Məhkəmə qərarları › İş №2(110)-915/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-915/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-915/2021 28.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddi ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.04.2021-ci il tarixli 320243-CNS-21465 saylı nağd pul krediti müqaviləsinə əsasən 18.11.2021-ci il tarixinə banka borclu olduğu 2.675.59 AZN məbləğində əsas borc, 315.82 AZN məbləğində faiz borcu, 185.90 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3177.31 AZN pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 51.77 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh (bundan sonra Cavabdeh) oğlu arasında 13.04.2021-ci il tarixli 320243-CNS-21465 saylı “Nağd pul kredit müqaviləsinin” bağlandığını və 23 faiz hesablanması şərti ilə 60 ay müddətinə 2700 AZN məbləğində kredit borcunun qaytarılmasını cavabdehin öz üzərinə götürdüyünü, lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etmədiyini və bunun nəticəsində cavabdehin banka 2675.59 AZN məbləğində əsas borc, 315.82 AZN məbləğində faiz borcu, 185.90 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3177.31 AZN məbləğində borcu qaldığını, tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsi olduğunu, həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit kredit alan tərəfindən icra edildikdən sonra Bank tərəfindən kredit alanın müvafiq cari hesabına köçürmə yolu ilə verildiyini, kredit uçotu kredit alanın müvafiq ssuda hesabında aparıldığını, kredit alan müqavilə üzrə ayrılmış kredit vəsaitlərinin cari hesabından kart hesabına akseptsiz qaydada köçürülməsinə razılıq verdiyini qeyd edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.04.2021-ci il tarixli 320243- CNS-21465 saylı nağd pul krediti müqaviləsinə əsasən 18.11.2021-ci il tarixinə banka borclu olduğu 2.675.59 AZN məbləğində əsas borc, 315.82 AZN məbləğində faiz borcu, 185.90 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3177.31 AZN pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 51.77 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 10 dekabr 2021-ci il tarixdə Cavabdeh mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, İddiaçı ASC-nin 14 №-li “Neftçilər” filialı ilə Cavabdeh arasında 13.04.2021-ci il tarixli 320243-CNS-21465 saylı “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Kredit Müqaviləsinin 2.1, 2.2, 2.3, 2.4-cü bəndlərinə əsasən “Bank” tərəfindən “Kredit alana” istehlak məqsədi ilə illik 23 % dərəcəsi ilə 60 ay müddətinə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən “Bank” tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi üçün verilən məbləğin 1 %-i məbləğində komisyon haqqı tutur. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və “Kredit alan” tərəfindən ödənilir. İş materiallarına əlavə olunmuş 13.04.2021-ci il tarixli 320243-CNS-21465 saylı saylı Kredit Müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 13.05.2021 - 13.03.2026 tarixləri ərzində ayda 76.16 manat, 13.04.2026 tarixində isə 73.14 manat olmaqla, cəmi 4566.58 manat məbləğində krediti İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışın surətindən görünür ki, Bank tərəfindən Cavabdeh 2700 manat məbləğində kreditin verilməsi təmin edilmiş, Cavabdeh tərəfindən isə onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 18.11.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 18.11.2021-ci il tarixə Cavabdeh Banka ödənilməmiş 2675.59 manat əsas borc, 315.82 manat faiz borcu, 185,90 manat cərimə olmaqla, cəmi 3177,31 (üç min bir yüz yetmiş yeddi manat otuz bir qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 30.11.2021-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar İddiaçı ASC vasitəsilə dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 51.77 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından görünür ki, Bank tərəfindən cavabdehə 09.09.2021-ci il tarixdə borcun könüllü şəkildə ödənilməsi barədə bildirişlər ünvanlanmış, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin cavabdehlər tərəfindən borcun ödənilməsi barədə heç bir addım atılmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ASC-nin 14 №-li “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış 13.04.2021-ci il tarixli 320243-CNS-21465 saylı saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə 60 ay müddətinə illik 23 faiz ödəmək şərtilə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 13.05.2021 - 13.03.2026 tarixləri ərzində ayda 76.16 manat, 13.04.2026 tarixində isə 73.14 manat olmaqla, cəmi 4566.58 manat manat pulu İddiaçı ASC-nin 14 №-li “Neftçilər” filialına ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank qarşısında məsuliyyət daşıyaraq borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh Kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borc, faiz borcu və cərimənin tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Beləliklə də, hesab edirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 13.04.2021-ci il tarixli 320243-CNS-21465 saylı müqaviləyə əsasən əsas borc üzrə 2675.59 (iki min altı yüz yetmiş beş manat əlli doqquz qəpik) manat, faiz borcu üzrə 315.82 (üç yüz on beş manat səksən iki qəpik) manat, cərimə olaraq 185.90 (bir yüz səksən beş manat doxsan qəpik) manat olmaqla, ümumilikdə 3177.31 (üç min bir yüz yetmiş yeddi manat otuz bir qəpik) manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 51.77 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 13.04.2021-ci il tarixli 320243-CNS-21465 saylı müqaviləyə əsasən əsas borc üzrə 2675.59 (iki min altı yüz yetmiş beş manat əlli doqquz qəpik) manat, faiz borcu üzrə 315.82 (üç yüz on beş manat səksən iki qəpik) manat, cərimə olaraq 185.90 (bir yüz səksən beş manat doxsan qəpik) manat, cəmi 3177.31 (üç min bir yüz yetmiş yeddi manat otuz bir qəpik) manat və 51.77 (əlli bir manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3229.08 (üç min iki yüz iyirmi doqquz manat səkkiz qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar