Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-886/2024 16.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin 2(110)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq bir uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla iki uşağa görə 470 (dörd yüz yetmiş) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh arasında 2005-ci il tarixdə bağlanmış nikah qeydi xasiyyətlərinin gəlməməsi səbəbindən Şərur rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)- 23/2020 saylı qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan doğulmuş azyaşlı uşaqlarımız xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yaşayış yerlərinin mənim yanımda saxlanılması və azyaşlı uşaqlarımız yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa görə 90 manat olmaqla hər ay üç uşağa görə 270 manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq mənim xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. aHaBildirirəm ki, cavabdehin bu günə kimi ödədiyi alimentin məbləği “Yaşayış minimumu haqqənda ”Azərbaycan Respublikası Qanununa əsasən ölkədə uşaqlar üçün müəyyən olunmuş minimum dolanışacaq məbləğindən çox aşağıdır. Cavabdeh aliment ödəməkdən başqa uşaqların digər xərcləri ilə maraqlanmır. Artıq uşaqlar böyüyüb Sevginin 19 yaşı var və X2 ödənişli əsaslarla oxuyur, Muradın 11, Arzunun isə 9 yaşı var, onlar orta məktəbdə oxuyurlar və gündəlik zəruri tələbatları da yetərincə artıb. Uşaqlar böyüdükcə ata qayğısına daha çox ehtiyacları olmasına baxmayaraq Cavabdeh aliment ödəməkdən başqa uşaqlara heç bir diqqət və qayğı göstərmir, uşaqların digər tələbatları ilə maraqlanmır, alimenti vaxtlı-vaxtında ödəmir, ödədiyi alimentin miqdarı isə uşaqların gündəlik tələbatını qarşılamağa yetmir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə mən çəkirəm. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını qarşılamaq tək qadın olaraq iddiaçı üçün çox çətindir. Ona görə də hesab edirəm ki, azyaşlı uşaqlarımızın saxlanılması üçün Şərur rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-23/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkədə üşaqlar üşün müəyyən olunmuş yaşayış minimumuna uyğun artırılaraq bir uşağa görə 235 manat olmaqla iki uşağa görə hər ay 470 manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq mənim xeyrimə ödənilməsini istəyirəm. Cavabdehlə aramızda olan, ailə münasibətlərindən irəli gələn alimentin məbləğinin artırılması tələbinə dair mübahisənin Məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdim. İlkin mediasiya sessiyasında cavabdeh Zaur Vədəyevlə razılığa gələ bilmədik. Ona görə də Mediasiya Təşkilatı tərəfindən 16 avqust 2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞN/24-B-1063 saylı arayış verildi. Ona görə də Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında ötən müddət ərzində qızı Sevginin yetkinlik yaşına çatdığını, Ali məktəbdə oxuduğunu, ödənişli təhsil aldığını, digər iki uşağının böyüdüyünü, onların saxlanılmaları üçün xərclərin artdığını, bu səbəbdən də, ödənilən alimentin məbləğinin uşaqların tələbatını ödəmədiyini, hətta özü də orta məktəbdə müəllimə işləyərək əmək haqqı alsada yenə də uşaqların normal qidalanmasına, istirahətini təmin etməyə maddi imkanının çatmadığını, uşaqların atası Cavabdeh alimentdən başqa uşaqların digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, Şərur rayon X1 yaşıllıq sahəsində fəhlə işlədiyini, 333.36 manat əmək haqqı aldığını, banka kreditinin olduğunu, həmçinin ikinci dəfə evləndiyini, aldığı əmək haqqı ilə ailələsinin tələbatını ödəyə bilmədiyini, alimentin artırılması onun maddi vəziyyətini çətinləşdirəcəyini, buna baxmayaraq hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat aliment ödəyə biləcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasındakı nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə tarixdə 38 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Bağırova” soyadı verilmişdir; - Şərur Rayon Məhkəməsinin 2(110)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilməklə İddiaçı ilə Cavabdeh arasındakı 08 noyabr 2005-ci il tarixli 19 nömrəli nikah pozulması, nikahın pozulmasından sonra 03 aprel 2005-ci ildə doğulmuş X10, 13 iyul 2013-cü ildə doğulmuş X11 və 15 dekabr 2015-ci ildə doğulmuş X8 anası İddiaçı yanında qalması müəyyən edilməsi, Şərur rayon Siyaqut kəndində qeydiyyatda olan Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat miqdarında aliment alınaraq 19 avqust 2019-cu il tarixdən hesablanmaqla 03 aprel 2005-ci ildə doğulmuş X7, 13 iyul 2013-cü ildə doğulmuş X6 və 15 dekabr 2015-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün analarıı Şərur rayonu, Şahbulaq kəndində yaşayan İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir; - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2015-ci il təvəllüdlü X5 valideyinləridir; - Şərur Rayon Siyaqut kənd inizbati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2018ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2013-cü il təvəllüdlü X6 valideyinləridir; - Şərur Rayon Siyaqut kənd inizbati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2018ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə tərəflər - xx.xx.2005-ci il təvəllüdlü X7 valideyinləridir; - Şərur rayon Komunal müəssisələr Kombinatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 89 nömrəli arayışdan görünür ki, Cavabdeh Şərur rayon X1 yaşıllıq sahəsində fəhlə işləməklə sosial haqlar tutulduqdan sonra 333.36 manat əmək haqqı alır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 2(110)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Şərur rayon Siyaqut kəndində qeydiyyatda olan Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat miqdarında aliment alınaraq 19 avqust 2019-cu il tarixdən hesablanmaqla 03 aprel 2005-ci ildə doğulmuş X7, 13 iyul 2013-cü ildə doğulmuş X6 və 15 dekabr 2015-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün analarıı Şərur rayonu, Şahbulaq kəndində yaşayan İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, məhkəmə baxışı iclasında verdiyi izahatında, ali məktəbdə oxuduğunu, ödənişli təhsil aldığını, digər iki uşağının böyüdüyünü, onların saxlanılmaları üçün xərclərin artdığını, bu səbəbdən də, ödənilən alimentin məbləğinin uşaqların tələbatını ödəmədiyini, hətta özü də orta məktəbdə müəllimə işləyərək əmək haqqı alsada yenə də uşaqların normal qidalanmasına, istirahətini təmin etməyə maddi imkanının çatmadığını, uşaqların atası Cavabdeh uşaqların alimentdən başqa digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşaqların yaş həddini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, uşaqların anasının yanında qalmaqla bütün qayğılarının onun tərəfindən çəkilməsini, cavabdehin fəhlə işləməklə 336.36 manat əmək haqqı almasını, iddiaçının özünün də işləməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)- 23/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artırılması özlüyündə müəyyən meyar kimi çıxış edərək alimentin artırılması üçün yeni əsasın yaranmasına dəlalət edir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 100 manatdır ki, bu da il ərzində 1200 manat (100x12) təşkil etdiyindən buna müvafiq olaraq da 31.20 (otuz bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu, Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 31.20 (otuz bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev