Məhkəmə qərarları › İş №2(110)-888/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-888/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-888/2023 25.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun yəni İddiaçı xeyrinə 3460 (üç min dörd yüz altmış) manat məbləğində pulun, həmçinin ödəilmiş 55 (əlli beş) manat dövlət rüsumunun əvəzinin pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun xx xxxxxxxx 1959-cu il tarixdə Ağdam rayonunun İlxıçı kəndində anadan olduğunu, hazırda isə Bakı şəhəri, Binəqədi rayonu, rəsulzadə qəsəbəsi, sıra-1, ev 79da yaşadığını, Cavabdeh 2022-ci ildə ondan öz ehtiyacları üçün 3500 (üç min beş yüz) manat borc pul aldığını və onun bu barədə 2022-ci ilin fevral ayının 11-də öz əli ilə qəbz yazıb ona verdiyini, qəbzdə Cavabdeh həmin pulu 1 mart 2024-cü il tarixinədək tamamilə qaytaracağına söz versə də onun həmin borcdan cəmisi 40 manat qaytardığını (1 may 2022-ci il tarixində), Cavabdeh 2014-cü il tarixdən tanıdığını, onun ailəsi ilə birlikdə qonşuluqda kirayədə yaşadığını, münasibətlərinin hər zaman yaxşı olduğunu, indi də yaxşı olduğunu, onun ürək xəstəsi olduğunu, onun ona 3890 manat borcu olduğunu, ona borclu olduğu zaman sağlamlığının pisləşdiyini, onun ürəyinə stend qoyulduğunu, stend qoyulması ilə bağlı xeyli pul xərclədiyinə görə onunda ona güzəştə getdiyini, ona olan 3890 manat borcundan 390 manatını ona bağışladığını, ondan əvvəldə ona borclu olduğu 260 manat borcunu bağışladığını, ona borclu ola-ola bəzən ona təcili ehtiyacları üçün kiçik miqdarda borc pulda verdiyini, Cavabdeh borcunu qaytarmaq istəmədiyini, onun öz fərdi minik maşını ilə taksi fəaliyyəti ilə məşğul olduğunu, həqiqətəndə onun borcunu qaytarmaq niyyəti olsaydı onu yavaş-yavaş ayda 120-150 manat olmaqla qaytara biləcəyini bildirmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda Cavabdeh qarşı iddiası ilə bağlı xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə dilməyəcəyini, işə onun iştirakı olmadan baxıb iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh yazdığı 11 fevral 2022-ci il tarixli qəbzdə bildirmişdir ki, mən Cavabdeh İddiaçı öz ehtiyacları üçün 3500 (üç min beş yüz) manat borc pul alıb, həmin məbləği 2024-cü ilin mart ayının 1-nə qədərə qaytaracağam. Odur ki, bu qəbzi yazıb imzamla təsdiq edirəm; - xx.xx.2023-cü il tarixli 24155 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Baş ofisi vasitəsilə dövlət büdcəsinə 55 (əlli beş) manat rüsum ödəmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan qəbzlə Cavabdeh İddiaçı 3500 ( üç min beş yüz) manat borc pul almışdır və həmin borcu 2024-cü ilin mart ayının 1-nə kimi ödəyəcəyinə söz vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin səhhətində yaranmış problemlərlə əlaqədar onun ödəmə qabiliyyətinin olmaması qənaətinə gələrək ona olan borcunu ödəmək niyyətinin olmadığını anladığından, ümumiyyətlə cavabdeh aldığı pulu qaytarmasına dair heç bir təminat verə bilmədiyindən iddiaçı pulun vaxtından əvvəl qaytarılmasını cavabdehdən tələb etməklə haqlı olmuşdur. Ona görə də, Cavabdeh öz risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, 3460 (üç min dörd yüz altmış) manat məbləğndə borc ondan alınaraq İddiaçı ödəməlidir. Belə ki, Azərbaycan Respublikasınin Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 428.4-cü maddəsinə əsasə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan və iddiaçı ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etdiyindən, ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Mahmudkənd sakini Cavabdeh 3460 (üç min dörd yüz altmış) manat borc və 55 (əlli beş) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3515 (üç min beş yüz on beş) manat məbləğində pul alınaraq ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar