Məhkəmə qərarları › İş №2(110)-9/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-9/2022

13.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-9/2022 13.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış və istifadə hüququnun tanınması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Eyvazova (Məmmədova) Südabə Rəcəb qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Şərur rayonu Danyeri kəndindəki Cavabdeh2 adına olan evdən yaşayış və istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı “mülkiyyətində olan evin istifadəsinə olan maneələrin aradan qaldırılması və evdən məcburi çıxarılması” tələbinə dair mülki iş üzrə məhkəmənin qətnaməsi qüvvəyə minənə qədər hazırkı işin icraatı“Şərur Rayon Məhkəməsinin 2(110)-460/2019 nömrəli, 23.07.2019-cu il tarixli qərardadı ilə dayandırılmışdır. İddiaçı Eyvazova (Məmmədova) Südabə Rəcəb qızı 05.04.2022-ci il tarixdə Şərur Rayon Məhkəməsinə ərizə ünvanlayaraq ərizəsində onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış və istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işin icraatı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı “mülkiyyətində olan evin istifadəsinə olan maneələrin aradan qaldırılması və evdən məcburi çıxarılması” tələbi barədə mülki iş üzrə məhkəmənin qətnaməsi (qərardadı) qüvvəyə minənə qədər Şərur Rayon Məhkəməsinin 2(110)-460/2019 nömrəli, 23.07.2019-cu il tarixli qərardadı ilə dayandırılmışdır. Hal-hazırda cavabdehlərlə aralarındakı mübahisəni məhkəmədən kənar öz aralarında həll etməkləri məqsədilə onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış və istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işin icraatının təzələnməsini və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasının iş üzrə tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanması xahiş etmiş, cavabdeh isə məhkəmə baxışında iştirak etməməklə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçı Eyvazova (Məmmədova) Südabə Rəcəb qızı tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsi ilə 07.03.2019-cu il tarixdə TT**********40910 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Eyvazova (Məmmədova) Südabə Rəcəb qızı tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsi ilə 07.03.2019-cu il tarixdə TT**********40910 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı Eyvazova (Məmmədova) Südabə Rəcəb qızına izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar