasən Xiaomi Redmi markalı qulaqlıq üçün 69.6 (altmış doqquz manat, altmış qəpik) ödənilməmiş hissə, 6 (altı) manat cərimə; 13.01.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********69927 olan X5 9 markalı telefon üçün 610.8 (altı yüz on manat, səksən qəpik) manat ödənilməmiş hissə, 61 manat cərimə, ümumilikdə 747.4 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyindən, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında bağlanmış 13.01.2021-ci il tarixli, 22207840 nömrəli və 14.01.2021-ci il tarixli, 22211847 nömrəli Müqavilələrin 4.1-ci bəndlərində qeyd edilmişdir ki, bu müqavilədən irəli gələn mübahisəli məsələlər tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Əks halda yaranan mübahisələr AR-nın məhkəmə sistemində AR-nın qanunvericiliyinə uyğun həll edilir. Həmin Müqavilələrin 3.11-ci bəndlərində qeyd edilmişdir ki, Müştəri 2.1-ci bənddə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öz öhdəliklərini pozarsa hər hansı səbəbdən onu (onları) qaytararsa və ya başqa növ/model mala dəyişdirərsə bu zaman güzəştli şərtlərlə (ödənişsiz) əldə etmiş olduğu malı ABC-nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda iş həmin malın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. Qeyd olunan müqavilələrin tələbindən də göründüyü kimi iddiaçı əvvəlcə cavabdehdən malın saz və korlanmamış vəziyyətdə ona qaytarılmasını tələb etməli, onun bu tələbi cavabdeh tərəfindən yerinə yetirilmədikdən sonra malın tam dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı "xxxx" MMC tərəfindən müqavilələrin şərtlərinə müvafiq olaraq məhkəməyə müraciət edərkən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət etməyərək cavabdehdən malın saz və korlanmamış vəziyyətdə ona qaytarılmasını tələb etməsinə dair hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhz buna görə də, iddia ərizəsinə məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.03.2011-ci il tarixli, 3 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə maddəsinə əsasən, İddiaçı MMC tərəfindən 16.11.2021-ci il tarixli, ********* №li qəbzlə X4 vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaşəya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı MMC-nin cavabdeh X2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən 16.11.2021-ci il tarixli, ********* №li qəbzlə X4 vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar