Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-917/2024 23.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı X4 və Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 35 (otuz beş) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 iddia ərizəsində onun Şərur rayonunun Zeyvə kəndində yaşadığını, onun Şərur rayon X5 İstismarı İdarəsində slesar işlədiyini və aylıq maaşının 363 manat olduğunu, 2024-cü ilin may ayında həmkəndlisi Cavabdeh özünə məxsus VAZ 2106 markalı minik avtomobilini 2000 manat satmaq istədiyini, onun həmin avtomobili almaq üçün ona əvvəl bankomat vasitəsilə 1500 manat ödədiyini və qalan 500 manat isə maaşını alanda verəcəyinə söz verdiyini, lakin Ruhlanın maaşını almadan ondan qalmış 500 manatı tələb etdiyi, onun 500 manatı təcili düzəldə bilmədiyini, Ruhlanın ondan təcili pulu tələb etdiyinə görə onun məcburiyyət qarşısında qalaraq VAZ 2106 markalı minik avtomobilini ona geri qaytarmalı olduğunu, Ruhlanın avtomobili başqa şəxsə satan kimi onun ödədiyi 1500 manatı ona geri qaytaracağına söz verdiyini, Ruhlanın qısa zaman ərzində həmin avtomobili həmkəndliləri molla Nərimanın oğluna 2000 manat satdığını, onun ödədiyi 1500 manatı isə ona qaytarmadığını, bu barədə onunla dəfələrlə söhbət aparılsa da onun pulu ona ödəməkdən müəyyən bəhanələrlə, onu aldadaraq onun ona ödədiyi 1500 manatı geri qaytarmadığını, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X7 iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında iddia tələbində cavabdehdən 1500 manat pul tələb etdiyini, cavabdehin ona olan borcundan 500 manatını hissə-hissə ödədiyini, haliyədə cavabdehin ona 1000 manat borcunu qaldığını qeyd edərək məhkəmədən 1000 (bir min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, onun Ərrəhman Qafarova 1500 manat borcunun olduğunu etiraf etdiyini, həmin puldan öz iş yeri olan bər-bərxanada cavabdehə 500 manatı nəğd formada ikisi olarkən ödədiyini, başqa heç kimin bunu görmədiyini, qalan 1000 manat puldan 500 manatı isə hissə-hissə ayrı-ayrı vaxtlarda təklikdə və iş yoldaşlarının yanında iddiaçıya ödədiyini, iddiaçıya cəmi 500 manat borcunun qaldığını qeyd edərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X10 ifadəsində Ruhlanın Zeyvə kəndində yerləşən bərbərxanasında onun, Ruhlanın və Ərrəhmanın yeyib-içdiklərini, Ərrəhmanın Ruhlana mənə maşının pulundan 100 manat ver dediyini, Ruhlanında ona 100 manat verdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 ifadəsində onun Ruhlanla iş yoldaşı olduğunu, eyni salonda bərbər işlədiklərini, iki dəfə salonda Ruhlanın Ərəhmana bir dəfə 100 manat verdiyini, bir dəfə də iş yoldaşımız Nicatdan 10 manat alıb Ərrəhmana verdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 ifadəsində Ruhlanla iş yoldaşı olduğunu, eyni salonda işlədiklərini, Ərrəhmanın bir dəfə salona gəldiyini, Ruhlandan 100 manat pul aldığını, bir dəfə də Ruhlanın ondan 10 manat alıb Ərrəhmana verdiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahhid ifadələrini iş materialında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına olan “PashaPayMMC MilliÖN elektron ödəmə sisteminin qəbzindən görünür ki, V***** R***** H***** oğlunun 416973*********1763 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 1500 manat pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 15022 saylı Qəbzdən görünür ki, iddiaçı X7 tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital BankASC vasitəsilə dövlət büdcəsinə 35 (otuz beş) manat rüsum ödəmişdir Məhkəmə tədqiqatı zamanı iş materiallarında olan PashaPay MMC MilliÖN elektron ödəmə sisteminin qəbzdən görünür ki, iddiaçı X7 tərəfindən Cavabdeh kart hesabına 1500 (bir min beş yüz) manat pul göndərmiş, eyni zamandada məhkəmə baxışı iclasında da bunu bilavasitə etiraf etmişdir. Həmçinin məhkəmə baxışı iclasında iddiaçı cavabdehin ona olan borcundan 500 manatını hissə-hissə ödədiyini, haliyədə cavabdehin ona 1000 manat borcunu qaldığını qeyd etmiş, cavabdeh isə buna etiraz edərək iddiaçıya olan 1500 manat borcundan 500 manatını hissə-hissə, 500 manatını isə nəğd formada ödədiyini qeyd etsədə, iddiaçıya nəğd formada 500 manat ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, eyni zamandada bu iddiaçı tərəfindən rədd edilmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya olan borc ödənilmədiyindən, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Buna görə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 1000 (bir min) manat məbləğində pulu iddiaçıya ödəməlidir. Belə ki, Azərbaycan Respublikasınin Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin iddiaçıya 1500 (bir min beş yüz) manat borcunun olmasını etiraf etsədə, borcun tam qaytarılması öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən iddiaçını bu faktı sübut etmək vəzifəsindən azad etmişdir. Cavabdeh isə iddiaçının tələb etdiyi 1500 manat pulun 1000 maanatını ona qaytardığını, iddiaçıya 500 manat borcunun qaldığını qeyd etsədə, məhkəməyə hər hansı bir sübut təqdim etməyərək, bu faktı yalnız öz izahatı ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun 12 manatı iddiaçıya aid edilməli, 23 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Şərur rayon Zeyvə kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 1000 (bir min) manat borc və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun 23 manatı olmaqla, ümumilikdə 1023 (bir min iyirmi üç) manat məbləğində pul alınaraq Şərur rayon Zeyvə kəndində qeydiyyatda olan və yaşayan İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Zeyvə kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 1000 (bir min) manat borc və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun 23 manatı olmaqla, ümumilikdə 1023 (bir min iyirmi üç) manat məbləğində pul alınaraq Şərur rayon Zeyvə kəndində qeydiyyatda olan və yaşayan İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-917/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-917/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver