Məhkəmə qərarları › İş №2(110)-909/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-909/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-909/2021 28.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh əsas borcu 1682.0 (bir min altı yüz səksən iki) manat, cərimə borcu 252.30 (iki yüz əlli iki manat, 30 qəpik) həmçinin ərizəyə görə ödənilmiş 39.74 (otuz doqquz manat, yetmiş dörd qəpik) dövlət rüsumunun əvəzi ümumilikdə 1974.04 (bir min doqquz yüz yetmiş dörd manat 04 qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərtilə 1892.00 AZN (bir min səkkiz yüz doxsan iki manat 00 qəpik) manat məbləğində kredit verildiyini və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 08 yanvar 2021-ci il tarixli 026-EMB-0004-21 saylı kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan“ müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tələb edə biləcəyini, kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödəilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməli olduğunu, hal-hazırda kredit müqavilsinin şərtlərinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 17.11.2021-ci il tarixə əsas borcu 1682.00 (bir min altı yüz səksən iki manat 00 qəpik), cərimə borcu 252.30 (iki yüz əlli iki manat, 30 qəpik) ümumi borcunun 1974.04 (bir min doqquz yüz yetmiş dörd manat 04 qəpik) təşkil etdiyini, bu borcunda cavabdeh tərəfindən ödənilməsinin təmin edilmədiyini, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehə 02 iyun 2021-ci il tarixli, 15306/21 saylı pretenziya (xəbərdarlıq) məktubunun da göndərildiyini, göründüyü kimi cavabdehin müqavilənin şərtlərini pozduğunu və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid edənlərdən haqı çatanlardan məhrum etdiyini qeyd edərək, Cavabdeh əsas borcu 1682.00 (bir min altı yüz səksən iki manat 00 qəpik) manat, cərimə borcu 252.30 (iki yüz əlli iki manat, 30 qəpik) həmçinin ərizəyə görə ödənilmiş 39.74 (otuz doqquz manat, yetmiş dörd qəpik) dövlət rüsumunun əvəzi ümumilikdə 1974.04 (bir min doqquz yüz yetmiş dörd manat 04 qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 10 dekabr 2021-ci il tarixdə Cavabdeh mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş 08 yanvar 2021-ci il tarixli 026-EMB-0004-21 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı BOKT "xxxx" QSC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a X1 istehlak mallarını almaq məqsədilə 1892.00 AZN (bir min səkkiz yüz doxsan iki manat 00 qəpik) məbləğində istehlak kreditə verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən alınmış məişət texnikası 1 ədəd yataq dəsti 020 Madeyra/180041 Fiesta, 1 ədəd qoaq dəsti 020/ Madeyra/250226, 1 ədəd Royal Masa mexanizm, 6 ədəd Neon stul, döşəklər 020 Madeyra/009180, 1600 x 2000 x 160 -Ecosoft “Borcverən”in xeyrinə girov qoyulur. Girov predmeti “Borcalan”da qalır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kredit “Borcalan”a kreditdən istifadə haqqı illik 0% hesablanmaqla 18 ay müddətinə verilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan“bu müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “Borcverən”ə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 17.11.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 17 noyabr 2021-ci il tarixə Cavabdeh Banka əsas borcu 1682.0 (bir min altı yüz səksən iki) manat, cərimə borcu 252.30 (iki yüz əlli iki manat, 30 qəpik) ümumilikdə ümumilikdə 1934.30 (bir min doqquz yüz otuz dörd manat otuz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 08 yanvar 2021-ci il tarixli 026-EMB-0004-21 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən BOKT "xxxx" QSC tərəfindən Cavabdeh illik 0 faiz dərəcəsi ilə 18 ay müddətinə 1892.00 AZN (bir min səkkiz yüz doxsan iki manat 00 qəpik)manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti 08.02.2021 – 08.06.2021 tarixləri ərzində ayda 105 manat, 08.07.2022 tarixində isə 107 manat olmaqla, cəmi 1892.0 manat pulu BOKT "xxxx" QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ********* nömrəli, 12.11.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, BOKT “Embafinans“ QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 39.74 (otuz doqquz manat, yetmiş dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunu 3 gün ərzində ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli 026-,EMB-0004-21 saylı kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə illik faiz dərəcəsi 0% olmaqla 18 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə məişət texnikası olan 1 ədəd yataq dəsti 020 Madeyra/180041 Fiesta, 1 ədəd qoaq dəsti 020/ Madeyra/250226, 1 ədəd Royal Masa mexanizm, 6 ədəd Neon stul, döşəklər 020 Madeyra/009180, 1600 x 2000 x 160 -Ecosoft almaq üçün 1892.0 (bir min səkkiz yüz doxsan iki) manat məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışdır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilməmişdir. Borclunun 08 yanvar 2021-ci il tarixli 026-EMB-0004-21 saylı kredit müqaviləsinə görə 17.11.2021-ci il tarixə iddiaçı cəmiyyətə əsas borcu 1682.0 (bir min altı yüz səksən iki) manat. cərimə borcu 252.30 (iki yüz əlli iki manat, otuz qəpik) manat olmaqla, ümumilikdə 1934.30 (bir min doqquz yüz otuz dörd manat otuz qəpik) manat məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh X4 Kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borc və cərimənin tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Beləliklə də, hesab edirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli və Cavabdeh əsas borc üzrə 1682.0 (bir min altı yüz səksən iki) manat, cərimə olaraq 252.30 (iki yüz əlli iki manat, otuz qəpik) manat, cəmi 1934.30 (bir min doqquz yüz otuz dörd manat otuz qəpik) manat pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 39.74 (otuz doqquz manat, yetmiş dörd qəpik) dövlət rüsumunun əvəzi də cavabdehdən Cavabdeh alınaraq iddiaçı cəmiyyətin xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 284-1-284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 1682.0 (bir min altı yüz səksən iki) manat, cərimə olaraq 252.30 (iki yüz əlli iki manat, otuz qəpik) manat, cəmi 1934.30 (bir min doqquz yüz otuz dörd manat otuz qəpik) manat və 39.74 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1974.04 (bir min doqquz yüz yetmiş dörd manat dörd qəpik) manat borc pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar