Məhkəmə qərarları › İş №2(110)-901/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-901/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-901/2021 24.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4813.19 AZN əsas məbləğ üzrə, 51.57 AZN faiz borcu olmaqla cəmi 4864.76 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 68.65 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 6920rstBANK/19 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 4817.13 AZN məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə “Bank” Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə müştərinin mülkiyyətinə verdiyini, həmçinin ona bank hesabları açdığını və Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürdüyünü, lakin cavabdehin müqavilənin bu şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd edərək, cavabdehdən iddiaçının xeyrinə 4813.19 AZN əsas məbləğ üzrə , 51.57 AZN faiz borcu olmaqla cəmi 4864.76 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 68.65 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Eyni zamanda 10 dekabr 2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş 24.12.2019-cu il tarixli, 6920rstNANK/19 nömrəli Güzəştli Kredit və X1 aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" KB ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Bank” “Azərbaycan Respublikasındafiziki şəxslərin probremli kreditlərinin həlli ilə bağlı əıavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli551 nömrəli Fərmanına uyğun olaraq restruktrizasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstrilən qalıq məbləğini, 1.3-cü bəndində göstərilən müddətdə və faizlə Müştərinin mülkiyyətinə verir, həmçinin ona bank hesabı açır və Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.1-ci və 1.3-cü bəndlərinə əsasən “Bank” “Müştəri”yə 4817.13 AZN məbləğində krediti 60 ay müddətinə, 12 ay güzəşt müddəti ilə, illik 1% ödəmək şərtilə verir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən kreditin məqsədli təyinatı 28.09.2013-cü il tarixli 1056sXLQ/13 nömrəli kredit müqaviləsi, 13.10.2014-cü il tarixli 6423nkXLQ/14saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun 4813.19 (dörd min səkkiz yüz on üç manat, on doqquz qəpik) manat qalıq məbləğinin ödənilməsidir. Həmin Müqavilənin 1.6-cı bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin “Müştəri” tərəfindən “Bank”a qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən olunur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən “Müştəri” kreditin kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Müştəri”yə qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 0.02 % miqdarında cərimə tətbiq edilir. Həmin Müqavilənin 3.5.- ci bəndinə əsasən “Müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Müştəri” maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə, yaxud “Müştəri” tərəfindən verilən məlumatların və tətbiq etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, üçüncü şəxslər tərəfindən “Müştəri”ın bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi bağlandıqda, kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə Bank bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Müştəri”dən tələb edə bilər. İş materiallarına əlavə olunmuş 24.12.2019-cu il tarixli, 6920rstNANK/19 nömrəli Güzəştli Kredit və X2 1 saylı əlavədən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə, 12 aylıq güzəşt müddəti, illik 1 faiz dərəcəsi ilə 4817.13 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 24.01.2020 – 24.12.2020 tarixləri ərzində ayda 4.01, 4.02 manat, 24.01.2021 - 24.11.2024-cü il tarixdə 103 manat, 24.12.2024-cü il tarixində isə 74.56 manat olmaqla, cəmi 4963.73 manat pulu "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 26.11.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 26 noyabr 2021-ci il tarixə Cavabdeh Banka 4813.19 (dörd min səkkiz yüz on üç manat, on doqquz qəpik) manat əsas borc, 51.57 (əlli bir manat, əlli yeddi qəpik) manat faiz borcu və cəmi 4864.76 (dörd min səkkiz yüz altmış dörd manat, yetmiş altı qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, müqavilənin 1.2 və 1.3-cü bəndində qeyd olunduğu kimi Borclunun əvvəlki borclarının silinməsi müqabilində onun bank hesabına 4817.13 manat məbləğində pul köçürülmüş, eyni zamanda 24.12.2019 - 29.11.2021-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh ayrı-ayrı vaxtlarda onun adına Bankda açılmış hesabdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş 13.08.2021-ci il tarixli, ********* nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X3 vasitəsi ilə Dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 30 (otuz) manat və 26.11.2021 saylı ********* nömrəli mədaxil qəbzinin surətinə əsasən isə 38.65 (otuz səkkiz manat, altmış beş qəpik) rüsum ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış 24.12.2019-cu il tarixli, 6920rstNANK/19 nömrəli Güzəştli Kredit və X2 əsasən “Bank” “Müştəri”nin banka olan əvvəlki borclarını restruktrizasiya etmək məqsədi ilə 60 ay müddətinə, 12 ay güzəşt müddəti, illik 1% ödəmək şərtilə 4817.13 AZN məbləğində krediti “Müştərinin" mülkiyyətinə verir və ona bank hesabı açır, “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Güzəştli Kredit və X2 1 saylı əlavədən görünür ki, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 24.01.2021 - 24.11.2024-cü il tarixdə 103 manat, 24.12.2024-cü il tarixində isə 74.56 manat olmaqla, cəmi 4963.73 manat pulu "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürsədə, lakin o, müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun “Bank”a əsas borc üzrə 4813.19 (dörd min səkkiz yüz on üç manat, on doqquz qəpik) manat, faiz borcu üzrə 51.57 (əlli bir manat, əlli yeddi qəpik) manat olmaqla, cəmi 4864.76 (dörd min səkkiz yüz altmış dörd manat, yetmiş altı qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh əsas borc üzrə 4813.19 (dörd min səkkiz yüz on üç manat, on doqquz qəpik) manat, faiz borcu üzrə 51.57 (əlli bir manat, əlli yeddi qəpik) manat olmaqla, cəmi 4864.76 (dörd min səkkiz yüz altmış dörd manat, yetmiş altı qəpik) manat məbləğində pul tutularaq "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 68.65 (altmış səkkiz manat, altmış beş qəpik) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 24.12.2019-cu il tarixli, 6920rstNANK/19 nömrəli Güzəştli Kredit və X2 əsasən əsas borc üzrə 4813.19 (dörd min səkkiz yüz on üç manat, on doqquz qəpik) manat, faiz borcu üzrə 51.57 (əlli bir manat, əlli yeddi qəpik) manat, cəmi 4864.76 (dörd min səkkiz yüz altmış dörd manat, yetmiş altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 68.65 (altmış səkkiz manat, altmış beş qəpik) manat olmaqla, ümumilikdə 4933.41 (dörd min doqquz yüz otuz üç manat, qırx bir qəpik) manat məbləğində pul tutularaq "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar